BSU-da fakültələr arasında intellektual oyun keçirilib

Yeni Azərbaycan Partiyasının 25-ci ildönümünə həsr olunmuş intellektual oyun
Oktyabrın 20-də Bakı Slavyan Universitetinin (BSU) YAP təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və BSU İntellektual Klubunun təşkilatçılığı ilə fakültələr arasında intellektual oyun keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) 25 illiyinə həsr olunmuş oyunun əvvəlində Dövlət himni səsləndirilib.
Oyun başlamazdan öncə BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbələr qarşısında çıxış edib. Rektor Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü və Azərbaycanın Dövlət Müstəqilliyinin 26-cı ili ərəfəsində ölkəmizin hər yerində müxtəlif səpgili tədbirlərin keçirildiyini deyib. BSU-da keçirilən intellektual oyunun da həmin tədbirlərin sırasında olduğunu bildirən N.Əliyeva gənc nəslin elmə, intellektual yarışlara marağının olmasını yüksək qiymətləndirib. Nurlana Əliyeva qeyd edib ki, tələbələrin intellektual və yaradıcı inkişafının sürətləndirilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasında bu cür tədbirlərin mütəmadi olaraq təşkili vacibdir. Rəhbərlik etdiyi universitetin tələbələri ilə fəxr etdiyini deyən Nurlana Əliyeva xoşbəxt gələcəyi yalnız ağıllı, güclü intellektə sahib, vətənpərvər gənclərlərin sayəsində əldə etməyin mümkünlüyünü diqqətə çatdırıb. Rektor sonda tələbələrə yeni nailiyyətlər, sağlam rəqabət və uğurlar arzulayıb.
Sonra BSU İntellektual Klubunun filologiya və xarici dil müəllimliyi fakültəsi üzrə sədri Şəmsi Məmmədov oyunun qaydaları barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, oyun universitetin 5 fakültəsi və hər fakültənin müxtəlif komandaları arasında keçirilir. Bu komandalardan filologiya və xarici dil müəllimliyi fakültəsini “Pole Çudes” və “Skorpion”, Azərbaycan filologiyası və jurnalistika fakültəsini “Legion”, “Gənc kimsə” və “İrfan”, pedaqoji fakültəni “Venera”, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsini “DiFai” və “Coker”, tərcümə fakültəsini “Brain Massons” komandaları təmsil edirlər. 36 sualdan ibarət olan oyunun üç tur təşkil etdiyini deyən Ş.Məmmədov sonda qaliblərin kubok, medal və diplomlarla təltif ediləcəyini bildirib.
Yarışın sonunda qaliblər müəyyənləşib. Belə ki, “DiFai” komandası birinci yer, “Coker” komandası ikinci yer, “Pole Çudes” komandası isə üçüncü yer qazanaraq oyunun qalibi olub. Tərbiyə işləri üzrə prorektor dosent Xanım Sultanova və fakültələr üzrə dekan müavinləri qalib gələn tələbələrə diplom və medallar təqdim ediblər. Birinci yer tutan “DiFai” komandasına qalibiyyət kubokunu BSU-üzrə YAP sədri Sevinc Axundova təqdim edib. İntellektual oyunun lideri beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi olub.
BSU-nun Mətbuat xidməti
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 2025 16:36
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 2025 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü FOTO YENİLƏNDİ
11 aprel 2025 20:54
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35