"Facebook" istifadəçilərinə şad xəbər: daha rahat və sürətli qoşulmaq mümkün oldu
Dünya8 noyabr 2017 22:31

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan milli magistral (backbone) internet operatoru "Azertelecom" MMC ilə "Facebook" korporasiyası arasında "Facebook" şirkətinin CDN (məzmun çatdırılma şəbəkəsi) keş serverlərinin "Azertelecom" MMC-nin Data mərkəzində yerləşdirilməsi barədə müqavilə imzalanıb. Bu barədə Trend-də "Azertelecom" MMC-nin baş icraçı direktoru Fuad Allahverdiyev bildirib.
Onun sözlərinə görə, artıq "Facebook" şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq, şirkətin serverləri "Azertelecom" MMC-nin Data mərkəzində uğurla quraşdırılıb və cari ilin noyabrın 1-dən etibarən tam olaraq istifadəyə verilib:
"Facebook" şirkətinin CDN keş serverlərinin quraşdırılması ölkəmizdə yerli "Facebook" istifadəçiləri üçün geniş imkanlar açır. Belə ki, bu serverlərin "Azertelecom"un Data mərkəzində yerləşdirilməsi ilk növbədə bu sosial şəbəkənin istifadəçilərinə "Facebook" kontentinə daha qısa zaman ərzində qoşulmaq və tələb olunan kontenti daha asan və sürətli şəkildə yükləmək imkanını yaradır. Digər tərəfdən, "Facebook"un təqdim etdiyi kontentin yüklənməsi üçün trafik artıq xarici Data serverlərdən deyil, məhz "Azertelecom" MMC-nin Data Mərkəzindəki serverdən yüklənir ki, bu da birbaşa olaraq kontentin keyfiyyətinin əhəmiyyətli şəkildə yüksəlməsinə gətirib çıxarır. Eyni zamanda, bu yenilik xaricdən alınan trafikə də müvafiq olaraq qənaət edilməsinə, qənaət olunan trafikin isə daha optimal şəkildə digər istiqamətlərdə istifadəsinə əlverişli şərait yaradır".
F.Allahverdiyev deyib ki, "Azertelecom" şirkətinin "Facebook" korporasiyası ilə bu əməkdaşlığı Azərbaycanda populyar olan bu sosial şəbəkənin istifadəçiləri üçün kontentin çatdırılmasını maneəsiz, sürətli və daha əlçatan etməklə bərabər məlumatların da emalını sürətləndirir.
Qeyd edək ki, "Azertelecom" MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və telekommunikasiya operatorunun təqdim etdiyi xidmətlər arasında internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SIP telefoniya, FTTB (binaya qədər fiber optik xətt), Data mərkəz xidmətləri, VPN (virtual şəxsi şəbəkə), VoIP (IP protokolu üzərindən səsin ötürülməsi), DDOS hücumundan müdafiə və digər xidmətlər var. "Azertelecom" MMC müştərilərə innovativ və yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin təqdim olunması istiqamətində fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 2025 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya