14 yaşlı Aygünün həyat dramı: Ana Türkiyəyə ərə getdi, ata küçəyə atdı
...Sığınacağımıza indiyədək yüzlərlə uşaq gətirilib. Kimisi şiddət gördüyü üçün evdən qaçıb, kimisi də valideynləri, yaxınları tərəfindən küçəyə atılıb. Valideynləri öldüyü üçün küçələrdə yaşayanlar da var. Amma bu qız sığınacaqda keçirdiyi ilk gecəsini yəqin ki heç vaxt unutmayacaq...
14 yaşlı Aygün Hüseynova (adı dəyişdirilib) dekabrın 19-da polislər tərəfindən Azərbaycan Uşaqlar Birliyinin sığınacağına gətirilib. Atası yeganə övladından imtina edib.
Təşkilatın rəhbəri Kəmalə Ağazadə deyir ki, Aygün bütün gecəni bir nöqtəyə baxıb ah çəkməklə keçirib. Səhərə kimi nə su içib, nə də yemək yeyib. Yalnız səhəri gün psixoloq və sosial işçilərin köməyi ilə yaşadıqlarını danışıb. “İllərdir problemli ailələrlə işləyirik. Övladından imtina edən valideynlərlə tez-tez rastlaşırıq. Əksər hallarda atalar övladından imtina edirlər. Amma ilk dəfədir ki, belə hadisə ilə rastlaşıram. Ana doğma balası ilə ədavət aparır. Hətta qohumlarının Aygünü övladlığa götürməsinə mane olur, uşağa kömək etmələrinə imkan vermir. Aygünün sığınacaqda və ya küçədə yaşamasına razıdır”, - K.Ağazadə virtualaz.org saytına hadisə ilə bağlı danışıb.
Aygünün atası ilə anası ayrılıb, anası yenidən ailə qurub. Məhkəmə Aygünü anasının qəyyumluğuna verib. Lakin qız məhkəmədə anası ilə deyil, atası ilə qalmaq istədiyini deyib. Aygünün istəyi nəzərə alınıb, məhkəmənin qərarı ilə onu atasının himayəsinə veriblər.
Kəmalə Ağazadə söyləyir ki, qızın anasından imtina etməsinin müəyyən səbəbləri olub. Qız Türkiyəyə gedib, orada yaşamaq istəməyib.
Amma sonradan ata da uşaqdan imtina edib. Çünki ona baxmaq, uşağa sahib çıxmaq lazım gəlib. Ata isə belə məsuliyyətin altına girmək istəməyib. “Ata 2 gündən sonra gəlib rəsmi şəkildə uşaqdan imtina edəcək. Amma xalası Aygünü öz yanında saxlamağa razıdır, onun uşağa baxmaq üçün maddi imkanı var. Aygün də xalasının yanında qalmaq istəyir. Hiss olunur ki, hər ikisi bir-birini çox istəyir. Amma anası Aygünün xalasının himayəsinə verilməsinə razı deyil. Qızının onu istəməməsi səbəbindən uşaqla ədavət aparır. Qızın reabilitasiyasından sonra xalasının qəyyumluğuna verilməsinə çalışacağıq”, - sığınacaq rəhbəri qeyd edib.
Aygün 1 ildir məktəbə getmir. Atası deyib ki, artıq məktəbə getməsinə ehtiyac yoxdur. Hətta sənədlərini də götürüb ki, məktəbdən zəng vurub maraqlanan olmasın. Hazırda sığınacaqda 1 yaşından 16 yaşa qədər 40 uşaq qalır. Uşaqlar Şaxta Babaya məktub yazaraq yeni ildə onlara hədiyyə gətirməsini xahiş ediblər. Aygün də məktub yazıb: “Şaxta Baba, mənə çanta gətir, içində dəftəri, qələmi, kitabları olsun. Mən dərsə gedib, oxumaq istəyirəm. Ona görə ki, küçələrdə qalan, atılmış uşaqları tapım, əlləri, ayaqları soyuqdan donmasın. Mən artıq üşümürəm, bura istidir”.
Kəmalə xanım onu da deyir ki, sığınacağa gətirilən bütün uşaqlarla psixoloji iş aparılır, azyaşlılar uzun müddət reabilitasiya proqramına cəlb edilirlər. Amma yaşadıqları dəhşətləri unutmurlar. Uşaqlara mərhəmət hissini aşılamağa çalışırlar. Mərhəmətli olsunlar ki, onlarla qəddar rəftar edənlərin səhvlərini təkrarlamasınlar.
Ülviyyə Xudiyeva
Virtualaz.org
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
1 mart 2026 13:56
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 2026 11:03
- Şəmşad Ağanın ailəsində daha bir itki
24 fevral 2026 10:31
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
