Bakıda məşhur ailənin oğlu sürücünü döyüb, cinayət işi açdırdı (ŞOK FAKTLAR)

Bakıda tanınmış ailənin oğlu taksi sürücüsünü təhqir edib, avtomobilini əzib, daha sonra isə onu döyüb.
Bu barədə "Qaynarinfo"ya zərərçəkmiş Fərid Nemətov məlumat verib. O, hadisənin 2015-ci ildə baş verdiyini, 2 ildir ki, təhdid və şantaj edildiyini, zərərçəkən tərəf olmasına baxmayaraq, onun özünə qarşı cinayət işi açıldığını bildirib:
Fərid Nemətov
"Ailəmi sürücülüklə dolandırıram. 2015-ci ilin dekabrında İnşaatçılar prospektindən üzü Elmlər Akademiyası istiqamətində hərəkət edərkən arxadan gələn yeddinci nəsil BMW markalı, dövlət nişanı 10-KV-222 olan avtomobil səs siqnalından və işıqlardan istifadə etməklə işarələr göstərərək aramızda olan distansiyanı gözləmədən, təhlükəli manevrlər etməyə başladı. Təhlükəni sovuşdurmaq üçün Əbdürrəhim bəy Haqverdiyev küçəsinə döndükdən sonra avtomobilimi yolun sağına çəkərək ona yol verdim. Lakin BMW-nin sürücüsü avtomobilini mənimlə paralelləşdirərək, yan şüşəsini açıb nalayiq söyüşlər söyməyə və məni hədələməyə başladı. Avtomobilimdə qadın müştəri olduğu üçün cavab vermədim, düşündüm ki, əl çəkər. Amma belə olmadı.
Ağası Hüseynov
Avtomobili sağ-sol edərək qəfildən dayanır, daha sonra yenidən sürürdü. Bir sözlə avtoxuliqanlıq edirdi. Əl çəkməsi üçün avtomobilimi sağa çəkərək saxladım. BMW getdikdən 2-3 dəqiqə sonra yoluma davam etdim. "Lider TV"yə çatarkən həmin BMW yenidən peyda oldu və həmin hərəkətləri təkrarlamağa başladı. Dözmədim, "Ayıbdı, bir tikə çörək pulu üçün işimi görürəm, sən isə məni tapdalayırsan, təhqir edirsən. Adam kişi olar", - dedim.
Cavab olaraq avtomobilini üstümə sürdü və maşınımı yan tərəfdən əzərək məni yoldan çıxartdı və söyərək sürüb getdi. İrəlidə, Şəfayət Mehdiyev 1054 ünvanında, yeni tikilmiş binanın qarşısında dayandı. Sonradan məlum oldu ki, bura onun yaşadığı binadır. Avtomobilim vurulmuşdu, bu səbəbdən də arxasınca sürüb, binanın qarşısında saxladım. Düşüb, maşınımı vurub qaçdığı üçün YPX-yə xəbər verəcəyimi dedim. Cavab olaraq avtomobilindən düşdü və məni söydükdən sonra sifətimə yumruqla vurdu. Özümü qorumaq üçün əlbəyaxa oldum. Ətrafdakı insanlar və binanın mühafizəçiləri bizi ayırdı.
Davadan sonra harasa getdi və 3 dəqiqədən sonra qayıdıb, məni tutduracağı ilə hədələdi.
Ağası Hüseynovun idarə etdiyi BMW markalı avtomobil
Bu zaman PPX əməkdaşları gəlib, bizi bölməyə apardılar. Orada avtomobilimin əzilməyini və dodağımın yaralandığını qeydə aldılar. Məlum oldu ki, BMW-nin sürücüsü Hüseynov Ağası Hüseynağa oğludur. O, işin onun xeyrinə olmadığını görüb, atasını, qaynatasını və digər qohumlarını yalançı şahid kimi bölməyə gətirdi. Atası, tibb üzrə professor Hüseynağa Hüseynovun köməkliyi ilə səhəri gün polisə heç bir həqiqi əsası olmadan saxta ekspertiza rəyi təqdim etdi. Rəydə guya burnunun sınması qeyd olunmuşdu, halbuki nə burnu sınmışdı, nə də ki, xəstəxanada yatmışdı.
Ekspertiza rəyi, yalançı şahidlər hesabına söyülən, döyülən, əmlakı zərər görən şəxs mən olsam da, özümə cinayət işi açdırdılar. İmkansızlıqdan vəkil tuta bilmədim, heç yerə əlim çatmadı. Tapdığım şahidlər isə onun qonşuları olduğu üçün kənarda qalmağı üstün tutdular. Məcbur qalıb barışığa getdim ki, məsələ bağlansın, amma alınmadı. Atası axırıncı dəfə polisdə mənə, "Çuşka, mənə çox yalvaracaqsan. Səni məhv edəcəm", dedi. Ağasının anası, bəstəkar Sədaqət Arifqızı ilə əlaqə saxladıq. O isə, "Çuşkaların əlindən şəhərə çıxa bilmirik. Qoy zülüm çəksin", deyib telefonu söndürdü.
Ağası Hüseynovun anası, bəstəkar Sədaqət Arifqızı
Hadisədən 2 ay sonra Ağası Hüsoynov ABŞ-ın Mayami şəhərinə köçdü. Amma yenə də məndən əl çəkmirlər. Polis deyir ki, gərək sən də o vaxt ekspertiza rəyi alardın. Səhv etmisən. Ancaq barışığa getməklə bu məsələni bağlamaq olar. 2 ildir ki, məhkəmələrdəyəm. Onlar xaricdə kef çəkir, mən isə burada zülüm".
Ağası Hüseynovun Mayamidəki villası
Qeyd edək ki, sözügedən şəxs Ağası Hüseynovun atası Hüseynağa Hüseynov tibb elmləri üzrə professor, həkim və biznesmendir. 2 il Tibb texnikumunun direktoru vəzifəsində çalışıb. Türkiyədə mülkləri var. Anası, bəstəkar Sədaqət Arifqızı Musiqi Akademiyasınnın müəllimidir. Qaynatası, Əfsələddin Zakirov mühim dövlət strukturlarının birinin generalıdır.
Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənmək üçün Ağası Hüseynovun atası ilə əlaqə saxladıq. Professor Hüseynağa Hüseynov bu işlə vəkillərinin məşğul olduğunu, nə lazımdırsa, onunla əlaqə saxlamağımızı bildirdi:
Ağası Hüseynovun atası, professor Hüseynağa Hüseynov
- Bizim vəkilimiz var, onunla əlaqə saxlayın nə lazımdırsa deyəcək
Hadisə şahidlərindən biri də Ağası Hüseynovun xalası oğludur. Hadisə ilə bağlı əlavə məlumat öyrənmək üçün onunla əlaqə saxladıq. Tanınmış iqtisadçı-ekspert olan Fuad İbrahimov "Qaynarinfo"ya açıqlamasında xaloğlusuna görə biabır olduğunu, bütün günahın da elə Ağasıda olduğunu bildirdi:
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 2025 13:21
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 2025 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 2025 13:43
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24