MİLYARDERİN AZƏRBAYCANDAKI BANKINDA YOXLAMALAR! – Palata “Nikoyl Bank”da nə axtarır?

Maliyyə Bazarlarına Nəzarət Palatası Vahid Ələkbərovun bankında maxinasiyaların izinə düşüb
Maliyyə Bazarlarına Nəzarət Palatası azərbaycanlı milyarder, “Lukoyl” şirkətlər qrupunun prezidenti Vahid Ələkbərova məxsus “Nikol Bank” ASC-də kompleks yoxlamalara başlayıb.
Etibarlı mənbədən “AzPolitika”ya daxil olan məlumata görə, ötən həftənin əvvəlindən başlayan araşdırmalar bankda geniş miqyaslı maxinasiyalar, vəsaitlərin talan edilməsi və beləliklə mövcud qanunvericiliyin kobud şəkildə pozulması ilə bağlıdır.
Mənbə bildirib ki, ötən il Vahid Ələkbərov tərəfindən bankın kapitalının 160 milyon manat civarında artırlmasına baxmayaraq, “Nikoil Bank” uğursuzluq zolağından nəinki çıxa bilməyib, əksinə, üzləşdiyi zərərin miqyası artıb, problemli kreditlərin həcmi böyüyüb.
Məlumatda qeyd olunur ki, bütün bunların səbəbi Bankın rəhbərləri -İdarə Heyətinin sədri Nikolay Şurqaya və onun birinci müavini Fərhad Hacınskinin yarıtmaz fəaliyyəti ilə bağlıdır. Hər iki şəxsin “Nikoil Bank”a “Rabitəbankdan” gəldiyinə diqqət çəkən mənbə, həmin bankın çox ciddi problemlərlə üzləşdiyini, hazırda kredit portfelinin 70 faizindən çoxunun problemli olmasını vurğulayıb. Həmin kommersiya qurumunda da Nikolay Şurqayanın müavini kimi fəaliyyət göstərən Fərhad Hacınski, yaratdığı ciddi problemlərə görə qovulduqdan sonra təxminən ilyarım işsiz qalıb. Amma Nikolay Şurqaya onun dadına çatıb və Hacınski “Nikoil Bank”da yüksək posta gətirilib.
Mənbə onunla bağlı daha bir maraqlı fakta diqqət çəkir: Hacınski Tibb Universitetinin məzunudur, heç bir iqtisad təhsili yoxdur, bu avtomatik olaraq sədr müavininin bank sistemində yüksək post tutmasını əngəlləyir, çünki qanunvericiliyin tələbi belədir. O zaman Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası onun ölkənin ən böyük banklarından birində vəzifə tutmasına necə göz yumub? Bu, “Nikoil Bank”da yeganə hal deyil. Məsələn, Bankın Hüquq Departamentinin sədri Vüqar Kərimovun da hüquq təhsili yoxdur.
Şurqaya-Hacınski komandasının “Nikoil Bank”a transferindən əvvəl bu kommersiya qurumunda ciddi problemlər baş verib. Bankın İdarə Heyətinin əvvəlki sədri Vasili Xamaza banka məxsus 40 milyon manatdan çox vasaiti talan edib və onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Hazırda V. Xamaza axtarışdadır. Mənbənin bildirdiyinə görə, Azərbaycan vətəndaşı olmayan Xamaza dələduzluq, mənimsəmə, saxtakarlıq və s. cinayətlərdə ittiham olunur.
Maraqlıdır ki, onun əməllərini davam etdirən sələfi Nikolay Şurqaya da Azərbaycan vətəndaşı deyil. O və müavini Hacınskinin başqa bir “özəlliyi”də Azərbaycanın əlamətdar günlərinə, həmçinin 20 yanvar, Xocalı faciəsi ilə bağlı anım mərasimlərinə qatılmaqdan imtina etmələridir. Mənbə bildirib ki, onlar hətta mərhum prezident Heydər Əliyevin xatirəsinin anım günlərinə də qatılmayaraq belə tədbirlərin onlar üçün sadəcə “maraqsız” olduğunu deyirlər.
Maliyyə Bazarlarına Nəzarət Palatasının “Nikol Bank”da apardığı kompleks yoxlamaların səbəbinə gəlincə, mənbə maraqlı faktlar açıqlayıb.
Son il yarımda banka gətirilən kadrların əksəriyyəti digər banklardan kənarlaşdırılan, qeyri-peşəkar, uzun müddət işsiz qalmış şəxslərdən ibarətdir. Paralel olaraq bankın təcrübəli işçiləri müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır.
Bankda təftiş olunan əsas problemlərdən biri “şapka” əsasında gürcü millətindən olan maklerlərə kreditlərin verilməsidir.
Mənbə bildirib ki, yüksək məbləğli bank vəsaitləri təhlil olunmadan bir günün içində sədrin “məsləhət gördüyü” şəxslərin adlarına kredit kimi rəsmiləşdirilir. Belə “gəlirli” işlər Bankın Koorporativ Kredit Departamentinin sədri İlqar Tağıyevin rəhbərliyi ilə həyata keçirilir. Onun kuratoru isə İdarə Heyəti sədrinin birinci müavini Fərhad Hacınskidir.
Mütəmadi həyata keçirilən bu “kredit xətti” bankda gürcü iş adamları-İlqar Tağıyev-Hacınski-Şurqaya iş birliyini göstərən korrupsiya mexanizmlərindən biridir.
Mənbə “Nikoil Bank”da rəhbərliyin hüdudsuz qazanc əldə etdiyi daha bir “xəttə” işıq salır. Belə ki, problemli kreditlərin təminatı olan əmlaklar balansa götürüldükdən sonra baha qiymətə satılır. Amma banka əldə olunan vəsaitin kiçik bir hissəsi mədaxil edilir, qalan pullar isə rəhbərlik tərəfindən mənimsənilir. Bu “gəlirli” sahəni isə Fərhad Hacınskinin ən yaxın adamlarından biri olan Cəlal Nağıyev kurasiya edir. İdarə Heyəti sədrinin müavini onun əli ilə guya kollektor fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə müqavilələr bağlayır və hər ay onların hesablarına pul köçürərək bankdan çıxarılır.
Məlumatda qeyd olunur ki, heç bir təhlil aparılmadan verilən kreditlərin təyinatı üzrə istifadə olunub-olunmamasına nəzarət olunmur. Bu kreditlərin rəsmiləşdirilməsindən əldə olunan rüşvətlər müştərinin hesabından bank əməkdaşlarının ya başqa banklarda, ya da “Nikoil Bank”da açdıqları hesablara köçürülərək nağdlaşdırılır. Bütün bu qara əməliyyatlar isə Palatanın apardığı yoxlamaların əsas predimetlərindən biridir.
Mənbənin məlumatına görə, “Nikoil Bank”da baş verən talançılıqdan bankın London ofisindən Marina Kluşova da xəbərdardır. Onun Nikolay Şurqaya ilə korrupsiya əlaqələrinin olduğu barədə məlumatlar var.
Maraqlıdır, Palatanın apardığı yoxlamalardan sonra Vahid Ələkbərovun on milyonlarla vəsaiti etibar etdiyi Şurqaya-Hacınski komandası sələfi Vasili Xamazanın aqibətini yaşayacaqmı? Milyarder korrupsiya yeminə çevrilən vəsaitlərini xilas etmək üçün hansı tədbirləri görəcək?
Qeyd edək ki, əldə olunan bu məlumatlarla bağlı “Nikoyl Bank”ın rəhbərliyinin mövqeyini öyrənmək üçün banka şifahi və yazılı sorğu versək də, “müvafiq vəzifəli şəxsin” suallarımıza cavab vermək üçün bizimlə əlaqə saxlayacağı haqda vəd, elə vəd olaraq da qaldı. Bununla belə, “Nikoyl Bank”ın mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 2025 21:37
- 4 MİLYАRD manat ölkədən NECƏ OĞURLANIB - Elə faktlar var ki...
11 mart 2025 16:27
- Dövlət Agentliyi Ləkəranda ofis axtarır – Ayda 4 060 manat ödəyəcək
7 mart 2025 01:29
- Məhkum bankirin Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu
6 mart 2025 10:47
- Hüseyn Abdullayevə hökm oxundu
27 fevral 2025 11:27
- Azərbaycanda həbs edilən FETÖ üzvünə - Bu cəza verildi
26 fevral 2025 18:39
- Xeyli adam qırdım, Azərbaycanda məni axtarırlar -VİDEO
24 fevral 2025 23:51
- Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var
23 fevral 2025 13:36
- Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA +FOTOLAR, VİDEO
20 fevral 2025 18:36
- Bakıda ayı əti satan mağaza sahibi onları görən kimi qaçdı ..
20 fevral 2025 12:07
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 12:40
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18