Azercell-ə qalmaqallı yeni il "hədiyyəsi" - 18 ədəd prezervativ (FOTO)
Müsahibə22 dekabr 2017 13:39
Tanınmış blogger Bəxtiyar Hacıyev ölkənin ən böyük mobil operatoru olan "Azercell" şirkətini çox çətin duruma salıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, şirkətin xidmətindən narazı qalan Bəxtiyar Hacıyevin onlara göndərdiyi qeyri-adi Yeni il hədiyyəsi isə sosial şəbəkə üzərindən hamının maraqla izlədiyi bu "savaşı" daha da alovlandırıb.
Belə ki, B.Hacıyev "Azercell"in prezidenti Vahid Mürsəliyevəməktub yazaraq, öz narazılığını ifadə etmiş və Çin istehsalı olan 18 ədəd prezervativi Yeni il hədiyyəsi kimi göndərib.
B.Hacıyevin sosial şəbəkədə də paylaşdığı həmin məktubu aşağıda təqdim edirik:
"Azercell Telekom MMC-nin prezidenti cənab Vahid Mürsəliyevə.
Hörmət Vahid müəllim,
Sizi qarşıdan gələn 2018-ci il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Fürsətdən istifadə edib, nəzərinizə çatdırıram ki, 14 dekabr 2017-ci il tarixdə Belçikada səfərim zamanı Azercell rouminq xidmətindən istifadə edərək, Böyük Britaniyada zəng çatmayan nömrəyə zəng cəhdimə görə tərəfinizdən 18.2 AZN balansımdan silinmişdir.
Hörmətli Vahid müəllim,
Azercell MMC-nin 31 Avropa ölkəsində tariflərini diqqətlə incələdim. Digər istiqamətlərə zənglər 31 ölkədə, 59 tərəfdaşınızda adınız kimi vahid tarifdə, 1.5 AZN olduğu halda, Belçikadakı ikinci tərəfdaşınızla 18.2 AZN tarif təqdim etmisiniz. Bu 31 ölkədən ən az 10 ölkədə cəmi bir rouminq tərəfdaşı operatorla sazişiniz olduğu halda, hansı zərurət yaranmışdı ki, müştəriləriniz üçün Belçikada ikinci, digər tariflərdən nə az, nə çox, 12 dəfə yüksək tarif təqdim edən saziş imzalamısınız?
Bütün bu və digər keyfiyyətsiz xidmətlərinizi, müştəri xidmətlərinizdəki əməkdaşların qeyri-peşəkarlığı, kobudluğu və Azercell rəhbərliyinin "biz hər zaman haqlıyıq, müştəri haqsızdır" yanaşmasını nəzərə alaraq, sosial şəbəkələrdəki səhifələrinizdə etiraz əlaməti olaraq səhifənizi qiymətləndirməyin mümkün olmadığını xatırladaraq, narazı müştəriləriniz adından Yeni il münasibəti ilə kiçik, ucuz hədiyyəmizi qəbul etməyinizi rica edirəm. Azercell bizə öyrətdi ki, yüksək qiymətlər heç də hər zaman yüksk keyfiyyətlə mütənasib deyil. Çin istehsalı bu hədiyyələrimizin qiyməti ucuz olsa da, keyfiyyətinin yüksək olduğu deyilir. 2018-ci il sizin üçün düşərli olsun və tarifləriniz daim qalxsın.
Hörmətlə,
Bəxtiyar Hacıyev
15 illik müştəriniz".
"Uy daaa, Bəxtiyar Hacıyev, yığıb bizi boğaza"
Məktubun məzmunundan da anlaşıldığı kimi, hər şey Azercell-in müştəridən çatmayan zəngə görə balansından sildiyi 18.2 AZN-lik konturdan başlayıb. Məsələni araşdırmaq üçün B.Hacıyev şirkətin müştəri xidmətləri ilə əlaqə saxlamış, ofislərinə getmiş, rəsmi Facebook səhifələrinə yazmış, amma nəticə hasil olmamışdır. Facebook səhifəsində müştərinin hesabı bloklanmış və onun yazmasına qadağa qoyulmuşdur.
"Belçikada zəng çatmayan nömrəni yığmağıma görə 18 manat çıxmaqlarını unutmuşdum, ancaq çox oxunan və təsirli bir saytda bu barədə material hazırlandığını eşidib, səhər zəng etmişdilər ki, sizin müraciətinizi araşdırdıq-filan. Dedim araşdırma nəticəsini mənə emailə göndərin. Dedilər göndərə bilmərik, gəlin müştəri xidmətlərinə, vəsiqənizi göstərin, sizə versinlər. Gəldim, növbədə məndən öndə 2 nəfər dayansa da, 45 dəqiqədən çox (video şərhdə) gözlədim, içəridə müştərilər etiraz edir, qışqırır... Nəhayət, növbə mənə çatanda, üzümə durdular ki, biz sizə deməmişik gəlin bura, yanlış məlumat verilib sizə. Dedim telefon zəngləri qeydiyyata alınır, dinləyək görək, deyilibmi? Dedilər ərizə yazın, araşdıraq. Mən də ərizə yazmaqdan onsuz da yorulduğuma görə, dedim narahat olmayın, rəhbərliyinizə kiçik bir hədiyyə və ərizə göndərərəm" - deyə B.Hacıyev olayın necə "perezervativ" mərhələsinə qədər şişdiyini izah edir.
Məlum hədiyyədən sonra Azercell-in Tvitter səhifəsinə heç nə yazmamağına baxmayaraq, onun bu sosial şəbəkədəki hesabına da blok qoyulub. Bununla bağlı Azercell-in müştəri xidməti ilə əlaqə saxlayan B.Hacıyev bu dəfə daha tədbirli davranaraq, bunu sosial şəbəkədəki hesabından canlı yayıma bağlamış və qeydə almışdır. Ən maraqlı hadisə də bu zaman qeydə alınıb.
Belə ki, B.Hacıyev müştəri xidmətinin əməkdaşına "Azercell"-in sosial şəbəkələrdəki səhifələrində, xüususən də Tvitterdə ona niyə blok qoyulması ilə bağlı sual ünvanlayıb. Əməkdaş ona xətdə gözləməyi tövsiyyə edir və yanındakı xanım əməkdaşa mövzunu izah edib kömək istəyir. Xətt açıq olduğu üçün xanım əməkdaşın cavabını həm B.Hacıyev, həm də canlı yayımı izləyən minlərlə insan eşitmiş olur: ""Uy daaa, Bəxtiyar Hacıyev, yığıb bizi boğaza..."
Canlı yayımın davamında B.Hacıyev bu ifadələrə görə izahat istəsə də, əməkdaş suallardan yayınmağa çalışır.
Burada diqqətçəkən daha bir maraqlı məqam var ki, B.Hacıyev sosial şəbəkə istifadəçilərinin diqqətini bu məqama çəkir: "Azercell mənim Tvitterdə hesabımı blok edib. Amma Tvitterdə onlarla bağlı dünənə qədər heç nə yazmamışdım və Azercell həmin hesabın mənə məxsus olub-olmamasını identifikasiya edə bilməzdi. Facebookda yazılan bir məsələyə görə, müştərinin digər sosial şəbəkələrdəki hesablarını da necə identifikasiya ediblər və bloklayıblar?". Haqlı sualdır, Azercell bunu necə, niyə və hansı əsasla edib?
Belçikadakı şübhəli partnyor- burada korrupsiya izi varmı?
B.Hacıyevin də qeyd etdiyi kimi, Azercell rouminq xidməti bütün Avropa ölkələrində 1.5 AZN-lik xidmət təklif etməsinə baxmayaraq, Belçikada iki partnyorla çalışır. Onlardan birində xidmət 2.5 AZN, digərində isə 18.2 AZN dəyərindədir. Onda sual yaranır, Belçikada 2.5 AZN-lik xidmət göstərən partnyor şirkət varsa, yenidən 18.2 AZN-lik xidmət satan başqa bir şirkətlə müqavilə bağlamaq nəyə lazım idi?
Eyni hal Böyük Brtinaiyada da müşahidə olunur. 1.5 AZN-lik partnyorla yanaşı, 5.8 AZN-lik xidmət təklif edən ikinci partnyor seçilib.
"Niyə Azercell-in özünə daha baha xidmət təklif edən ikinci partnyor seçməsi anlaşılan deyil. Adətən belə sərfəli olmayan müqavilələrin bağlanmasında "şapka" rol oynayır" - deyə bu məqamı haqqin.az saytına şərh edən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.
Görəsən, Azercell özü baş verənlərə necə aydınlıq gətirəcək? Gözləyək...
Aydın
Oxşar xəbərlər
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 2025 23:39
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 2025 22:10
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 2025 20:34
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 2025 14:41
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 2025 13:40
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 2025 23:30
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 2025 13:42
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 2025 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 2025 11:07
- İsrail Azərbaycana yeni səfir təyin etdi
12 yanvar 2025 23:58
Xəbər lenti
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25
Video & Fotoqalereya
Video
Fotoqalereya