Oğlu “dezertir” olan oliqarx generalın korrupsiya piramidası
Son zamanlar medianın ən çox tənqid etdiyi qurumlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir.
Arzu Rəhimovun rəhbərlik etdiyi Dövlət Xidmətində baş verən qanun pozuntuları davamlı olaraq mediada işıqlandırılır. Buna baxmayaraq Arzu Rəhimov rəhbərlik sahəsində heç bir dəyişiklik etmək istəmir. Görünür, mövcud durum xidmət rəisinin maraqlarına tam cavab verir… AzToday.az-ın media üzərində apardığı araşdırmalara görə, Arzu Rəhimov General Novruzəli Orucov işdən çıxarılandan sonra qurumun bütün maliyyə axınlarına təkbaşına nəzarət etməyə başlayıb:
“Niqodnıy” bilet biznesi və digər korrupsiya əməliyyatlarında Rəhimovun inhisarçılıq yaradacağı bildirilir. Odur ki, bundan yaxşı fürsət olmazdı.
Məlumata görə, Arzu Rəhimov hərbi komissarlıqlarda geyim biznesi qurub. Mətbuatda gedən məlumatlara görə, general hərbi komissarlıqlarda xidməti uniformaları satışa çıxarıb.
Dövlət tərəfindən komissarlıq işçilərinə pulsuz paylanmalı olan uniformalar A. Rəhimovun planına əsasən pulla satılır. Nəticə etibarı ilə Xidmət rəisi dövlətin verdiyi geyimlərdən böyük gəlir əldə edir.
Amma qeyri-rəsmi və gizli şəkildə həyata keçirilən bu əməliyyata görə heç kəs şikayət edə bilmir. Hər bir SHXÇDX əməkdaşı ehtiyat edir ki, vəzifəsindən kənarlaşdırıla bilər.
A. Rəhimovun uniformalarla yanaşı komissarlıq binalarının təmiri və tikintisi işlərindən də pul mənimsədiyi iddia edilir.
Deyilənə görə, Xidmət rəisi regionlarda komissarlıqların təmir və yenidənqurması işlərinin xərcini komissarların boynuna qoyur. Baxmayaraq ki, dövlət tərəfindən bu işlərə vəsait ayrılır.
Amma A.Rəhimov ayrılan maliyyəni mənimsəyərək komissarları öz cibindən xərc çəkməyə məcbur edir. İddialara görə, belə bir hal bu yaxınlarda Cəlilabadda yaşanıb.
Komissar Həsrət Rüstəmov 110 min manat xərcləməli olub. Hətta yaxın çevrəsinə danışıb ki, evini satmağa məcbur olub.
Generalın uniforma və komissarlıq binaları biznesi onun var-dövlətinin artmasına, oliqarxa çevrilməsinə səbəb olub. A. Rəhimov hərbi sahədə məmur deyil, bir oliqarxa çevrilib.
Ona görə də Bakı şəhəri Nərimanov rayon Teymur Əliyev küçəsində, Ukrayna Respublikasının ölkəmizdəki səfirliyi yaxınlığında yerləşən bir malikanənin A. Rəhimova aid olması təsadüfi deyil.
Çox maraqlıdır ki, ölkədə səfərbərliyə birbaşa rəhbərlik edən və rəhbərlik etdiyi sahənin bütün xərclərini dövlətin qarşıladığını diqqətə alsaq Arzu Rəhimovun belə bir cah-cəlala necə sahib olduğu aydınlaşmalıdır.
Azərbaycanda müxtəlif tip məmurlar əmlak vergisindən yayınmaq üçün belə dəb-dəbəli daşınmaz əmlakları bəzən yaxın qohumlarının, sürücülərinin və digər şəxslərin adına sənədləşdirərək gözdən “pərdə” də asa bilirlər.
Mediada gedən məlumatda iddia edilir ki, generalın malikanəsində yaşayış yoxdur. Malikanənin qarajında 5 lüks avtomobil var ki, bu avtomobillərin ümumi dəyəri 500 yüz min manata yaxındır.
Malikanənin Arzu Rəhimovun Tahir adlı şəxsdən 2 milyon manata alıb. Daxil olan məlumatda qeyd edilir ki, hazırda malikanəyə Arzu Rəhimovun sürücüsü olmuş şəxs nəzarət edir.
Beləcə, A.Rəhimovun uniforma biznesi, maxinasiyalar, əsgərlikdən yayınma biznesi və s. kimi hallarla bağlı monopolistə çevriləcəyi qeyd edilir.
Maraqlıdır ki, bu Xidmətin yaranma tarixi çox uzaq deyil. Yəni, son bir neçə ildir ki Səfərbərlik Xidməti yaradılıb.
Ancaq çox qısa müddətdə A. Rəhimov bu sahəyə rəhbərlik etməklə milyonlara sahiblənib, böyük maliyyə əldə edib və oliqarx-general olub. N. Orucovun gedişi isə xüsusi olaraq Xidmətdə toy-bayrama gətirib çıxarıb”.
Mediada yazılanlara inansaq görərik ki, dövlət xidmətinin yarandığı gündən bu yana yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları, habelə digər bu kimi faktlar bu sahədə ciddi kadr dəyişiklərini zəruri edib:
“Arzu Rəhimovun rəhbərlik etdiyi qurumun xidmət rəisi müharibə şəraitində yaşamağımıza baxmayaraq, saxta hərbi bilet sataraq milyoner “iş adamına” çevrilib.
Hərbi bileti təxminən 4500 – 5000 manat arasında satan İlqar Əlimirzəyevin həmçinin Qəbələdə villa biznesi ilə də məşğul olduğu bildirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışanların övladlarının böyük hissəsi ya hərbi xidmətdən yayınır, ya da cəbhə bölgəsindən kənarda xidmət edirlər.
Daha əvvəl səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun oğlu Murad Rəhimovun da hərbi xidmətdən yayınması haqqında məlumat yayımlanmışdı.
Azərbaycanda struktur islahatları gündəmə gəlib. Hökumət açıq şəkildə bəyan edib ki, qənaət rejiminə keçid olunub.
Bu da bir çox dövlət qurumlarının ləğvi ilə yanaşı təkrar strukturların birləşdirilməsini aktuallaşdırıb.
Məlumata görə, adı korrupsiyaya bulaşmış və reputasiya yerlə bir olan daha bir dövlət qurumunun ona yaxın nazirliyə birləşdirilməsi real görünür.
Mətbuatda yer alan faktlara inansaq, 2016-cı il dövlət büdcəsində “Müdafiə”bölməsinin “Müdafiə Qüvvələri” köməkçi bölməsinin “Ordu və donanma” paraqrafı üzrə
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait mənimsənilib.
Bu cür hallar qurumun ləğv edilərək səlahiyyətlərinin Müdafiə Nazirliyinə ya da ASAN Xidmətə verilməsini şərtləndirir.
Onu da xatırladaq ki, hərbi sistemdə prespektivli və prespektivsiz zabitlər var. Arzu Rəhimov prespektivli zabitləri uzaqlaşdırıb, prespektivsiz zabitlərə vəzifə verib.
Məsələn, Arzu Rəhimovun yaxın qohumu mayor Kazımov Rəşad xidməti uyğunsuzluqla Müdafiə Nazirliyindən tərxis olunsa da sonradan Səfərbərlik Xidmətinə baş idarəyə işə götürülüb.
Sərhəd Xidmətindən xidməti uyğunsuzluğa görə tərxis olunan mayor Abbasquliyev Mədət də Səfərbərlik Xidmətinə baş idarəyə işə götürülüb”.
Bununla belə Dövlət Xidmətində işinin peşəkar olan kadrlar da az deyil. Ancaq həmin kadrlar Arzu Rəhimovun merkantil maraqları qarşısında müsbət heç bir iş ortaya qoya bilmirlər. Belə kadrlardan biri də milli hərbi kadrlarımızdan biri olan Zaur Abdullayevdir. Hərbi sahədə peşəkarlığı ilə barmaqla sayılacaq kadrlardan biri olan Zaur Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müavin işləsə də potensialını Arzu Rəhimov amilinə görə reallaşdıra bilmir.
Zaur Abdullayevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları arasında da böyük nüfuzu var. Onun adı heç bir korrupsiya qalmaqalında hallanmayıb. Ən önəmlisi isə Azərbaycanda hərbi təhsilini alan general Zaur Abdullayev kimi kadrların önə çəkilməsi ölkəmizin milli təhlükəsizliyi üçün də çox vacibdir. Odur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin korrupsiyaya qurşanması səbəbindən ləğv etmək və başqa quruma birləşdirmək əvəzinə kadr dəyişikliyi edilməlidir… aztoday,az
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 2024 11:20
- Bakıda tarixi qərar verildi
24 noyabr 2024 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 2024 00:10
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 2024 22:51
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 2024 19:57
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 2024 13:46
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 2024 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16