Azərcell-ə STOP!

Bunu deyən olacaqmı?
Azərcell-in “müştəri məmnunluğundan” – yəni abonentləri tələyə salan mesaj oyunundan canımı qurtarmağımın bir ili yenicə tamam olmuşdu. Ötən il Azərcell-in 50-50; 53-53 ...-dən gələn SMS yağışı bir aylıq əsəb müharibəsindən sonra nəhayət ki, durduruldu. Adıçəkilən qurumdan bildirilmişdi ki, innən belə reklam xarakterli SMS almayacağam. İl ərzində ara-sıra “nəbzimi” yoxlamağa cəhdlər edilsə də, bu kütləvi hal almadı və düşündüm ki, Azərcell vədinə sonadək alababat əməl edəcəkdir. Amma, ancaq və lakin Azərcell vədinə xilaf çıxdı və ötən gün yenidən “mədəni oğurluğuna” start verdi. Abunəçilərini bu sayaq aldadaraq bütün mümkün vasitələrlə onların cibinə girməyin elə bircə adı var – “mədəni oğurluq”.
Azərcell ötən il məndən mənimsədiyini “kontur” şəkilində mənə qaytarası oldu. Yəni, “mədəni” qaydada cibimə girdiyini etiraf etdi. İndi təsəvvür edin, ani ehtiyatsızlıqdan mənim kimi tələyə düşənlərin sayı minlərlə, on minlərlə, Azərcell-in də hər iki əli onların cibində. Mənimsənilən, yumuşaq dillə desək, “oğurlanan” pulları isə özünüz hesablayın və görəcəksiniz ki, hesaba gələn deyil. Nə qədər ki, bu mobil rabitə şirkəti öz şakərindən əl çəkməyib, elə belə də davam edəcək... Zamanında duyuq düşənlər müvəqqəti də olsa, bir təhər canını qurtarmağa müvəffəq olurlar – o da ki, “2002” kimi müştəri xidmətlərinə iki min dəfə xahiş-minnət edəndən sonra.
Azərcell məni yenidən öz “şikarına” çevirmək niyyətindədir. Belə olmasaydı, ötən gün – oktyabrın 15-dən adsız və ünvansız SMS “yağışına” düşməzdim. Ötənlərlə müqqayisədə bu dəfə həyasızlığın miqyası da ölçüyəgəlməzdir – iki dəqiqədən bir adsız və “lal” SMS-lər: filankəs filan oldu, filan filankəz çayda boğuldu... abunə filan AZN, günlük beşməkən AZN... Bu yerdə adama (oxu: Azərcell-ə) deyən gərək ki, cəhənəmə, gora belə oldu, yaxud elə oldu, mənə nə. Açıq şəkildə de ki, dilənmək – abunəçiləri sağmal inək kimi sağmaq istəyirəm. Onsuz da başımızı tarif qiymətləri ilə elədən-belə, belədən-elə kəsirsən. Bütün bunlar sənə yetmirmi? Bəlkə, hər müştəri xidmətinin qarşısına bir nəzir qutusu qoyasan? Biz də niyyət edib, gələk nəzirimizi verək. Həm sənə rahat olsun, həm də bizə. Daha zəhlətökənlik etməyəsən...
Azərcell-in “2002” müştəri xidmətinə dünən üç dəfə zəng vurası oldum. İlk zəngim saat 10-29-da oldu. Xətdə xanım operator idi. Bütün suallarımı dolğun və ətraflı cavablandırmağa çalışırdı. Öz tövsiyələrini verdi: aktivdən deaktivə keçmək və s. Məni əmin etdi ki, bu məsələ artıq öz müsbət həllini tapdı və daha məni narahat edən olmayacaq. Ona ağızdolusu təşəkkürümü bitirər-bitirməz “lal” SMS-lər kabus kimi yenə telefonumun ekranında zühur etməyə başladı. Fikirləşdim ki, yəqin “yolda” qalan SMS-lərdir və onlar da gəlib “mənzil” başına çatdıqdan sonra hər şey qaydasına düşəcək. Gördüm ki, bu, “yol-mənzil” məsələsi deyil, həmən elə həmən həməndir. El dilində desək, fırıldaq həmən fırıldaqdır. Ona görə də saat 11-51-də təkrar zəng edəsi oldum. Bu dəfə dəstəyin arxasında bəy idi. Vəziyyəti ona da anlatdım. Xanım operator kimi olmasa da, azacıq ordan-burdan məlumat verdi (ümumiyyətlə, xanımlardan fərqli olaraq, bəylər məlumatı tam çatdırmaqda bir elə də həvəsli olmurlar, əksər qurumlada demək olar ki, belədir). Onun dediklərini də icra etdim, yenə nəticə olmadı. Burada bir nüansa toxunmaq istərdim. Azərcell-in “2002” müştəri xidmətinə zəng vuran bütün abunəçilər bilir ki, danışıq bitdikdən sonra Azərcell-dən belə bir SMS daxil olur: “işçimizin xidmətindən razı qaldınızsa – 1, neytral qaldınızsa – 2, razı qalmadınızsa – 3 rəqəmini cavab olaraq göndərmənizi xahiş edirik”. Mən operator bəyə xatırlatdım ki, cavablardan narazıyam və birinci danışıqdan sonra 3 rəqəmini yığmadığıma çox peşmanam. O da səmimi etiraf etdi ki, onlar boş və əhəmiyyətsiz şeylərdir. Sonrakı mərhələlərdə özüm də şahid oldum ki, bu “razı-narazı xidmət oyunu” elə operatorun dediyi kimidir. Yəni, baş aldatmaq üçün bir oyundur ki, qurublar. Guya narazı qaldıqda kimlərinsə dədəsinin ot tayasına od vuracaqlar.
Danışıq bitdikdən bir neçə dəqiqə sonra – 12-01-də telefonuma bu səpkidə belə bir mesaj gəldi: “...müraciətiniz qeydə alınıb və 5 iş günü ərzində baxılaraq məlumat veriləcək”. Bu, bilirsinizmi hansı anlamı ifadə edir? Yumşaq şəkildə desək, müştəriyə açıq-aydın sayğısızlıq. Bunun başqa adı yox! Özünüz öz zibilinizi təmizləmək üçün utanıb eləmədən özünüzə beş günlük limit də ayırmısınız. Mərhəba! Halbuki, istək osa, bunu yoluna qoymağa saniyələr yetər. Amma bu, sizlərə sərf etməz, çünki bir günün saniyələrini, dəqiqələrini, saatlarını “rahat” qazanca vuranda fantastik rəqəm alınır. Sizin işiniz bu!
“Lal” SMS həyasızlığının fasiləsiz qrafikə keçdiyini görüb, saat 14-42-də “2002”-ni üçüncü dəfə “narahat” etməli oldum. Telefon xəttinin o biri tərəfində başqa bir bəyin mənimlə sönük və ... danışığı səbrimi tamam tükətdi. “Bu şərəfsizliyi yığışdırın” – dedim. Yenə faydası olmadı və eyni SMS-lə “müjdələndim”: 5 iş günü səbr etməmi təkrar təvəqqe etdilər. Bu yazını yazmağa da üçüncü zəng səbəb oldu, hər nə qədər buna həvəssiz olsam da...
Yazını hazırlayarkən bu sahəyə yaxın olan tanışlarımdan birisi mənə dedi ki, Azərcell ölkəmizdə fəaliyyət göstərən o biri mobil operatorların yanında bəlkə də “toya” getməlidir. O, Gürcüstanla müqayisə apararaq bildirdi ki, orada mobil xidmət bizdəki kimi olmasa da, bu sayaq hallara yol verilmir. Əks halda, adamın dədəsini yandırarlar.
Baxın, bu cür “xidmət” qurumları vətəndaşları dövlət strukturlarından narazı salır, onlarda qanunların işləkliyinə şübhə toxumu səpir və s. Bu kimi halları dövləti cinayətə bərabər iş kimi də dəyərləndirmək olar... Rabitə Nazirliyinin yəqin ki, bu işlərdən əsla xəbəri yoxdur. Əgər, xəbər tutsa, inanın ki...
Heç cür anlamaq olmur – Milli Məclisdə bu məsələ təkrar-təkrar müzakirəyə çıxarılır, faydası olmur. Yazılı və elektron KİV-lərdə işıqlandırılır, yenə də faydası olmur. Görəsən, nə həngamədi bu? Bu Azərcell (yaxud, o biriləri) nəyin nəsidir ki, qanunlara belə meydan oxuyur? Azərcell-ə, onun kimi digər mobil operatorlara “STOP” deməyin vaxtı çatmayıbmı hələ?
Azərcell-in hər iki əli hələ ki, ciblərimizdə “axtarışlarını” davam etdirir...
Vasif Hüseynov
- Vətəndaşların ad-soyadını qanunsuz dəyişdirən rəisə - 9 il HƏBS
12 dekabr 2024 11:59
- Millət vəkili Azercell-in təxribatını ifşa etdi: SƏN AZERCELLsən, yoxsa İRANCELL?"
18 iyun 2024 18:53
- Fəzail Ağamalının oğlu məhkəməyə verildi: ölkədən çıxışına "stop" qoyulur (FOTO)
20 dekabr 2023 15:25
- Bakcell parkinq ödənişlərini sürətli etdi
30 avqust 2023 16:02
- Bakcell abunəçiləri “NaviMax”la övladlarının təhlükəsizliyinə nəzarət edə biləcək
28 avqust 2023 14:06
- Vidadi Zeynalov uzun fasilədən sonra danışdı - sensasion müsahibə
25 yanvar 2023 12:47
- Generalın oğlu məhkəməyə verildi, ölkədən çıxışına stop qoyula bilər
23 yanvar 2023 23:08
- Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları donduruldu
16 yanvar 2023 22:54
- Vasif Talıbovun oğlu aeroportda SAXLANILDI
28 dekabr 2022 10:50
- 1 MİLYON ödədi, ölkədən çıxışına “STOP” qoyulmadı
7 dekabr 2022 13:27
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50