“Sadəlik onun həyat tərzi idi” - Akademik mərhum nazirdən yazdı

“Yaşasaydı, bu gün 70 yaşı tamam olacaqdı”.
Bunu Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə mərhum Energetika naziri Natiq Əliyev haqda yazıb. O, öz məqaləsində qeyd edib ki, bu il iyunun 9-da həyatdan getmiş Natiq Əliyev müstəqil Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri idi. “Natiq Əliyevi təkcə Azərbaycanda deyil, Türkiyədən, Rusiyadan ABŞ-a, Böyük Britaniyaya qədər dünyanın bir çox ölkələrində də yaxşı tanıyırdılar. Onun adı Azərbaycan nefti, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, məşhur “Şahdəniz” layihəsi ilə qırılmaz surətdə bağlıdır. O, bilikli neft mütəxəssisi idi, neft işinin bacarıqlı təşkilatçısı, Azərbaycanın neft-qaz strategiyasının əsas simalarından biri kimi tanınmışdı.
Onunla ilk görüşümü bu gün də yaxşı xatırlayıram. 1970-ci il idi. O vaxt “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyi baş direktorunun müavini-baş geoloq vəzifəsində çalışırdım. Bu birlik elə həmin il yaradılmışdı. SSRİ Neft Sənayesi Nazirliyi İranla sərhəddən başlayaraq, Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar işlərinin və digər işlərin görülməsini bizə - Azərbaycan neftçilərinə həvalə etmişdi. Qarşımızda dənizin özü boyda geniş bir fəaliyyət meydanı açılmışdı. Buna görə də bizim neftçi peşəsini qəlbən sevən bilikli və cəsarətli gənc mütəxəssislərə ehtiyacımız var idi.
Günlərin birində mənə dedilər ki, Neft və Kimya İnstitutunun istedadlı məzunlarından biri əmək fəaliyyətinə bizim birlikdə başlamaq istəyir. İxtisasını soruşdum, cavab verdilər ki, mühəndis-geoloqdur. Dedim, çağırın, gəlsin, tanış olaq, görək biliyi, bacarığı necədir. Gəldi, söhbət etdik. Gördüm ki, kifayət qədər bilikli, savadlı və diribaş oğlandır. Xeyir-dua verib onu “Azərdənizneftkəşfiyyat” trestinin Kompleks Dəniz Geoloji-Kəşfiyyat Kontoruna göndərdim. O vaxt heç ağlıma da gəlməzdi ki, illər ötəcək və həmin bu gənc mühəndis-geoloq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti, daha sonra ölkənin energetika naziri olacaq, görkəmli dövlət xadimi kimi tanınacaq.
Heydər Əliyev 1993-cü il avqustun 9-da Natiq Əliyevə böyük etimad göstərərək onu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin etdi.
Bu dövrdə Azərbaycan neftinin taleyi ilə bağlı işlərin ağırlığı SOCAR-ın prezidenti kimi Natiq Əliyevin üzərinə düşdü.
Azərbaycan Prezidentinin sərəncamı ilə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi üzrə tender elan olundu. 1994-cü ilin martında Bakıda xarici şirkətlərlə danışıqlara başlandı. Sonra danışıqlar Türkiyənin İstanbul şəhərində davam etdirildi. Danışıqların həlledici mərhələsi isə ABŞ-ın Hyüston şəhərində oldu.
Danışıqlar çox gərgin keçirdi. Bəzən iş o həddə gəlib çatırdı ki, ya tərəfdaşlarımız, ya da biz acıq edib, danışıqlar zalını tərk edirdik. Lakin nəticə uğurlu oldu. Natiq Əliyevin rəhbərlik etdiyi mütəxəssislər qrupu üzvlərinin - o vaxt SOCAR-ın xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin, şirkətin xarici sərmayələr idarəsinin rəisi Valeh Ələsgərovun, SOCAR-ın digər əməkdaşlarının və mənim iştirakımla bir ay yarım davam edən danışıqlarda Azərbaycan tərəfi öz milli maraqlarının təmin edilməsinə nail oldu. Nəhayət, 1994-cü il sentyabrın 20-də AÇG yataqlarının birgə işlənilməsi və Hasilatın Pay Bölgüsü haqqında sonralar dünyanın müasir neft tarixinə “ Əsrin müqaviləsi “ kimi düşmüş məşhur saziş imzalandı. Bu sazişlə də Azərbaycan özünün yeni inkişaf dövrünə qədəm qoydu.
O, daim sadə, səmimi və mehriban bir insan kimi xatirələrdə qalacaq. Sadəlik onun həyat tərzi idi. Natiq Əliyevi tanıyanların qəlbində o həmişə bu cür də yaşayacaq”.
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 2025 15:37
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 2025 23:21
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 2025 13:43
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 2025 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35