"Məni çox qısqanırdı. Yazdığı bütün mahnıları sevgimizə həsr etmişdi. Son vaxtlar Paşa Qəlbinurun sözlərinə bir mahnı yazdı və dedi ki, mən həyatda olmayanda bu mahnını Azərbaycana ithaf edərək oxuyarsan. Sözləri belə idi: "Mən sizə gələcəyəm, vallah gələcəyəm”. Dedim, birlikdə oxuyarıq, dedi, yox, sən oxuyacaqsan. Dedim, Allah gecindən versin, elə bir şey olsa, mən onu sənə ithaf edib oxuyaram, maestro. Xoşuna gəldi, gözləri doldu”.
Əlvida, bu son gecə, salamat qal, Xədicə.
Əlvida, qara gözlər, əlvida, tatlı sözlər,
Əlvida, qara saçlar, ürəyimi paralar.
Emin Sabitoğlu: Mən sizə gələcəyəm, vallah, gələcəyəm...
Cəmiyyət2 noyabr 2017 17:47

Bugün Bakıda yağış yağır, əsl payız havası hökm sürür. Bugün payızda doğulan, payızda sevgisini yaşayan, elə payızda da dünyasını dəyişən, adı dillər əzbəri, dahi bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyidir. 1937-ci il noyabr ayının 2-də dünyaya göz açan bəstəkar 2000-ci il 18 noyabrda dünyasını dəyişib.
Səhər işə təzəcə gəlmişdim ki, Emin Sabitoğlunun doğum günü olduğunu öyrəndim. Qəhvəmi götürüb, sözləri Paşa Qəlbinura, musiqisi Emin Sabitoğluna aid "Mən sizə gələcəm” mahnısını dinləyərək bəstəkarın həyatını araşdırmağa başladım. Söhbətə də elə dinlədiyim musiqinin tarixçəsini sizinlə paylaşaraq başlayıram.
Xanımı Xədicə Abbasovanın dilindən...
2000-ci il 18 noyabrda dünyasını dəyişən bəstəkar son mahnısını elə 2000-ci il 2 noyabrda yazıb: "Ondan sonra dinlədiyim mahnı budur: "Mən niyə baxıram yollara, niyə, sən ki, bu yollardan dönən deyilsən”. Noyabrın 2-də onun ad günü idi, Bakı mətbəxini qutabını, düşbərəsini hazırladım. İstanbuldakı azərbaycanlılar gəldilər bizə. Axşam hamı gedəndən sonra dedi ki, təzə mahnı yazmışam:
Əlvida, qara gözlər, əlvida, tatlı sözlər,
Əlvida, qara saçlar, ürəyimi paralar.
Əlvida Xədicəm, səni çox özləyəcəm...

Hər zaman böyük əsərlərin, dahi şəxsiyyətlərin formalaşmasının ən böyük səbəbi kimi sevgini görmüşəm. İnsan yaşamadığı heç nəyi yaşada bilməz. Yaranan hər obrazın, hər əsərin, hər qafiyənin, hər musiqinin ilham mənbəyi olmalıdır. Ən təsirli, ən şirin, ən acı hiss isə məhəbbətdir. Emin Sabitoğlunun həyatını araşdırarkən bu fikir mənim üçün bir daha sübut olundu. Arada 20 yaş fərq və başqa bir ailə həyatı olmasına baxmayaraq, yaşanan bu sevgi bizlərə "Gecə yağışı”, "İstəməm”, "Mən sizə gələcəyəm, vallah, gələcəyəm” və s. bu kimi neçə-neçə gözəl əsər qazandırıb. Müğənni Xədicə Abbasova ilə ömrünün "ikinci bahar”ını yaşayan bəstəkarın bu evlilikdən övladı olmasa da, onun ilk evliliyindən Ceyran adlı bir qızı var.

Ceyran Mahmudovanın atası haqqında son xatirələri...
"Atam çox istedadlı insan idi. Moskva Konservatoriyasına imtahan verərkən onun simfoniyası "əla" qiymətləndirilmişdi. Ötən əsrin altmışıncı illərində isə Moskvada "əla" qiymət almaq hər adamın işi deyildi. Sonralar mahnı janrına daha çox vaxt ayırdı. Amma bu, indiki mahnı anlamından çox fərqli bir fəaliyyət idi. Atamın musiqi müəllifi olduğu elə təkcə tammetrajlı bədii filmlərin sayı 22-dir. 40-a yaxın müxtəlif xronometrajlı tele və kino filmlərində də onun musiqisi səslənir. 9 musiqili komediyası var. Atamın sayəsində mən lap kiçik yaşlarımdan ən gözəl musiqi sədalarını dinləmişəm. Xüsusən, Üzeyir bəyin musiqisi evimizdən əskik olmurdu. Evdə babam Sabit Rəhmandan qalan çox zəngin kitabxanamız var idi. Atam isə bu kitabxananı daim zənginləşdirirdi. Şairlər də öz kitablarını tez-tez atama bağışlayırdılar ki, bəlkə hansısa mahnısını bəstələyəndə onun diqqətini cəlb edə.

Emin Sabitoğlu nadir bəstəkarlardandır ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Atam sanki bütünlüklə melodiyadan ibarət idi. Mahnılarını çox rahat bəstələyirdi. Əlinin altında nə olsaydı, notları onun üstünə qeyd edirdi. Hər dəfə də mahnı hazır olandan sonra bizim üçün çalırdı. Deyirdi, qulaq asın görün, hansısa başqa mahnıya oxşamır ki? Bu, onun üçün prinsipial məsələ idi - heç kimə bənzəməmək.
Vəfatından bir az əvvəl mənə dedi ki, mənim də haqqımda kitab yaz. Dedim ki, yazaram. Amma yaxın insan haqqında kitab yazmağın öz çətinlikləri var. İndi artıq özümü belə bir kitab yazmağa hazır sayıram. Yaxın vaxtlarda atamın istəyini gerçəkləşdirəcəm”.

Bəstəkarın haqqında kitab yazılması ilə bağlı arzusunu həyat yoldaşı Xədicə Abbasova da reallaşdırmaq niyyətindədir:
"Sevgimizdən, onunla yaşadığım illərdən kitab yazmağa başlamışam: "Eminsiz Eminli günlər”. Xronoloji kitab olsun istəmirəm. Bizim onunla çox gözəl günlərimiz, gülməli hekayələrimiz olub. İstəyirəm bu yaşananların hamısını əhatə edən axıcı bir roman olsun. Bir də Emindən mənə qalan tək şeyi, royalını o zamanlar ehtiyacdan məcbur qalıb Müdafiə Nazirliyinə satmışdım. İstəyirəm işləyib müəyyən qədər pul yığdıqdan sona Bakıya qayıdım. "Bu gecə” adlı yalnız dəvətnamə ilə Emini sevərlər üçün nəzərdə tutulmuş klub açım. Royalı geri alıb ora qoyum. Eminin yarıda qalmış bəstələrini tamamlayım. Mən son nəfəsimə qədər Eminlə yaşayacağam”.
Xatırladaq ki, xalq artisti, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, professor Emin Sabitoğlunun anadan olmasının 80 illik yubileyi Prezident İlham Əliyevin sərəncamı ilə qeyd olunacaq.
Qaynarinfo.Az
Oxşar xəbərlər
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 2025 16:12
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik etdi
30 mart 2025 16:06
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- Prezidentdən Ramazan PAYLAŞIMI - FOTO
29 mart 2025 20:28
Xəbər lenti
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
Video & Fotoqalereya
Video
Fotoqalereya