“Azərbaycanda “qurd yağı” biznesi var, insanı 6 aya öldürür”
Elə bir dövrdə yaşayırıq ki, mistik qüvvələrlə bağlı qəti qənaətə gəlmək olmur. Bəzi insanlar cinin, cadunun, tilsimin olduğunu israr edir, bəziləri bu şeylərin adı çəkilən kimi gülürlər.
"Qaynarinfo" xəbər verir ki, metbuat.az insanların bu marağını nəzərə alıb, sualları Azərbaycandan kənarda yaşayıb, fəaliyyət göstərən ekstrasens, parapsixoloq, metafizik Zərinə Ulduza ünvanlayıb.
O iddia edir ki, bioenerji, gizli elm və neqativ enerji ilə işləyə, onları yönləndirə, zərərsizləşdirə bilir.
- İlk sual belə olsun: Cadu varmı?
- Cadu, ovsun, sehr, tilsim... hamısı var. Bu “Quran”da da təsdiqlənib. Ağ-qara magiya var, hətta bunların qarışığından qırmızı magiya da yaradılıb.
- Bəs mistik aləm mövcuddurmu, cin varmı, varsa, bu cin insanın içinə necə girir?
- Bəli var. İndi belədir ki, kim falçıya gedir ya deyirlər sənin içinə cin girib, ya da cadu olunmusan. Əslində, bu suala insan özü daha yaxşı cavab verə bilər. Hava qaralanda içinə cin girən insanlarda narahatçılıq yaranmağa başlayır. Bunun üçün falçıya filana getmək lazım deyil. Bir termin var gizli elmlərə aid. 4 hərfdən ibarət işarədir. Hər bir insan bu termini vərəqə yazır, həmin kağızı 1 stəkan suya atır və həmin suyu içir. İnsanın içində müəyyən qüvvələr varsa, artıq onu narahat edəcək. İnsanın içinə cin giribsə, “Rükuyə”, “Cin” surələrini oxuya bilər. Ümumiyyətlə, insana təsir edəcək çox qüvvə var. Cindən də dəhşətliləri var. Lənətli ruhlar var, olar ərafda ortada qalıblar. Ən qorxulu qüvvələr onlardı.
- Niyə insanın içinə cin girsin ki? Bu necə olur?
- Bəzən insanlar qaynar suyu yerə tökür və “bismillah” demirlər. Bu zaman biz cinlərə ziyan vurmuş oluruq. Cinlərin intiqam hissi insanların intiqam hissindən güclüdür. Və onlar başlayırlar qisas almağa. Ya evdəki uşaqları incidirlər, ya evə hücum edərək ortalığı dağıdırlar, ya da insanın içinə girib ona olmazın əzablar verirlər. Bizimlə bərabər çox varlıqlar yaşayır. Sadəcə, onları görmürük.
- Nə edək ki, bu yad canlılar insanların aləminə toxunmasın?
- Qüsul alıb “Əlqələm”, “Nas”, “Fələq”, “İxlas”surələrini oxumaqla neqativ enerjilərdən qorunmaq olar.
- Deyirlər gecə güzgüyə baxdıqda cin insanın bədəninə girir, doğrudurmu?
- Güzgünü mən canlı hesab edirəm. Güzgü insanın neqativ enerjisini özünə götürür. Bir nəfər təzə evə köçür, görür evdə böyük güzgü var. Adətən böyük güzgülər baha olur. Adam “uf” demədən güzgünü götürüb zibilə atır. Çünki əvvəlki ailənin bütün neqativ enerjisi həmin güzgüyə çöküb.
- Oxuculara varlanmaq üçün bir çıxış yolu deyin.
- Əvvəlcə insan varlanmaq üçün qarşısına məqsəd qoyub, çalışmalıdır və mübariz olmalıdır. Sonra “Ayətəl-kürsi” duasının 4 hüddamı var, onları oxumalıdır. Bu dua üçün 4 varlıq ayrılıb. İnsan bunu oxuyanda həmin ayənin yetkililəri yerə enir ki, Allahın bu bəndəsi onları niyə çağırıb, diləyi, istəyi nədir?.. Və bunu həyata keçirməyə çalışırlar. Sıxıntıda, işi çətində, darda olanlar, borca düşərsə “Mücür” duasını oxuması məsləhətdir.
- Məsələn, həbsdə olanlar hansı duanı oxumalıdır? Hansı dua onlara həbsdən çıxmağa yardım edə bilər?
- “İxlas”, “Fələq” surələrinin oxunması məsləhətdir.
- Qurd yağı varmı? Bu yağ nə olan şeydir?
- Qurd yağı toksid maddədir. İnsan ölür, onu dəfn edirlər, qamış bitkisini həmin təzə qəbirə salırlar. 40 günün içində bədən boşalır, cəsəd qurdlayır, qamışın içi boş olduğundan qurdlar da onun içinə dolur. Və həmin qurdları çıxardıb satırlar. Artıq bu bir qrup insanların biznesinə çevrilib. Qurd yağının heç bir gizli gücü yoxdur. Ancaq elə bir toksid maddədir ki, nə ilə yuyulsa da, sürtülən yerdən getmir. İnsan bədəninə bir dəfə dəydisə, hepatitdən də təhlükəli virus daşıyıcısıdır. 6 ay ərzində insanı bu zəhərli maddə məhv edir.
- Deyirlər caduya qarşı qoruyucu var. Doğrudurmu?
- Bir insana cadu olunursa, ona qoruyucu qoyulur və adı dəyişdirilir. Bu belədir ki, bu qoruyucunu qoyan kahinlər insanın adını və ana adını metofizika aləmində dəyişirlər. Ona görə də həmin adama cadu olunduqda cin onu tanımır. Hər cür müddətli qoruyucular var.
- Ailənin dağılması üçün cadu olunubsa, onu necə batil etmək olar?
- Əvvəl bu dəqiqləşdirilməlidir. Hər iki insanın adına “Quran” xətt olunmalı və 1 stəkan suya “Fatiheyi-şərif”, “İxlas”, “Nəs”, “Fələq” surələrinin hərəsi 7 dəfə oxunub cütlüyə içirilməlidir.
- Evində cadu olanlara nə çarə deyə bilərsiniz?
- Həmin cadu tapılmalıdır, üzərində 7 ədəd dəfnə yarpağı yandırıb axar suya atılmalıdır. Bu cür batil edilir.
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 2024 20:12
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 2024 15:03
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 2024 15:21
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 2024 21:35
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 noyabr 2024 21:11
- Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
20 noyabr 2024 13:13
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07