Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının “Buk-MB” zenit-raket komplekslərinin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.
Bu barədə "Qaynarinfo"ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tapşırıqların yerinə yetirilməsi zamanı çətin radioelektron maneə şəraitində şərti düşmənin yüksəksürətli, kiçik ölçülü hava hədəfləri aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə məhv edilib.
Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
NUH.az