Eynulla Fətullayevin “kişilik” problemi, yaxud danos jurnalistikası

Son illər Mətbuat Şurasının “reket jurnalistika”ya, ümumiyyətlə, jurnalist etikası və peşə prinsiplərinə zidd hərəkət edənlərə qarşı gördüyü tədbirlər cəmiyyət tərəfindən müsbət qarşılanır.
Lakin özünü az qala toxunulmaz hesab edən bəzi media rəhbərləri bundan nəticə çıxartmır. Təəssüf ki, Mətbuat Şurası da belələri ilə bağlı susmaqda davam edir.
Axı, jurnalist etikası, peşə prinsipləri kimliyindən asılı olmayaraq hər bir media mənsubuna şamil edilməlidir.
Bəs necə olur ki, son vaxtlar az qala hər məqaləsində konkret şəxslərin ünvanına ən təhqiramiz ifadələr işlədən Virtualaz.org və Haqqin.az saytlarının baş redaktoru Eynulla Fətullayevə gözün üstə qaşın var deyən olmur ?
Axı, heç bir halda insanların şərəf və ləyaqətini alçaltmaq olmaz.
Həm də söyüş, təhqir, böhtan nə vaxtdan jurnalistika hesab olunur?
Ümumiyyətlə, bu nə üslubdur, bu nə dəst-xəttdir ?
Mənim məqsədim təhqir olunan, alçaldılan şəxslərə vəkillik etmək deyil. Onların kifayət qədər imkanları var ki, özlərini müdafiə etsinlər. Məqsədim kiminsə adının “qara siyahı”ya, reket siyahısına salınması da deyil. Yeganə məqsədim bu ziyanlı və yolverilməz “jurnalist üslubu” barədə fikrimi cəmiyyətlə bölüşməkdir.
Bu “üslub”un nə qədər təhlükəli olduğuna inanmaq üçün Eynulla Fətullayevin son bir ayda Almaniyada yaşayan keçmiş deputat Hüseyn Abdullayev, Azərsun Holdinqin prezidenti Abdulbarı Gozel, ADP sədri Sərdar Cəlaloğlu, Palmali şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov barəsində yazdıqlarına və verdiyi sensasiyalı açıqlamalara göz atmaq yetər.
Fətullayev öz məqaləsində haqqında bəhs etdiyi adamın ünvanına aşağıdakı söyüş və təhqirləri yağdırır:
quldur, tərbiyəsiz, əxlaqsız, küçə uşağı, axmaq, kəmsavad, ikiüzlü, əyalət adamı, oğru, kriminal ünsür, hətta İT BALASI...
Bəli, İT BALASI. Bircə müstəqil mediamızda İT BALASI çatmırdı..
Belə ağır söyüşlərlə kifayətlənməyən baş redaktor öz hədəflərini ağır cinayətlərdə ittiham etməkdən də çəkinmir.
Baş redaktor öz məqalələrində Abdolbari Gozelə silahlı basqından, biznesmenin döyülməsindən, seyfindən 180 min dollar aparılmasından, iş adamı Hacı İbrahim Nehrəmlinin kabinetinin “Kalaşnikov” avtomatı ilə güllə-baran edilməsindən, ADP sədri Sərdar Cəlaloğlunun öldürülərək aradan götürülməsi planından və daha nələrdən bəhs etmir...
Birincisi, baş redaktorun dediklərindən belə məlum olur ki, guya həmin dövrdə ölkədə əməlli-başlı anarxiya-bespredel olub.
İkincisi və ən əsası qarşı tərəf baş redaktorun yazdıqlarını şər-böhtan, cəfəngiyyat adlandırır.
Ancaq Fətullayevin şər-böhtan-təhqir maşını dayanmaq bilmir.
Son vaxtlar Fətullayevin əsas hədəflərindən biri də “Palmali”nin sahibi Mənsimovdur.
O, Mübariz Mənsimovun Azərbaycan dövlətinə və SOCAR-a yarım milyard “atdığını “ yazır. Axı, SOCAR bu barədə heç bir açıqlama vermədiyi halda, əlində heç bir rəsmi sənəd olmayan Fətullayev qarşı tərəfi necə ittiham edə bilər ?
Digər tərəfdən hər bir insanın borcu-alacağı-verəcəyi olduğu kimi böyük biznesdə də böyük borcların, böyük alacaqların-verəcəklərin olması təbii haldır. Nəinki yarım milyard, hətta bir neçə milyard. Ona görə də borc sahiblərinin susduğu halda Fətullayevin yarım milyardla bağlı “cırıq 3-lük” söhbəti etməsi gülüncdür.
SOCAR-la kifayətlənməyən baş redaktor Mənsimovun Rusiya hökumətinə də milyardlar atdığını xüsusi olaraq qeyd edir.
Əlində heç bir məhkəmə qərarı, yaxud rəsmi sənəd olmadan iftira atmaq, şər-böhtan yazmaq lap ötən əsrin 37-ci ilinin gizli danoslarını yada salır. Bu reket jurnalistikasından da dəhşətli danos jurnalistikasıdır. Ötən əsrin 30-cu illərində də Moskvaya yazılan belə danoslar minlərlə soydaşımızın həyatına son qoydu. Mikayıl Müşfiqlər, Hüseyn Cavidlər həmin danosların qurbanı oldu.
Söhbət danosbazlıqdan düşmüşkən, mərhum prezident Heydər Əliyev öz çıxışlarının birində gülə-gülə qeyd edirdi ki, Siyasi Büro üzvü seçiləndə, ali rəhbər vəzifəyə təyin olunanda düşünürdüm ki, hamı sevinəcək, amma Moskvaya danos yazanlar da tapıldı.
Görünür bu gün də bəzi əli qələm tutanlar öz mənəvi atalarının yolunu davam etdirirlər.
Cənab Fətullayev təkcə danosla kifayətlənmir, hansısa karidorlarda eşitdiklərini jurnalist araşdırması kimi tirajlayaraq insanları böyük cinayətlərdə ittiham edir.
Mən başa düşürəm ki, böyük siyasətin və böyük biznesin zirvəsinə heç kim ağ kostyumda və bəyaz əlcəkdə getmir. Amma kimlərisə ittiham etmək üçün əlində rəsmi sənədlər, tutarlı faktlar, dəlillər, sübutlar olmalıdır. Digər tərəfdən öz soydaşımızı deyil, Rusiya şirkətini müdafiə etmək hansı məntiqə söykənir?
Axı, biz nə vaxta qədər özümüz özümüzə qənim kəsiləcəyik?
Ümumiyyətlə, Fətullayev son bir neçə ildə elə açıqlamalar verir ki, nəinki jurnalist etikasına, ümumiyyətlə, heç bir qanunlara sığmır.
Məsələn, baş redaktor keçmiş MTN şefi Eldar Mahmudova, həbsdə olan general Akif Çovdarova üzünü tutaraq “Kişi olun, başınıza bir güllə çaxın... özünüzü öldürün..” kimi açıqlamalar verir.
Eldar Mahmudovun, Akif Çovdarovun və digərlərinin əməlləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və inanıram ki, hər kəs əməlinə görə layiq olduğu cəzanı gec-tez mütləq alacaq.
Bəs Fətullayev niyə onlara çağırış edir ki, özünüzü öldürün?
Axı, kimisə ölümə çağırmaq özü də yolverilməzdir, hətta cinayətdir.
Fətullayev bu şəxslərin qanun qarşısında, ədalət məhkəməsində cavab verməsini niyə istəmir?
Deyir ki, başınıza güllə çaxın, kişi olun özünüzü öldürün.
Söhbət kişilikdən düşmüşkən, Eynulla Fətullayev oxucularına şad xəbər verir ki, keçmiş deputat Hüseyn Abdullayevlə onun arasında olan şəxsi söhbətləri bir-bir cəmiyyətə çatdırcaq. Və çatdırır da.
Axı, iki kişinin arasında olan söhbətləri car çəkməklə KİŞİLİK bir araya sığmır, cənab baş redaktor.
Söyüşlə, təhqirlə ürəyi soyumayan Fətullayev haqqında bəhs etdiyi adamları “Bandotdel”ə salmaqla, qandallamaqla hədələyir: “Sizi baqajda da olsa Bakıya gətirəcəyik”.
Məncə, bu artıq nəinki jurnalistikanın, ümumiyyətlə, sözün bitdiyi yerdir.
Çünki medianın fəaliyyəti qanun, jurnalist etikasi və peşə prinsipləri çərçivəsindən kənara çıxmamalıdır.
P.S. Yeri gəlmişkən, Fətullayev öz saytında jurnalist həmkarlarının bostanına da daş atmaqdan qalmır: “Mənsimov bir qrup azərbaycanlı jurnalisti yanına çağırıb, hesabında qalan pullardan bir az onların cibinə basıb…”
Şəxsən öz adımdan deyə bilərəm ki, 7 ay öncə yazdığım “ Milli sərvətimiz təkcə neft deyil” başlıqlı məqalədə dünyamiqyaslı azərbaycanlı iş adamlarının ( Araz Ağalarov, İsgəndər Xəlilov, Qod Nisanov, Mübariz Mənsimov, Fərhad Əhmədov və s) əsl milli sərvət olduğunu, onların dövlətimiz və cəmiyyətimiz üçün rolunu əsaslandırmağa çalışmışam. Onlara qarşı olan neqativ-bədxah münasibətlər barədə düşüncələrimi bölüşmüşəm. Məqalədə adı keçən iş adamları ilə heç vaxt yaxın-uzaq tanışlığım olmayıb. Ona görə də hesab edirəm ki, Fətullayevin “Mənsimov azərbaycanlı jurnalistlətin cibinə pul basıb” deməsi “cırıq 3-lük” davasıdır.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Türkün qanının su yerinə axdığı çay
28 mart 2025 15:24
- Yolda təkəri partladı, AAYDA-nı məhkəməyə verib təzminat aldı – Fotolar
25 mart 2025 20:05
- İcra başçısı reklam və aqlay biznesinə başlayıb… – ŞİKAYƏT
17 mart 2025 21:14
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- SOCAR-ın sabiq vitse-prezidentinin oğlunun işi yenidən məhkəmədə - atalıq testindən keçməlidir
10 mart 2025 23:26
- Nazirə hücum edildi: Burnu sındı – FOTO
8 mart 2025 19:33
- Gərək fevralın 14-də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...- Mütəllibov
8 mart 2025 17:04
- İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi - Arayik Harutyunyan
3 mart 2025 21:48
- Yazıçının oğlunun evdən qaçmasının günahkarı… - ŞOK AÇIQLAMA
2 mart 2025 10:48
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45