Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir - 400 BTR, “Smerç”lər, “Qasırğa”lar...

Azərbaycan strateji əhəmiyyəti olduqca yüksək olan Naxçıvanda böyük hərbi qüvvə cəmləşdirir.
virtualaz.org xəbər verir ki, bu haqda Britaniyada mənzillənmiş “Chatham House” analitik mərkəzinin Rusiya proqramlarının əməkdaşı, azərbaycanlı təhlilçi Zaur Şiriyevin EurasiaNet portalında dərc edilmiş məqaləsində deyilir.
Müəllif xatırladır ki, Naxçıvan Ermənistanın paytaxtı Yerevana və digər strateji hədəflərinə ən yaxın yerləşən Azərbaycan ərazisidir.
Bu baxımdan mümkün hərbi əməliyyatlar zamanı Naxçıvan da münaqişəninən qaynar nöqtələrindən biri olacaq.
Azərbaycan Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu yaradıb, habelə bu eksklav əraziyə yeni hava hücumundan müdafiə sistemləri, raketlər və artilleriya, o cümlədən “Smerç” reaktiv yaylım atəşi sistemləri, “T-300 Kasırğa” uzaqvuran reaktiv sistemlər, T-122 “Sakarya” qaubitsaları yerləşdirib. Naxçıvan ərazisində vaxtaşırı olaraq Türkiyə ordusu ilə birgə təlimlər keçirilir.
Naxçıvanda böyük hərbi qüvvənin cəmləşdirilməsi Ermənistan tərəfindən diqqətlə izlənilir. “Biz unutmalı deyilik ki, hərbi əməliyyatların bərpa olunması təhdidi qarşısındayıq və düşmənin həmləsi istənilən istiqamətdən baş verə bilər”-müəllif erməni siyasi analitik Melik Şirinyanın bu fikirlərini sitat göstərir.
Bildirilir ki, Naxçıvandakı hərbi birləşmələrin yenidən təchiz olunması və təchizatı 2013-cü ildə Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra başlayıb. Hansı ki, o vaxt Zakir Həsənov Naxçıvandakı hərbi birləşmələrin zabitlərinin sıralarını “silkələyib”, prezident İlham Əliyev muxtar respublikada silahlı birləşmələrin möhkəmləndirilməsinə dair sərəncam verib.
Zaur Şiriyevin yazdığına görə, hazırda Naxçıvanda 20 minə qədər hərbçi, o cümlədən on minlərlə ehtiyat qüvvə, 400-ə qədər zirehli transportyor, təyyarələr, hava hücumundan müdafiə və artilleriya sistemləri cəmləşdirilib. EurasiaNet-ə azərbaycanlı zabitlərdən biri anonimlik şərti ilə deyib ki, Naxçıvanda stavka kəmiyyətə yox, keyfiyyətədir. “Dəyişiklik aktiv personalın sayında deyil, strukturda, qüvvələrin hazırlığında və təhlükə zamanı qərarların qəbulunda daha böyük müstəqilliyin təmin olunmasındadır”-mənbə bildirib.
Naxçıvanda hərbi qüvvənin cəmləşdirilməsində Türkiyənin də mühüm rolu var. Türkiyə Qars müqaviləsinə əsasən Naxçıvana qarant ölkədir. Hər il keçirilən hərbi təlimlərlə Türkiyənin Naxçıvan regionundakı rolu və əhəmiyyəti nəzərə çaprdırılır. Bundan əlavə Azərbaycanla Türkiyə arasında centlmen razılaşması da var: təhlükəsizlik məsələləri ilə məşğul olan türk hərbçiləri və mülki şəxsləri Azərbaycana gələndə Naxçıvana da baş çəkirlər.
Müəllif qeyd edir ki, muxtar respublikada hərbi qüvvələrin cəmləşdirilməsi ötən il Rusiyanın Ermənistana “İsgəndər” raketləri verməsindən sonra yeni stimul qazanıb. Belə ki, Ermənistanın “İsgəndər”lərinə qarşı Azərbaycan əsas stavkanı Naxçıvana edir və muxtar respublikadan Ermənistan ərazisinə güclü zərbələr endirilməsini nəzərdən keçirir. Naxçıvan sərhədlərindən Yerevana qədər cəmi 60 kilometr məsafə var. Bu isə o deməkdir ki, Azərbaycanın “Smerç"ləri (90 km mənzilli) və “Qasırğa”ları (100-120 km mənzilli) asanlıqla Ermənistan paytaxtını vura bilər.
NUH.az
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 2025 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 2025 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 2025 23:05
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 2025 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35