- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
Mülki geyimli gömrükçülər rejissora və onun azyaşlı uşaqlarına zülm verdilər

Gömrük orqanlarının, xüsusilə də sərhəd-buraxılış məntəqələrinin işindəki çatışmazlıqlara görə şirkətlər də, sahibkarlar da, ölkədən çıxan və ölkəyə qayıdan adi vətəndaşlar da şikayət edirlər. Təəssüf ki, Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanı da istisna deyil. Çatışmazlıq öz yerində, amma Cəfər Axundzadənin hava limanının gömrüyündə başına gələnləri gömrük xidmətinin özbaşınalığından başqa heç cür adlandırmaq olmur.
Cəfər Axundzadə
Cəfər özünə qarşı dərhal simpatiya yaradan adamlardandır. Davranışı və danışığı onun tərbiyəli və savadlı adam olduğunu büruzə verir. 10 ildən çox Moskvada çalışmış bədii filmlərin rejissoru və ssenari müəllifi, sonradan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi üzrə növbəti filmin çəkilişlərindən sonra bu cür mütəxəssislərin çatışmadığı Vətəndə qalaraq işləyən biri başqa cür ola da bilməz. İndi Cəfər “Cinema Plus” kinoteatrlar şəbəkəsinin baş direktorunun müavini vəzifəsində işləyir. Tez-tez xarici ölkələrə ezamiyyətlərə gedir və bir çox dövlətlərdə gömrük qaydaları və ənənələri ilə yaxından tanışdır.
“Yolda hər şey baş verə bilər, amma Bakı hava limanında qarşılaşdığım özbaşınalığı başqa heç bir yerdə görməmişəm, - sakit qalmağa çalışan Axundzadə deyir. – Mən artıq vəkilə müraciət etmişəm və o, yalnız öz dediklərinə görə gömrük orqanlarına aid olduqları barədə fikir yaradan insanlara qarşı cinayət işinin başlanmasına nail olmağa vəd verib. Onlar hamısı mülki geyimdə gəzirlər, heç bir fərqləndirmə nişanları yoxdur, özlərini təqdim etməyi xahiş edəndə isə uzaq başı adlarını deyirlər. Axı bunlar dövlət tərəfindən yalnız iqtisadi təhlükəsizlik məsələlərini həll etmək səlahiyyəti almış adamlar deyil. Ölkəyə gələn əcnəbilər gəldikləri ölkə barədə ilk olaraq onlara görə fikir formalaşdırırlar”.
Cəfər ailə üzvləri, uşaqları və ailə dostu ilə birgə istirahət etdiyi Misirdən uçub gəlib. Böyük bir dəstə adamla yaxşı istirahət etdikdən sonra evə qayıdıblar.
Misirdə havaya qalxmış təyyarə Tbilisidə eniş etdikdən sonra noyabrın 19-da gecə saatlarında – təxminən saat 3-də Bakıda yerə enib. Gecə vaxtı bir neçə saatlıq uçuşdan sonra sərnişinlərin vəziyyətini təsəvvür etmək elə də çətin deyil, uşaqlar isə ümumiyyətlə böyüklərin əli üstə yatırlar. Lakin gömrükçülər bunu başa düşməyə çalışmayıblar...
Bütün sərnişinləri toplayaraq özünü gömrük işçisi kimi təqdim etmiş bir kişi xüsusi bəyannamə tələb edən mal və əşyaların olub-olmamasını soruşub. İnkar cavabı aldıqdan sonra o, hamını “qırmızı dəhliz”ə salıb, halbuki şübhə doğurmayan səyahətçilər üçün asanlaşdırılmış buraxılış prosesi nəzərdə tutulan “yaşıl dəhliz” də mövcuddur.
Fəqət Bakı gömrükçüləri bu sadələşdirilmiş dəhlizə girişi ciddi-cəhdlə bağlayırlar. Bunu yalnız Axundzadə demir, paytaxtımıza gələn minlərlə başqa aviasərnişin də söyləyir.
“Qırmızı dəhlizlə bitsəydi, dərd yarı idi, - Cəfər sözlərinə davam edir. – bizdən cibimizdəki bütün əşyaları çıxarmağı və yükləri yenidən skanerdən keçirməyi tələb etdilər. Mən gömrük işçilərinin birindən soruşdum ki. bizi niyə belə incidirlər – axı adamlar yorulub, uşaqlar yatıb. O dəqiqəyə kimi biz artıq üç sərhəd nəzarət yoxlanışından keçmişdik, yüklər isə Bakı nəzarətindən də keçməyə macal tapmışdı. Lakin gömrükçü sanki elə mənim sualımı gözləyirdi: “Hə, ağıllı çıxmısan? Hüquqlarını bilirsən? – həyasızlıq etməyə başladı. – tez ol, hər şeyi ciblərindən çıxar”.
gömrük əməkdaşı Elvin Babayev
Mülki geyimli şəxsin bu cür davranışı Cəfəri əsəbiləşdirib və o bildirib ki, kiminlə söhbət etdiyini bilmir və yüklərinin polisin iştirakı ilə baxışdan keçirilməsini tələb edir. Onu hansısa otağa aparırlar və burada cibində olanlarla bir daha maraqlanırlar. Cavab əvvəlki kimi olur – yalnız şahidlərin və polisin iştirakı ilə. Özündən çıxmış gömrükçü, görünür, sərnişinin polisin çağırılması ilə bağlı israrlı tələbini unudaraq, özü polisi çağıracağı ilə hədələməyə başlayır, lakin sonradan özünə gələrək, cibləri boşaltmağı xahiş edir. Hadisə səhərə yaxın baş verir. Cəfərin qızı çamadanın üstündə yatıb, Axundzadə özü isə yol yorğunluğu və gömrükçülərin hərəkətindən bezərək tələbə riayət edir. Ondan ayaqqabılarını, üst geyimini çıxarmağı da istəyirlər – buna da razılaşır ki, tez canını qurtarıb evə yollansın.
Laçın Dadaşov
Lakin məhz bu zaman tamamilə ağlasığmaz hadisələr baş verməyə başlayır. Sən demə, Cəfərin dostu bütün olanları telefona çəkirmiş. Bunu görən mülki geyimli bir neçə özünü gömrükçü elan edən şəxs onu başqa bir otağa aparırlar, telefonunu əlindən alırlar və çəkilmiş videonu yaddaşdan silirlər.
Bundan sonra onları açıq-aşkar məsxərəyə qoymağa başlayırlar: bir neçə dəfə çamadanlar açılır, hər geyim əşyası nəzarətdən keçirilir. Bu cür fövqəladə yoxlamaya məruz qalmış binəvalar çamadanlarını bağlayan kimi gömrükçülər, sanki nəyisə xatırlayaraq, yenidən onları açır və əşyaları ətrafa yayırlar. Cəfərin dostu dözmür və baş verənləri yenidən çəkməyə başlayır. Buna görə onu otaqdan çıxarmağa çalışırlar. Lakin bu “həvəsə gəlmiş” gömrükçülərə az görünür. Onlar it gətirir və heyvan hamını iyləməyə başlayır. Cəfərin qızı elə qorxur ki, burnundan qan açılır. Lakin atasını onun yanına buraxmırlar.
Ən nəhayət, polis əməkdaşları gəlir, lakin özlərinin dediyi kimi, onları gömrükçülər çağırıbmış. Polis əməkdaşlarından biri Cəfərin bu vaxta kimi mülki geyimli şəxslərə vermək istəmədiyi pasportunu alır və nəyə görəsə dərhal mülki geyimli bir şəxsə ötürür. Düzdür, pasportun sahibi öz hüquqları barədə danışmağa başlayan kimi polis əməkdaşı sənədi gözdən keçirən adamdan pasportu alır. Sanki üzr istəyərək, polis əməkdaşı Cəfərə pıçıldayır ki, bu gömrükçülər onları həddən ziyadə bezdiriblər, amma yeri gələndə polis onların eyiblərini örtməlidir.
Vüsal Məcidov
Onun nə dərəcədə səmimi olduğunu demək çətindir, lakin hətta polisin gözləri önündə belə gömrükçülər Cəfərin yükünü müsadirə etmək qərarına gəlir. Elə-belə, rəsmiləşdirmədən və səbəbini izah etmədən. Belə olan halda artıq polis əməkdaşlarının səbri tükənir və onlar gömrükçülərdən sərnişinə baş verənlərin və yükün nəyə görə belə canfəşanlıqla nəzarətdən keçirilməsinin səbəbini izah etməyi tələb edirlər. İşin belə hal almasından təəccüblənmiş gömrükçülər çaşqın halda bir-birlərinə baxır və sanki fikirləşib tapmağa çalışırlar ki, nəyə “ilişsinlər”. Tapa bilmirlər və nəhayət, Axundzadə yol yoldaşları ilə evinə yollanır.
Çox ümid edirik ki, burada təsvir edilmiş hadisəyə gömrük rəhbərliyi diqqət yetirəcək. İstənilən halda, tərəflər məhkəmədə görüşəcək və canfəşanlıq edən mülki geyimli xidmətçilər izahat verməli olacaqlar.
Virtualaz.org
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 2025 00:06
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
9 aprel 2025 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
9 aprel 2025 20:16
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
9 aprel 2025 17:47
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
9 aprel 2025 15:28
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
8 aprel 2025 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
8 aprel 2025 12:19
- Ağdaban faciəsindən 33 il ötür
8 aprel 2025 00:39
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58