AzTV-dən offşorlara ötürülən milyonlar
Arif Alışanov 10 ildə dövlətdən aldığı 358.5 milyon manatın böyük bir hissəsini niyə əcnəbi şirkətlərə “etibar edib?”
Parlamentin sonuncu iclasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) büdcədən ayrılan vəsaitlərlə bağlı müzakirələr olmuşdu. Deputatlardan biri “Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac olmadığını” deyib və bu istiqamətdə dövlət vəsaitlərininin səmərəsiz xərcləndiyini bildirmişdi. Xatırladaq ki, hazırki sədr Arif Alışanovun АзTV ГSC-yə rəhbərliyi dövrünüəhatə edən 12 il ərzində (2006-2017-ci illər) dövlət büdcəsindən QSC hər il 30-40 milyon manat olmaqla indiyə qədər ümumilikdə358,5 milyon manat birbaşa maliyyə yardımı alıb.
Qeyd edək ki, dövlətin 100 faiz səhmlərinə sahib olan AzTV-nin maliyyə fəaliyyəti barədə ictimaiyyətə bir dəfə də olsun hesabat verilməyib. Halbuki, Mülki Məcəllənin 100.3. maddəsinə görə, qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri – illik hesabatını, mühasibat balansını və s. sənədləri hamının tanış olmasıüçün ildə bir dəfədərc etməyə borcludur.
Büdcə xərclərinə nəzarət edən dövlət qurumları nədənsə hələ gedib dövlət televiziyasına “çıxa bilməyiblər”. Milli Məclisin “qulağının dibində” yerləşən AzTV-nin qapsını döymək elə parlamentə hesabatlı orqan olan Hesablama Palatasının da “yadına düşməyib”.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 2.1.4. maddəsinə görə, dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər də korrupsiya iləəlaqədar hüquqpozmaların subyektləridir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV QSC) idarə heyətinin sədri Arif Alışanovun vəzifə səlahiyyətlərindən istifadə edərək rəhbərlik etdiyi quruma dövlət büdcəsindən ayrılan vəsaitləri korrupsiyaya uğratdığı barədəşübhələr var. Belə ki, yerli mətbuatda yazıldığına görə, cənab Alışanovun iştirak etdiyi satınalmalar xeyli müəmma təşkil edir. QSC-dən yüksək məbləğlərdə sifariş alan offşor zonalarda yaradılıbünvanı, web-saytı, təsisçisinin kimliyi bəlli olmayan xarici şirkətlərin dolayısıyla Alışanovun özünə məxsus olduğu deyilir. Arif müəllim dövlətin hər il QSC-yə ayırdığı 30-40 milyon manatın əhəmiyyətli hissəsini kimsənin tanımadığışirkətlər vasitəsiləölkədən çıxarır. Bu şübhələri isbatlamaq üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti vəİstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (əvvəllər Satınalmalar üzrə Dövlət Agentliyi) tender.gov.az saytındakı müsabiqə reyestrlərinə istinad olunur.
“Broadcast Premier Solitions LTD”.İnternet resurslarında yer alan araşdırmalara əsasən AzTV QSC bu şirkət ilə xeyli sayda bahalı müqavilələr bağlayıb. 2010-cu il üzrə “Broadcast Premier Solitions” şirkətindən 246 915 manat məbləğində avadanlıq alınıb (avadanlığın adı qeyd olunmur). Həmin il əlavə olaraq, 196 008 manat dəyərində studiyadan kənar çəkilişüçün işıq avadanlığı da bu şirkətdən əldə edilib. 2011-ci ildə 238 079 manat virtual studiya və 3G şəbəkə sistemi avadanlıqları, 234 930 manat çəkilişlərə rels araba və kamera üçün kran, 212 700 manat İMX tipli videokasetlər, 220 140 manat İMX tipli videoavadanlıqlara ehtiyat hissələri, 238 009 manat işıq diodlarından ibarət video modulun (ekran) alınmasına sərf olunub və sadalanan 1 143 858 manat dəyərində işlərdə “Broadcast Premier Solutions LTD” podratçı qismindəçıxış edib. 2012-ci ildə də təkrar bu şirkətdən 248 230 manat məbləğindəİMX tipli video avadanlıqların ehtiyat hissələri, 117 713 manatlıq “Betacam SP” tipli videoyazı və videoçəkiliş avadanlıqlarının hissələri alınıb. 2013-cü ildə adıçəkilən firma iləəməkdaşlıq davam edib, ondan yenə 247 622 manatlıq videoyazı və videoçəkiliş avadanlıqlarının ehtiyat hissələri əldə edilib. AzTV-nin üst-üstə 2 200 346 manat məbləğində ticarət apardığışirkətin nə web-saytı mövcuddur, nə də televiziya avadanlıqları satdığına dair hər hansı məlumat. Web-resurslarda bu şirkətin ən son 2008-ci ildə ICP Credit-in saytında kredit borcu haqqında məlumat var. Şirkətin yeri Britaniyanın offşor zonalar siyahısında olan Virgin adalarında çıxır.
“Polygon Eurasia Limited”. Bu şirkət 2013-cü ildə QSC-nin 239 032 manat dəyərində tenderini alıb və cəmi 2 dəst UPS avadanlığı satıb. Şirkət BirləşmişƏrəb Əmirliklərinin azad iqtisadi zonası (Free Economic Zone-FEZ) Jebel Ali-də qeydiyyatdan keçib. Web-saytında Polygon bu xidmətləri təklif edir (Jebel Ali Azad Zonada icarəyə götürülmüş anbar istifadə edərək) – saxlama; Jebel Ali və Dubayda satıcı anbarlarından yükün götürülməsi; asan idxal; sənədləşdirmə; bərkitmə; paketləmə; ekspedisiya – yəni yükü göndərmə. Qeyd olunduğuna görə, bu, birbaşa satıcışirkət deyil, sifariş olunan məhsul və avadanlığın saxlayıcısı və daşıyıcıdır. Həmin mallar başqa bir şirkətdən satın alınır. Maraqlıdır ki, Azad İqtisadi Zonadakı anbar və daşımaçı necə podratçı olub və bir daşıyıcının hansıüstünlüklərinə görə tenderi qazandığı aydın deyil. Sonrakı dövrlərdə bu şirkətlə alış-verişin edilməməsi onun “odnorazovıy” kateqoriyadan olduğunun göstəricisidir.
“Sandler Expert Limited” də yenə offşor zona kimi məşhur olan Yeni Zelandiyada bir firmadır. Haqqında xüsusi məlumat yoxdur. Opencorporates.com saytında 12 avqust 2008-ci ildə yaradıldığı, 6 iyul 2011-ci ildəburaxıldığı göstərilir. Başqa saytlarda da şirkətin həmin tarixdə qeydiyyatdan çıxarıldığı vurğulanır. 2010-cu ildə dövlət televiziyası tərəfindən bu şirkətdən 232 260 manat dəyərindəvideokamera kassetləri əldə edilib. Amma AzTV ilətəxminən 300 min dollarlıq anlaşmanı imzalayandan sonra ləğv olunub. İddiaya görə, bu məqsədlə yaradılaraq startda dayanmışşirkətlərdən biridir, “iz”i itirmək üçün də dərhal ləğvinə gedilib. Güman edilir ki, bu şirkətlər bəzi işlər üçün müvəqqəti olaraq elə Alışanov tərəfindən yaradılıb. Fakt odur ki, milyonların həvalə olunduğu firmaların web-saytları internet resurslarında tapılmır.
“Quattro Technologies İnc”.Dövlət Televiziyası 2011-ci ildə “Quattro Technologies İnc”şirkətindən 735 441,95 manata teleserialların çəkilişi üçün kameralar və onun aksessuarları, 237 248,06 manatlıq da DVCAM videokasetlər satın alıb. Bu şirkətdən ümumilikdə 972 689 manatlıq alış-veriş edilib. Ohiocorporates.com və datalog.co.uk saytlarında şirkətin 2011-ci il mayın 6-da Amerikanın Ohayo ştatının Klivlend şəhərində (Ohio, Cleveland) Albert N Salvatore adında biri tərəfindən yaradıldığı qeyd edilib. Adres olaraq da Hudson göstərilib. Təzə yaradılan müəssisəyə milyon civarında sifariş verilib. “Dövlət Satınalmaları haqqında” Qanunda göstərilir ki, iddiaçılar satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində peşəkar fəaliyyətləri barədə düzgün məlumat verməlidirlər. Tender iştirakçılarıüçün Metodiki Təlimata əsasən tenderdə iştirak etmək istəyən son üç il ərzində yerinə yetirdiyi işlərin ümumi dəyəri haqqında illər üzrə məlumat verməlidirlər. Bununla yanaşı, yenə axırıncıüç ildə xüsusiyyətinə və həcminə uyğun analoji işlər üzrə təcrübəsi, hazırda görülən işlər, qüvvədə olan müqavilələrin öhdəlikləri və buna dair ətraflı məlumat almaq üçün səlahiyyətli şəxslər haqqında bilgi çatdırmalıdırlar. Eləcə də son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı təqdim etməlidirlər. Göründüyü kimi podratçı olmaq sevdasına düşənlərdən ən az üç il iştəcrübəsi, bir illik də maliyyə fəaliyyəti barədə hesabat istənilir. Belə olan halda yeni yaradılmış bir firma satınalma şərtlərinə cavab vermir. Şirkətin statusu aktiv görünür, amma fəaliyyəti haqqında məlumat çıxmır. Bu şirkətin dəteleviziya və radio avadanlıqları təchizatı ilə bağlı hansısa işi görünmür.
“Digiflex Technics LLP”. 2013-cü ildə AzTV-dən 142 000 manat dəyərində plazma monitorlarından ibarət videodivarın sifarişini yerinə yetirən “Digiflex Technics LLP” 2012-ci ildəİngiltərədə təsis olunub. Bu şirkətin də nə web-saytı var, nə də haqqında əlavə bilgi. Cənab Alışanov ona məsuliyyətli iş tapşıranda, heç bir yaşı yoxmuş. Ukbizdb.com saytında şirkət haqqında deyilir ki, biznes aktivliyi “0”dır, yəni hər hansıtəklif almayıb, təchiz etməyən şirkət kateqoriyasına aiddir. Maliyyə vəziyyəti beləqiymətləndirilir – xalis dəyəri 15 824 funt sterlinqdən 23 088 funt sterlinqə yüksəlib. Yəni, dəyəri 23 min funt sterlinq olan şirkətə cənab Alışanov 150 min civarında bir vəsaiti etibar edib.
“Gentech Fze”. AzTV-nin digər podratçısı”Gentech Fze” 2011-ci ildə qurumun 274 437 manat “Betacam SP” tipli videoyazı və videoçəkiliş avadanlıqlarıüçün ehtiyat hissələrinin təchizatısifarişini icra edib. Bu şirkət də AİZ siyahısında olan şirkətlərdəndir, baş ofisi azad iqtisadi zona Sharjahdadır. Belələrinin barəsində adətən detallı bilgi olmur. Araşdırmalarda deyilir ki, AzTV-nin xaricdə “əməkdaşlıq” etdiyi naməlum, fəaliyyətsiz firmaların böyük əksəriyyəti offşor şirkətlər kateqoriyasındandır.
“Rubicon General Trading LLC”.2013-cü ildəplazma televizorları bu şirkətdən 103 365 manata satın alınıb. AzTV-nin podratçısı olan bu firmanın adı axtarış sistemindəçıxmır. Yalnız “Rubicon General Trading FZC” adında bir şirkət var, o da yenə BirləşmişƏrəb Əmirliklərinin Sharjah ərazisindədir. Qeyd olunduğuna görəşirkət kimyəvi məhsullar istehsalçısıdır, onların topdansatışı ilə məşğuldur. AzTV üçün isə 100 min manatın üzərində plazma televizor alışı sifarişini yerinə yetirib. Bu şirkət elə adından da göründüyü kimi azad iqtisadi zonadadır.
Rəsmi dövlət qurumunun baza məlumatlarına güvənilsə, offşor olduğu ortaya çıxan şirkətlərin hər biri ilə sadəcə bir dəfə, bəzən də bir ildə iki dəfəəməliyyat aparılıb. Sonra onlarla heç bir iş görülməyib. Bunlar “Sandler Expert Limited” (232 260 manat), “Quattro Technologies İnc” (bir ildə iki dəfə olmaqla 972 689 manat), “Gentech Fze” (274 437 manat), “Rubicon General Trading LLC” (103 365 manat), “Digiflex Technics LLP” (142 000 manat), “Polygon Eurasia Limited” (239 032 manat), “Alsatec LLP” (83 449 manat) şirkətləridir. Kompüter avadanlıqlarının satın alındığı sonuncu şirkət dəİngiltərədə açılıb, barəsində məlumatlar digərlərininki qədərdir. Təhlillərə görə, AzTV-nin əməkdaşlıq etdiyi xarici şirkətlərdən ən yaxşı halda ikisi istisna olmaqla, qalanlar offşordur. Bunlar rəqibsiz “birdəfəlik” firmalardır. Yəni, sadəcə AzTV-nin tenderini almaq üçün müvəqqəti olaraq yaradılıb və müsabiqə zamanı da heç bir rəqibi olmayıb. Əvvəlki illərin tender reyestrləri bazaya yerləşdirilmədiyindən, hələlik yalnız 4 ilin məlumatlarına əsasən təhlil aparmaq mümkün olub.
2014-2016-cı illərdə dövlət televiziyasının yuxarıda adıçəkilən şirkətlərə sifarişləri baza məlumatlarnda yer almayıb. Baxmayaraq ki, büdcədən quruma ayrılan vəsaitin həcmindəəhəmiyyətli azalma baş verməmişdi. O, ya satınalmanı keçirən təşkilatla bir şəkildə anlaşıb bu məlumatların ictimailəşməsinin qarşısını alır, ya da satınalma üçün nəzərdə tutulan vəsaiti artıq tenderdən kənar xərcləyir. Halbuki, qanunvericiliklə dəyəri 50 min manatdan yuxarı olan işlər tender yolu ilə satın alınmalıdır.
Təkcə dövlət saytında yer alan bilgilərdən məlum olur ki, AzTV yalnız dörd ildə 4 247 578 manatı offşor olduğu güman edilən şirkətlərəötürüb. Həmin illər manatın dəyəri xarici valyutalarıüstələdiyinə görə o vaxtkı kursla bu, 5,4 milyon dollar civarında bir vəsait deməkdir. Ən optimist hesablamalarla ilə 1 350 000 dollar düşür. Başqa satınalmalar, xüsusən də yerli şirkətlərə verilən sifarişlər hələ qeyd edilmir. Belə qənaətə gəlinir ki, hər il lüzumsuz olaraq yetərli qədər bədxərclik edilir, QSC-də pul sərf etməyə yer tapmadıqlarından (illik 30-40 milyon bir televiziyanın fəaliyyəti üçün xeyli puldur) eyni məsrəflər – alışlar, təmirlər təkrarlanır. Televiziya mütəxəssislərinə görə, bir televiziyanın işi üçün hər il bu qədər avadanlıq almağa ehtiyac yoxdur.
“Dövlət satınalmaları haqqında” Qanuna görə dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Konkret bir işüçün müsabiqədə, qanunvericiliklə bəzi hallar istisna olmaqla, bir neçəşirkət rəqabət aparır, sonda ən optimal və real qiymət təklif edən qalib elan olunur. Bu prosedura AzTV-nin keçirdiyi satınalmalarda əməl edildiyinəşübhələr var, belə tenderlər kağız üzərindədir. Həminşirkətlərin müsabiqələrdə rəqibləri kimdir, həqiqətən rəqabət olubmu, onlar hansışirkətlərdir, nə təkliflər veriblər, adıçəkilən firmalar hansıüstünlüyünə görə seçilib, sonradan onların xidmətindən niyə imtina edilib, bütün bunların cavabı satın alan təşkilatlardadır. AzTV-dən fərqli İctimai Televiziyanın tenderdə xərcləmələri adətən 50 min manat civarındadır, nadir hallarda bu məbləğdən kənara çıxılır. Podratçıları arasında xaricdə qeydiyyatdan keçmişşirkət yoxdur. Halbuki, ikisi də tamaşaçıya təxminən eyni keyfiyyət və səviyyədə proqramlar təqdim edir. Hətta, dövlət televiziyası proqramlarının əksəriyyətini hazır şəkildə prodakşn şirkətlərdən satın alır və bunun üçün dəekstradan ciddi məbləğlər ödəyir. Üstəlik sadalanan avadanlıqların həqiqətən də dövlət televiziyasıüçün alınıb-alınmadığı müəmma təşkil edir. AzTV büdcədən maliyyələşən bir təşkilat olduğuna görə, hər bir Azərbaycan vətəndaşının bu suallara cavab axtarmağa haqqı və hüququ var.
azadliq.info
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- Zeynəb Xanlarovanın yeni ildə çıxışı olacaq
6 dekabr 2024 00:18
- Qulu Məhərrəmli: Çox böyük qayğı göstərdiyimiz şəxslər kişilik, ləyaqət sınağından çıxa bilmədi - MÜSAHİBƏ
5 dekabr 2024 13:49
- 2024-cü ildə vəfat edən tanınmış simalar- Namiq Abbasov, Hadı Rəcəbli, Dudaş Rzayev və s...
5 dekabr 2024 12:43
- Qarakənd faciəsindən 33 il ötür
20 noyabr 2024 09:41
- Azyaşlı xanəndə səsi ilə sammitdəki liderləri valeh etdi: MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
13 noyabr 2024 22:12
- Sumqayıtda 300-dən çox ALMAN ƏSİRİN basdırıldığı qəbiristanlıqdan GÖRÜNTÜLƏR - görün kimlər ziyarət edir... VİDEO
7 noyabr 2024 17:28
- Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
1 noyabr 2024 14:39
- Ağsu sakinləri yaxın zamanda Mikayıl İsmaylovla bağlı Prezidentə VİDEO MÜRACİƏT edəcək
27 oktyabr 2024 17:10
- Deputatın SƏFİR KÜRƏKƏNİ VİZA ALVERİ ilə məşğuldur
21 oktyabr 2024 01:14
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41