Sonuncu Moğol imperatoru
Region11 noyabr 2017 19:26
Sonuncu Moğol imperatoru bir əsrdən çox heç kimin yadına düşməyib. Lakin qəbrinin aşkarlanması ilə Sufi müqəddəslərindən biri və urdu dilinin ən yaxşı şairlərindən sayılan bu kişinin irsi də peyda olub.
II Bahadır Şah Zəfər 1862-ci ildə Ranqunda (indiki Yanqun) son nəfəsini verərkən yanında cəmi bir neçə qohumu olub.
Onu tutan britaniyalılar məşhur Şvedaqon Paqoda yaxınlığındakı bir ərazidə dəfn ediblərmiş. Heç qəbrin üzərində işarə də olmayıb.
Məğlub, alçaldılmış və təhqirə uğramış: müasir Hindistan, Pakistan və Əfqanıstan və Banqladeşin böyük hissələri də daxil olmaqla geniş bir ərazini 300 il idarə edən Moğolların varisi üçün biabırçı sonluq.
Hakimiyyətini əcdadları Əkbər və ya Övrəngzeb ilə müqayisə etmək mümkün olmasa da, 1857-ci ildə uğursuzluq ilə nəticələnən "Hindistan Qiyamı" onun adı ətrafında cərəyan edib. O zaman əsgərlər Şərqi Hindistan Britaniya Şirkətinə qarşı ayağa qalxmışdılar.
Məğlubiyyətdən sonra, imperator xəyanət ittihamı ilə həbs olunur və Britaniya idarəsində olan başqa bir əraziyə Burmaya (hazırda Myanma) sürgün edilir.
O, həbsdə 87 yaşında noyabrın yeddisi ölsə də, poeziyası hələ də yaşayır. Şair, qələbə mənasını verən Zəfər təxəllüsündən istifadə edib.

Bahadır Şah Zəfərin həbsini təsvir edən illüstrasiya
1700-ci illərin sonuna qədər böyük Moğol imperiyası nüfuz və ərazisinin böyük hissəsini itirmişdi. 1837-ci ildə hakimiyyətə gələn Zəfər, yalnız Delhi və onun ətrafını idarə edirdi. Amma təbəələri onu hər zaman Padşah kimi anıblar.
Digər Moğol padşahları kimi onun da Monqol imperatorları Çingiz xan və Teymur nəslindən olduğu deyilirdi. Dünyanın ən böyük sülalələrindən birinin sonu onun ölümü ilə gəlib.
Britaniyalılar davamçılarını yayındırmaqdan ötrü onu gizli dəfn edirlər. Ölüm xəbəri Hindistana iki həftədən sonra çatır və demək olar ki, heç kim buna məhəl qoymur.
Və Zəfər 100 ildən artıq bir müddət ərzində yaddaşlardan silinib.
Ta ki son on illiklərdə irsinə maraq yarana qədər.
Hindistanda efirə 1980-ci illərdə gedən televiziyası seriyası yaddaşları təzələyir və Delhi və Karaçidə onun adını daşıyan küçələr peyda olur. Dakada hətta, bir parkın adı onun adına dəyişdirilib.
"Zəfər görkəmli insan olub," Sonuncu Moğol (The Last Mughal) əsərinin müəllifi tarixçi William Dalrymple BBC-yə deyib.
"Xəttat, şair, Sufi piri və hindu-müsəlman birliyini təqdir edən bir şəxs."
"Zəfər qəhrəman və ya inqilabçı lider kimi anılmasa da, xatirlərdə əcdadı imperator Əkbər kimi İslam sivilizasiyanın ən tolerant və pluralist simalarından biri olaraq qalıb," cənab Dalrymple kitabında qeyd edib.
Bəziləri deyir ki, Zəfərin dini dözümünün səbəbi qarışıq valideynlərə malik olmasından qaynaqlanıb. Atası II Əkbər Şah müsəlman və anası Lal Bhai Hindu Racput şahzadəsi olub.
1857-ci il "Qiyamı"

1857-ci il Hindistan Qiyamı zamanı Delhidə baş verən döyüşdən bir səhnə
* Mayın 10-da şimalda yerləşən Meerut şəhərində hindistanlı əsgərlər britaniyalı zabitlərə qarşı ayağa qalxırlar. Üsyan Delhi, Aqra, Lakhnau və Kanpur şəhərlərinə yayılır.
* Hiddətə səbəb yeni islahatlar, qanunlar, Qərb dəyərləri və Xristianlıq ilə bağlı addımlar olub.
* Üsyan minlərlə hindu və müsəlmanları birləşdirir və onlar dövrün Moğol imperatoru II Bahadır Şah Zəfəri başçıları seçirlər.
* Britaniya generalları Puncab və Patnadan olan six əsgərləri sayəsində sentyabra qədər Delhini ələ keçirirlər.
* Hər iki tərəf qəddar cinayətlərdə ittiham olunur. Üsyançılar britaniyalı qadın və uşaqları öldürürlər. Britaniyalılar isə minlərlə qiyamçı və onların tərəfdarlarının ölümündə günahkar bilinirlər.
* Üsyan 1858-ci ilin iyulunda tamamilə yatırılır. Eyni ildə Şərqi Hindistan Şirkəti ləğv olunur və Hindistanda Britaniya hökumətinin birbaşa hakimiyyəti qurulur.
Mənbə: Britannica, BBC Tarix
Zəfərin sakit Yanqun xiyabanındakı qəbri, Hindistan tarixinin ən qarışıq dövrünün iztirablı və dinməz yadigarıdır.

Şəkil: Sonuncu imperatorun adını daşıyan mavzoleyin darvazaları
Yerlilər Zəfərin yerli qarnizon ərazisində basdırıldığını zənn etsələr də, məzar 1991-ci ilə qədər naməlum qalıb.
Drenaj sistemi üçü yeri qazan işçilər kərpic tikili ilə qarşılaşırlar. Bu, keçmiş padşahın qəbri imiş. Sonralar məzar ictimai ianələr sayəsindən yenidən qurulur.

Mavzoleydə onun xanınlarından biri Zinət Mahalın da qəbri yerləşir
Əcdadlarının Hindistandakı dəbdəbəli mavzoleyləri ilə müqayisədə Zəfərin məzarı çox sadədir. Qövsvari dəmir barmaqlıqlarda onun adı və titulu qeyd olunub. Birinci mərtəbədə xanımlarından bir Zinət Mahal və nəvəsi Rövnəq Zamaninin qəbirləri yerləşir.
Zəfərin məzarı isə yeraltı otaqdadır və qızılgül ləçəkləri və başqa güllərlə örtülüb.
Yuxarıdan sallanan uzun şamdanlar onun divardakı rəsmlərini işıqlandırır. Yan binada isə məscid yerləşir.
Dərgah və ya məqbərə, Yanqunun müsəlman sakinləri üçün ziyarət yerinə çevrilib.
"Dərgaha hər tərəfdən insanlar gəlir, çünki o, Sufi müqəddəsi hesab olunur," Bahadır Şah Zəfər Mavzoleyinin idarə heyətinin xəzinədarı Əl-Hac U Aye Lvin deyir.
"Onlar, şahın məzarı yanında meditasiya və dua etməklə məşğul olurlar. Arzuları həyata keçən insanlar isə pul və başqa şeylər ianə edirlər."
Zafar's tomb
İnsanlar Zəfərin məzarına qızılgül ləçəkləri səpiblər
Zəfər yaddaşlarda daha çox urdu dilindəki işinə görə qalıb. Onun həyat və sevgi haqqındakı qəzəlləri çox məşhurdur və urdu poeaziyasının oxunduğu Yanqun toplantıları və ya müşairələrdə səsləndirilir.
Qələm və kağız qadağasına görə deyirlər ki, o, şeirlərini həbs olduğu hücrənin divarlarına kömürlə yazarmış. Ona həsr edilən şeirlərdən bir neçəsi movzoleyin divarlarını bəzəyir.
İmperator kimi Zəfər ordu başçısı olmasa da, müsəlman və hinduları birləşdirən üsyanın simvolik rəhbərinə çevrilib. Tarixçilər, minlərlə müsəlman və hindu əsgərlərinin britaniyalılara qarşı çıxaraq Moğol imperiyasının bərpası üçün vuruşduqlarını söyləyirlər.
Hindistan və ya dünyanın başqa heç bir yerində anılmayan bu üsyanın bu il 160-cı ildönümüdür.
Tarixçilərə görə, milliyyətçilik və fundamentalizmin artdığı bir dövrdə Zəfərin tolerantlıq nümayişi, bu gün də öz aktuallığını qoruyur.
Titul və hakimiyyətini itirsə də, o, Sufi müqəddəsi və mistik şair kimi qəlbləri fəth edə bilib.

Şəkil: Zəfərin bu portreti Moğol imperiyasının əvvəlki qüdrətini əks etdirir
Qaynarinfo.Az
Mənbə: BBC
Oxşar xəbərlər
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- Bizimlə donuzdan da pis rəftar edirdilər - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
26 yanvar 2026 11:06
- OĞLU Fəzail Ağamalını məhkəməyə verdi
24 yanvar 2026 16:15
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 2025 22:12
- İlham Əliyevlə Peter Pelleqrini arasında geniş tərkibdə görüş oldu
8 dekabr 2025 22:55
- Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir - Nəriman Nərimanovun oğluna məktubu
6 dekabr 2025 01:02
Xəbər lenti
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
Video & Fotoqalereya
Video
Fotoqalereya
