BSU-da Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib

Oktyabrın 18-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq münasibətlər kafedrası və beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş elmi-praktiki seminar keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan seminarda çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, oktyabrın 18-i Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Rektor deyib: “Azərbaycan Respublikasının Ali Soveti 1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib. Lakin dövlət müstəqilliyinin ilkin mərhələsində xalqımız böyük çətinliklərlə üzləşib, ağır sınaqlardan keçib. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanılıb, möhkəmləndirilib, dönməz və əbədi xarakter alıb, respublikamız sürətli inkişaf yoluna qədəm qoyub. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində demokratik, hüquqi dövlətçilik prinsipləri bərqərar edilib”.
N.Əliyeva dünyanın bütün xalqları kimi, Azərbaycan xalqı üçün də əvəzolunmaz nemət olan müstəqilliyin Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam üetdirildiyini diqqətə çatdırıb. “Torpaq dirçələndə bərəkət olar, insan dirçələndə hürriyyət olar, Vətən dirçələndə səadət olar!” deyən Nurlana Əliyeva bu gün Azərbaycanda hökm sürən sabit həyat şəraitinə görə xalqımızın əbədiyaşar Ulu öndər Heydər Əliyevin ruhu qarşısında daim borclu olduğunu vurğulayıb. N.Əliyeva daha sonra qeyd edib: “Dünyada baş verən mənfi hadisələr bizə bildirir ki, biz strateji, siyasi-iqtisadi, həm də mədəni sahələrdə bir olmalıyıq. Müstəqillik üçün milli oyanış, milli dərketmə son dərəcə vacibdir”.
Bu gün Azərbaycanın mədəni inkişafından, iqtisadi gücündən xəbər tutub ökəmizə axın edən əcnəbi vətəndaşların Azərbaycan haqqında müsbət fikirlər səsləndirdiklərini bildirən N.Əliyeva xalqların birliyi məsələsinə də toxunub. Rektor qeyd edib ki, hazırda Bakı Slavyan Universitetinin 6 tələbəsi Soçidə beynəlxalq festivalda iştirak edir. O, bunun dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdıraraq müstəqillik yolunda gəncləri mübariz olmağa çağırıb. Müstəqillik bayramı münasibəti ilə hər kəsi təbrik edən Nurlana Əliyeva ölkəmizin müstəqilliyinin daim olmasını arzulayıb, xalqımızı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə səsləyib.
Sonra Dövlət Müstəqilliyi Gününə həsr olunmuş film nümayiş olunub.
Nümayişin ardından Beynəlxalq münasibətlər kafedrasının dosenti Ləman Qarayeva “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” adlı məruzə ilə çıxış edib. O, məruzəsi zamanı Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş slaydı iştirakçılara təqdim edib.
Beynəlxalq münasibətlər kafedrasının dosenti Zümrüd Məlikova “Müstəqil Azərbaycan dövlətçiliyində Heydər Əliyev fenomeni” adlı məruzəsində müstəqilliyin əldə olunması yolunda əvəzsiz xidmətləri olan dahi Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən slaydı təqdim edib.
Sonda beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin II kurs tələbəsi Alina Qulinanın “Müstəqil Azərbaycanın inkişaf dinamikası və Azərbaycan gəncliyi” adlı çıxışı dinlənilib. O, Azərbycanda gənclərə verilən önəmin, onlara təhsil sahəsində göstərilən diqqətin, perspektivli gənclər üçün yaradılan şəraitin Azərbaycan dövlətinin gənclər siyasətinin əsas prinsiplərindən olduğunu bildirib.
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Məmməd Musayev yola salındı
15 aprel 2025 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 2025 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 2025 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 2025 13:43
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35