Keçmiş nəqliyyat "boss"unun neçə "son kadr"ı var...?
Maraqlı8 oktyabr 2017 16:25

İki gün öncə Azərbaycanın tanınmış aparıcısı Şəfa Mehmanqızının Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlqələr şöbəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmasını bir çox xəbər portalları "Ziya Məmmədovun son kadrı da işdən çıxdı" başlığı ilə tirajladı.
Bununla da elə bir rəy formalaşdı ki, sanki keçmiş nəqliyyat nazirinin "kölgə kabineti"ndə son "budama" əməliyyatı başa çatdırıldı. Amma əslində Ziya Məmmədovun hələ xeyli sayda "son kadrı" olduğu kimsəyə sirr deyil və bunların "təmizlənməsi" zərurəti yaransa, daha doğrusu, müxtəlif adlar altında vəzifələrindən kənarlaşdırılması aktuallıq kəsb etsə, buna xeyli vaxt sərf etmək lazım gələrdi...

Yeri gəlmişkən, Ziya Məmmədovun kadrlarından söhbət düşəndə, ilk növbədə nəinki hansısa qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi statusunda olan ortabab işçi, icra başçısı, nazir və nazir müavinləri, nazirliyin şöbə müdirlərləri yada düşür. Elə götürək keçmiş nəqliyyat nazirinin qudası, kənd təsərrüfatı naziri Heydər Əsədovu, yaxud xalası oğlu olan Qubanın icra başçısı Yaşar Məmmədovu və ya həmin rayonun keçmiş icra başçısı, sonradansa işsizlər ordusuna qoşulmaqdan son anda qurtularaq kənd təsərrüfatı nazirliyində şöbə müdiri vəzifəsi ilə kifayətlənən Mübariz Ağayevi. Biz hələ Goranboyun "Şöhrət" ordenli icra başçısı Nizaməddin Quliyevi demirik. Sonuncunun da bir zamanlar Ziya Məmmədovun kadrı olması ilə bağlı çoxsaylı yazılar işıq üzü görmüşdü.


Əlbəttə, Goranboyda bu günədək kütləvi hesab ediləsi hər hansı sosial narazılıq və ya sorağı Bakıyadək gəlib çatan xoşagəlməz olay ən azından medianın "qulağ"ına çatmadığından Nizaməddin Quliyevin adı məmləkət insanına o qədər də tanış gəlməyə bilər. Amma ölkədə ilk kütləvi sosial partlayış baş verərək icra başçısının imarətinə od vurulmasıyla tarixə düşən Quba son illər ərzində dəfələrlə mətbuatda və bütövlükdə cəmiyyətdə dilə-dişə düşüb.

Quba şəhərinin ən hündür yerindən İcra Hakimiyyətinin binasına və "Heydər Əliyev parkı"na "yuxarıdan aşağı baxan" gözəgörünməz imarət sahibi Mübariz Ağayev...
Xatırladaq ki, Ziya Məmmədovun kadrı olan Rauf Həbibovun Mübariz Ağayevlə əvəzlənməsi ilə yaxşılığa doğru hər hansı nəzərəçarpacaq dəyişiklik baş vermədi. Nə rayondakı işsizliyin qarşısının alınması ilə bağlı ürəkaçan tədbirlər həyata keçirildi, nə də insanların icra strukturları və ya bələdiyyələrdən narazılığının aradan qaldırılması istiqamətində kəsərli addımlar atıldı. Günlərin bir günü Qubada Mübariz Ağayev erası sona çatdı və ondan estafeti Ziya Məmmədovun növbəti kadrı, bu dəfə isə doğmaca xalası oğlu Yaşar Məmmədov götürdü. Talesizlikdən Yaşar Məmmədov də insanlara Qubadakı xoşagəlməz olayları unutduracaq rahatladıcı addımlar atmağa tələsmədi. Amma maraqlıdır ki, həm Mübariz Ağayev, həm də Yaşar Məmmədov Qubanın bənzərsiz təbiəti və cəlbedici iqliminə özünəməxsus töhfə verərək özlərinə gözqamaşdırıcı imarətlər tikməkdən imtina etmədilər. Təbii ki, hər bir kəsin özünə fərdi ev, dəbdəbəli villa və ya hansısa obyekt tikmək haqqı var və qanuni yolla əldə etdiyi pulları bu istiqamətdə xərcləməsinə kimsə "mız" qoymamalıdır. Amma söhbət ölkə prezidentinin vaxtaşırı təvazökarlığa səslədiyi məmurdan gedirsə, burada əmma axtarmağa dəyər. İllah da ki, söhbət məhz dəbdəbəli villası oda verilən bir icra başçısının qovulmasından sonra yerinə gələn ikinci və üçüncü icra başçısının heç nə olmayıbmış kimi Qubalılara qarşı saymazyana davranış sərgiləyərək özlərinə daha gözqamaşdırıcı imarətlər tikdirməsidir.

Məsələnin heyrət doğuran bir məqamı da ondan ibarətdir ki, Rauf Həbibovun üzləşdiyi acınacaqlı aqibətdən-villasının narazı əhali tərəfindən yandırılmasından hiyləgərcəsinə nəticə çıxarmalarıdır.

Sual oluna bilər, necə nəticə çıxarıblar? Çox sadə. İstər əvvəlki icra başçısı Mübariz Ağayevin, istərsə də onu əvəz edən hazırki icra başçısı Yaşar Məmmədovun özlərinə imarət tikintisi üçün seçdikləri unikal coğrafi mövqe lap nağıllarda, dastanlarda deyildi kimi əlçatmaz-ünyetməz olduğundan onu nəinki yandırmaq, heç həndəvərinə də yaxın düşmək mümkün deyil. Yəni Bəzz qalası və ya "Koroğlu" dastanında təsvir edilən Çənlibeldəki kimi ən Quba şəhərinin hündür yerində tikilən bu imarətlər dörd bir yandan əlçatmaz hasarlarla elə əhatələnib ki, ora ancaq zirehli və tırtıllı hərbi texnikanın xidmətindən istifadə etməklə yaxınlaşmaq olar. Bu hələ harasıdır? Ziya Məmmədovun hər iki kadrının imarətlərini foto və ya videolentə də köçürərək sübut üçün göstərmək kimsəyə müyəssər olan məsələ deyil. Yeganə çıxış yolu həmin dəbdəbəli villaları pilotsuz uçuş aparatları-dronlardan istifadə etməklə çəkərək göstərmək ola bilər.

Yaşar Məmmədovun Quba şəhərindəki "gözəgörünməz" imarətinin kilometrlərlə uzanan hasarı...
Amma təbii ki, dövlətin müvafiq qurumları var ki, onlar necə deyərlər, dovşanı araba ilə tuturlar və həmin imarətlərin nəinki görüntülərini, həmin məkana nə qədər xərc çəkilməsindən tutmuş neçə otaqdan ibarət olmasına qədər bilirlər, yaxud istək olsa bilmələri qısa vaxt aparar. Təbii ki, bizim bu imarətlərin rəsmi olaraq kimin adına olmasını və ya halal, yoxsa haram pulla tikilməsini sübut etmək üçün əlimizdə hər hansı imkanlar yox dərəcəsindədir. Amma bildiyimiz bir şey var ki, Ziya Məmmədovun hələ xeyli sayda yaxın adamı yüksək postlarda öz bildikləri formada dövlətə və millətə xidmət edir. Necə xidmət etməsini də təftiş etmək bizə düşməz, çünki qosqoca dövlət və onun strukturları var.

Yeri gəlmişkən, ötən ayın 17-də Mübariz Ağayev övladına toy edib və adını çəkməyə gərək duymadığımız bir komitə sədrinin müavini ilə quda olub. Həmin toyda xeyli sayda Ziyasevərlərin iştirak etdiyi deyilir. Xüsusən də yazıda adını çəkdiyimiz kadrlar-qohumlar bir masada Ziya Məmmədovun sağlığına badə qaldırıblar və sanki heç bir şey olmayıbmış kimi hələ də onun komanda üzvləri olmaqdan şərəf duyduqlarını özünəməxsus şəkildə büruzə verməkdən çəkinməyiblər. Görünür, onlar "bəlkə də qaytardılar" məntiqinə uyaraq Ziya Məmmədovun ulduzunun yenidən hansısa formada parlaya biləcəyi ümidini ifadə etmiş olublar. Lap nağıllarda və dastanlarda olduğu kimi...
Oxşar xəbərlər
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Dünyanın ən xoşbəxt şəhəri seçildi
11 aprel 2025 10:37
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
9 aprel 2025 13:46
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
8 aprel 2025 13:39
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
7 aprel 2025 21:58
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
6 aprel 2025 22:05
Xəbər lenti
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
Video & Fotoqalereya
Video
Fotoqalereya