“Valideyn körpə uşağı Aşuraya gətirirsə…” - Komitə sədrindən reaksiya
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlının “Qafqazinfo”ya müsahibəsi:
- Dünənki Aşura mərasimindən çəkilən fotolarda azyaşlı qız uşaqlarına çarşab geyindirilməsi, yetkinlik yaşına çatmayan oğlanların zəncir vurması əks olunub. Azyaşlıların bu cür fəaliyyətə cəlb edilməsinə münasibətiniz necədir?
- Aşura mərasimi qanun və Qafqaz Müsəlmanları İdarəsinin qəbul etdiyi fətva çərçivəsində keçirilib. Hər hansı narahatedici hadisə baş verməyib. Çoxlu sayda vətəndaşımız qanvermə aksiyasında iştirak edib. Bu da İmam Hüseyn əzadarlığı zamanı özünə xətər yetirmək, zəncir vurmaq, qan çıxartmaq kimi məsələlərin qarşısına almağa çox ciddi köməklik göstərib. Artıq zəncir vurmaq, qan çıxartmaq kimi əzadarlıq mərasimləri getdikcə aradan qalxır və qalxacaq. Bütün mərasimlər məscidlərin həyətində keçirilib və heç bir maneəçilik törədilməyib.
Vətəndaşların həmin əzadarlıq zamanı azyaşlı uşaqları ilə birlikdə mərasimlərə gəlməsinə qadağa qoyulmayıb. Qanunda azyaşlıları dini mərasimlərə cəlb etmək məsələsinə baxılır. Amma həmin gün valideynin uşağı gətirib kütlənin içində onunla birgə dini ayin icra edirsə, bu düzgün deyil. Dinimiz baxımından da 12 yaşlı oğlanın məscidin həyətində zəncir vurma mərasiminə qatılması doğru deyil. Başqa ölkələrdə də bu tövsiyə edilmir. İnsanlar özləri uşağın yaşını nəzərə almalıdır və bu cür ayinlərə cəlb etməməlidirlər. Əslində zəncir vurmaq, qan çıxartmaq barədə dünya miqyasında danışan din xadimlərinin də fikirləri var ki, bu cür hərəkətlərə yol vermək olmaz. Bu hərəkətlər xurafat elminin əlamətidir. İmam Hüseyn şəhadəti məktəb kimi Qarabağ şəhidlərimizin də xatırladılması ilə qeyd edilir. Qafqaz Müsəlmanları İdarəsi də bunun bağlı fətva verib. Azyaşlı uşaqların ayinlərə cəlb edilməsi, özlərinə fiziki xəsarət yetirmələrinə hüquqi baxımdan da, dini baxımdan da yol verilmir.
Sosial şəbəkələrdə yayılan fotolar, məlumatlar bəzən başqa ölkələrdə olan mərasimlərdən götürülür və guya Azərbaycanda olduğu haqda təəssürat yaradırlar. Həmin məlumatlar yoxlanılmamış, fərdi şəxslərin yaydığı informasiyalar ola bilər. Yalnız rəsmi fəaliyyət göstərən və özünü təsdiq edən agentliklərin yaydığı foto və məlumatlara biz reaksiya verə bilərik. Sosial şəbəkələrdə yüz minlərlə insan var, istədiyi şəkli istədiyi formada düzəldib yaya bilərlər. Zaman-zaman biz bununla rastlaşmışıq, hansısa rayonumuzun haqqında mənfi rəy yaratmaq üçün guya orada dini ayinlərin icrası zamanı qanunların pozulması haqda materiallar yerləşdirilər. Sonra araşdıranda məlum olur ki, bu hadisə başqa ölkədə olub yaxud bir neçə il əvvəl baş verib. Mən sizin vasitənizlə demək istəyirəm ki, biz yalnız özünü təsdiq edən agentliklərin yaydığı məlumatlar əsasında araşdırma apara bilərik. Həmin agentlikdə belə fotolar varsa, müvafiq şöbəmiz bunları araşdırıb Aşura ilə bağlı yekun arayışımızda buna qiymət verəcək.
- Aşura mərasimlərinin daha çox izdihamlı keçirildiyi Lənkəran rayonu və Gəncə şəhərində polisin müdaxiləsi barədə məlumatlar yayıldı. Sizə bu barədə şikayət və ya məlumat daxil olubmu?
- Həm Lənkəranda, həm Gəncədə Aşura mərasimləri çox sakit şəkildə keçib, qanun pozuntusuna yol verilməyib. Hüquq-mühafizə orqanları da öz funksiyalarını lazımı şəkildə, lazımı şəraitdə yerinə yetirib. Bizim yerlərdə çalışam imamlarımız, din xadimlərimiz fətvanın tələblərinə uyğun şəkildə fəaliyyət göstərib. Gəncədə baş verən kiçik hadisə araşdırılıb və məlum olub ki, İmamzadəyə girişdə qadınlar və kişilər üçün ayrı qapı yaradılıb. Orada pozuntu salan bir neçə nəfər olub, qadınlar üçün ayrılan qapıdan keçmək istəyiblər. Hüquq-mühafizə orqanları bu məsələni araşdırır. İmam Hüseyn əzadarlığı şəhadətin uca zirvəsinin təbliğidir. Xalqımız bir yerə toplaşanda öz qəhrəmanlarını yad edir. Buna görə də kiçik hadisələrdən ümimi nəticə çıxarmayaq.
- Zəncir vurmaq, qan çıxartmaq və ya izdiham nəticəsində xəsarət alan olubmu?
- Özünə fiziki xəsarət yetirmək istiqamətində olan hərəkətlərdə ciddi bir zərərçəkən olmadığını deyə bilərəm. Bu cür əməllər əvəzinə qan verənlərin sayı daha çox olub. Şəxsən Şeyx də, mən özüm də qan vermişəm. Bu nümunələr İranda və Türkiyədə də tətbiq edilir. İnsan bu əqidə yolunda qanını vermək istəyirsə, özünə niyə xəsarət yetirir? Elə qan verib kimisə xilas etsin, kömək etsin. Xəncərlə baş yarmağı bütün din xadimləri pisləyir. Bu xurafat elementidir. Qan vermək qan çıxartmaqdan daha savabdır.
- Qanvermə aksiyasında nə qədər insan iştirak edib?
- Səhiyyə Nazirliyinin məlumatına görə 1720 litrdən çox qan verilib.
- Naxçıvanda gömrükdə 273 MİLYON manat mənimsənilib
9 yanvar 2025 17:08
- Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
6 yanvar 2025 13:23
- Abxaziyada ailə faciəsi - 5 uşaq öldü
5 yanvar 2025 15:36
- Parasetamol .... – Həyat üçün təhlükəlidir
30 dekabr 2024 17:27
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 2024 16:03
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 2024 12:47
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 2024 14:49
- Məktəb direktoruna ŞİDDƏTLİ TÖHMƏT
10 dekabr 2024 12:27
- Azərbaycanda 15-17 yaşlı yeniyetmələr 122 uşaq dünyaya gətirib - ŞOK RƏQƏMLƏR
7 dekabr 2024 21:32
- 142 min erməni Rusiyaya köçdü – Ermənistan boşalır
7 dekabr 2024 13:37
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25