Qudalar filiz zavodunu işadamından alırılar

Daşkəsən rayonunda yerləşən filiz zavodu ətrafında qovğa yaranıb. Gəncə şəhərindən 40 km cənubda yerləşən müəssisə "Daşkəsən Filizsaflaşdırma” ASC-yə məxsusdur. Belə ki, Metallurgiya Dövlət Şirkəti ləğv olunduqdan sonra o vaxtki Əmlak Nazirliyinin 30 aprel 2001-ci il tarixli, 219 saylı sərəncamı ilə Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının bazasında "Daşkəsən Filizsaflaşdırma " ASC yaradılıb.
"Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi” məqsədi ilə "Daşkəsən Filizsaflaşdırma" ASC-nin özəlləşdirilməsinə qaərar verilib və ona görə də müəssisə Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibindən çıxarılaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilib.
Elə müəssisə ilə bağlı qovğa da bundan sonra güclənib. Unikal.org-un redaksiyasına daxil olan məlumata görə, adıçəkilən zavod qeyri-rəsmi şəkildə "Baku Steel Company” ASC Müşahidə Şurasının sədri Rasim Məmmədovun nəzarətindədir. Bunu onun müəssisəyə tez-tez baş çəkməsi də təsdiqləyir.Bizə verilən məlumata görə Məmmədo sonuncu dəfə təxminən iki həftə öncə, Qurban bayramı günlərində müəssisəyə gəlib və işçilərə qurban əti paylayıb.
Bir sözlə, "Baku Steel Company” ASC Müşahidə Şurasının sədrinin filiz zavodunun qeyri-rəsmi sahibi olduğunu düşünmək üçün kifayət qədər əsaslar var.
O da maraqlıdır ki, ötən ilin avqustunda "Daşkəsən Filizsaflaşdırma” ASC-nin idarə heyətinin sədri Ələddin Sadıqov 10 ildən çoxdur tutduğu vəzifədən azad edilib. Məlum olub ki, müəssisənin özəlləşdirilməsi dövrü başa çatanadək idarə heyətinə "Yeni Həyat" şirkətlər qrupunun idarə heyətinin sədri vəzifəsində çalışmış Fərid Əsədov sədrlik edəcək.
Ancaq bir müddətdir həmin müəssisənin R.Məmmədovdan alınması istiqamətində cəhdlər başlayıb. Bu cəhdlər isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdən gəlir.
Xatırladaq ki, Həsənovla Vəliyev yaxın qohumdurlar, bir az da dəqiqləşdirsək, qudadırlar.
Qudalardan birinin "əmlak şefi” olması isə R.Məmmədovun işini xeyli çətinləşdirir; belə ki, yuxarıda da vurğuladığımız kimi, "metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi” məqsədi ilə "Daşkəsən Filizsaflaşdırma" ASC-nin özəlləşdirilməsinə qərar verilib və ona görə də müəssisə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilib. Bu isə Kərəm Həsənovun sözügedən müəssisəni "hərrac” yolu ilə R.Məmmədovun nəzarətindən çıxarması üçün münbit şərait yaradıb. Unikal.org-un araşdırması zamanı məlum olub ki, "Daşkəsən Filizsaflaşdırma" 2016-cı ilin iyulundan Həsənovun komitəsinin balansındadır, amma komitə sədri hələ ki, müəssisənin "özəlləşdirilərək” özünün və ya qudasının nəzarətinə keçməsini təmin etməyə çətinlik çəkir. Bunun başlıca səbəbi isə böyük ehtimalla məhz R.Məmmədovdur. Yəni "Baku Steel Company” ASC Müşahidə Şurasının sədri haqqında danışılan zavodu əlində saxlamaq üçün məmur qudalara müqavimət göstərməyi bacarır.Bəs adıçəkilən zavod üstündə oliqarxların bir müddətdir davam edən qovğasından kim qalib çıxacaq? Bunu indidən demək çox çətindir. Odur ki, bizə oturub həmin mübarizəni sonadək izləmək qalır…(mia.az)
- Britaniya şirkəti Azərbaycanda böyük mis ehtiyatının olduğunu təsdiqlədi
27 yanvar 2024 15:58
- İbrahim Nehrəmli baş verən partlayışdan danışdı - Tağı İbrahimov yerində bina tikəcəkdi..."
17 yanvar 2024 10:58
- AAK sədiri gəncləri Prezidentə qarşı qoyur
22 avqust 2023 13:26
- Nəcməddin Sadıkovun oğlunun şəriki danışdı: SENSASİYA! - FOTOLAR
2 fevral 2023 23:16
- “Badamlı”nın keçmiş sahibi Talıbovla bağlı sensasion faktlar - Video
13 yanvar 2023 10:55
- Ermənilər Qarabağın mis-qızıl yatağını belə talayır - DEPUTAT
13 dekabr 2022 13:02
- Sadıkova cinayət işi açıldı
30 noyabr 2022 11:24
- Alı Qocayev “epopeya”sı...
12 oktyabr 2022 22:31
- Rasim Məmmədov Zülfüqarlı qardaşlarına verdiyi puldan danışdı
23 sentyabr 2022 19:50
- Rusiya Odessa yaxınlığında neft emalı zavodunu partlatdı....
3 aprel 2022 14:39
- Müsavat Partiyası Başqanlığına namizədi ÖLDÜRDÜ və..
17 mart 13:35
- Berinq boğazında qırğın - çukçalar və eskimoslar ABŞ və SSRİ-ni müharibə vəziyyətinə gətiribmiş
17 mart 13:19
- Ş А Y B А şirkətinin rəisi Çingiz Mehdiyevə HÖKM: 11 İL ŞƏRTİ HƏBS ..)))
17 mart 11:50
- İlham Əliyev Matviyenkonu qəbul etdi - Fotolar
17 mart 11:22
- Yoldaş Stalin, bu möcüzənin səbəbi sizsiniz... - O, Rəsulzadəni ölümdən niyə xilas etmişdi?
17 mart 00:01
- Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşdü
16 mart 22:45
- Azərbaycanın xalq artisti VƏFAT ETDİ - FOTO
16 mart 22:38
- İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Bu tarixdə prokurorluğa çağırılır
16 mart 22:14
- Bakıda 1 samovara görə 3 АY HƏBS ....
16 mart 19:08
- Azərbaycandan Rusiyaya -KАHI-, yoxsа, NАRKOTİK ?
16 mart 18:28
- SU kranından NEFT gəldi
16 mart 17:09
- Matviyenko Azərbaycana gəlir
16 mart 15:44
- Hər gün geyinmək olmaz: 4 zərərli GEYİM
16 mart 15:23
- Əmisi oğlu ilə -parnik- salan nazirin pulu batdı – QALMAQAL
16 mart 12:52
- Heydər Əliyevin 1996-cı ildə verdiyi müsahibə yayımlandı - Sirli və sensasion açıqlamalar - VİDEO
16 mart 12:20
- Azərbaycanda sulu qar və qar yağacaq - Bu tarixlərdə
16 mart 11:56
- Dünyanın ən uzun boylu qəbilələrindən biri: Maasailərin sirri nədir?
16 mart 11:39
- Deputat Azər Allahverənov Nardarandа vətəndaşların qəbulunu keçirib
16 mart 00:17
- Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
15 mart 23:47
- Cəlilabaddа -morq-a gətirilən meyit DİRİLDİ
15 mart 22:22
- Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
15 mart 21:20
- Almaniyada tibb bacısı 9 xəstəni öldürməkdə ittiham olunur - 34 nəfəri isə...
15 mart 19:21
- SON DƏQİQƏ! Ərdoğanın hədəfi bəlli oldu - ŞOK DETAL
15 mart 19:02
- Hitlerin hindistanlı şəriki - Onun yaratdığı -Azad Hind- alayı Qafqazı ələ keçirəcəkdi
15 mart 18:18
- Hava ilə bağlı XƏBƏRDARLIQ - bu tarixdən yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə ENƏCƏK
15 mart 15:22
- ABŞ uyğurlara görə Tailandı CƏZALANDIRDI
15 mart 15:06
- Prezident onları təltif etdi - Siyahı
15 mart 12:50
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 12:40
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22