Vaqif Əsədovdan sürücünün başını "partladan" yol polisi ilə bağlı "ingilisdilli" açıqlama
Maraqlı21 noyabr 2017 16:08

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücünü hədələyən yol polisi ilə bağlı danışıb.
NUH.az-ın məlumatına görə, publika.az-a danışan Vaqif Əsədov qeyd edib ki, sosial mediada yayımlanan görüntülər və bəzi saytlar məsələni birtərəfli işıqlandırıblar:
"Sözügedən görüntülər şəhərin Rəşid Behbudov və Üzeyir Hacıbeyov küçələrinin kəsişməsində baş verib. Sürücü "Yol hərəkəti haqqında" qanunu pozaraq əks istiqamətdə hərəkət zolağına çıxıb. Bizim əməkdaşlarımız isə sürücünü saxlayıb və nizamnaməyə uyğun şəkildə protokol təqdim etmək istəyiblər. Lakin, sürücü YPX əməkdaşı Elçin İsmayılova sənədlərini təqdim etməyib. 7-8 dəqiqə polis əməkdaşını gözlədib və daha sonra "vəsiqəm müəllimdədir" deyib. Bu nə deməkdir? Sürücünün vəsiqəsinin müəllimdə nə işi var? Həmin küçələrin kəsişməsində kameralar var. Hadisə anbaan kameralarda əks olunub. Mən bu görüntüləri yayımlamaq istəmirəm, kim istəyirsə gəlsin və bizim əlimizdə olan görüntülərlə də tanış olsun".
V.Əsədov qeyd edib ki, YPX əməkdaşı yanlışlıqla sürücüyə "Sənin başın partlayar" ifadəsini işlədib:
"Bizim həmin əməkdaşımız, Elçin İsmayılov 4 dil bilir. Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilir. Sürücü 8 dəqiqə sənədlərini təqdim etmədiyi üçün əməkdaşımız ona demək istəyib ki, sənədlərinizi təqdim etməməyiniz sizin başınızı ağrıdar. Amma yanlışlıqla fikrini yanlış ifadə edib və "Sənin başın partlayar" deyib. Bunu bu dərəcədə böyütmək lazım deyil. Çox təəssüf edirəm ki, jurnalistlər bunu bu şəkildə birtərəfli işıqlandırıblar. İstəsəniz, mən həmin əməkdaşımıza hadisəni əvvəldən sona qədər ingilis dilində şərh etməsini də təşkil edə bilərəm. Yəni, aydın olsun ki, bu anlaşılmazlıq sadəcə çox dil bildiyi üçün fikrini ifadə etməkdə çətinlik çəkdiyindən yaranıb".
NUH.az
Oxşar xəbərlər
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 2025 16:21
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 2025 16:36
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
Xəbər lenti
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
Video & Fotoqalereya
Video
Fotoqalereya