Babanın gül balasının maşın kolleksiyası - Fotolar

Azərbaycan ictimaiyyətinin, mediasının gündəmini bir həftədir ki, Baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin “Galendevagen” markalı avtomobillə törətdiyi qəza məşğul edib.
“Qafqazinfo” xəbər verir ki, Əli Həsənovun nəvəsinin avtomobildə olması əvvəlcə gizlədilməyə çalışılsa da, sonradan DİN-in yaydığı məlumatlar bu iddianı alt-üst etdi və rəsmi qurumlar tərəfindən bildirildi ki, sözgedən qəza ilə bağlı cavabdeh şəxslərin hər biri məsuliyyətə cəlb olunacaq. Hazırda Nail Allahverdiyevin səhhəti normallaşdıqdan sonra həbs olunacağı gözlənilir.
Məlumat üçün bildirək ki, baş vermiş qəzanın rezonans yaratması orada iki Türkiyə vətəndaşının da ölümcül bədən xəsarətləri almasıdır. Hazırda onların 3 azyaşlı övladı dövlət qurumlarının nəzarətinə götürülüb. İki nəfərin ölümü ilə nəticələnən qəzanın digər iştirakçısının barəsində isə 1 aylıq inzibati həbs qətimkan tədbiri seçilib. Belə görünür ki, baş nazirin müavinin nəvəsinin yarım milyonluq “Galendevagen”lə ötüşməsi və bunun ağır nəticələri hələ bir müddət də müzakirə olunacaq. Məlumatlara görə, ölkə rəhbərliyinin də məsələyə reaksiyası kəskin olub. Bu cür hallarda heç kimə güzəşt edilmədiyi diqqətə çatdırılıb.
Xatırlatma üçün bildirək ki, bu hadisədən cəmi 1 neçə həftə əvvəl general öz oğluna görə işdən qovulmuşdu. Novruzəli Orucov öz oğlunun sürücünü döyməsinə görə işindən uzaqlaşdırılıb, yüksək rütbəsi əlindən alınıb. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, prezident həm generalın oğlu ilə bağlı hadisəyə, həm də digər eyni məzmunlu hadisələrə kəskin reaksiya verərək bildirmişdi ki, məmurların özləri də harınlıq edən övladları ilə birlikdə cəzalandırılacaq. Bu cür cəzalandırma metodu tamamilə məntiqə uyğundur, çünki 20-25 yaşlı bir gənc özünə yox, məhz yüksək vəzifə tutan atasına və ya babasına arxalanaraq belə qudurmuş addımlara yol atır.
Əli Həsənovun taleyin ironiyasına tuş gəldiyi başqa bir məqam isə “siz mənim övladlarımı tanıyırsınız?” deyə cəmiyyətə verdiyi sualın video yazısının günlərdir sosial şəbəkələrdə dolaşmasıdır. Yaxşı ki, tanımırmışıq və ya tanış olduq...
Belə bir sual yaranır ki, Nail Allahverdiyev Baş nazirin müavini olan babasına arxayın olmasaydı, bu cür bahalı maşına minə və onu necə belə yüksək sürətdə idarə edə bilərdi? Redaksiyamıza daxil olan məlumatlara görə, məhz Nail Allahverdiyevin qəzasının təsadüfü olmaması ilə bağlı materiallar da toplanaraq aidiyyatı üzrə təqdim olunub. Onun indiyə kimi törətdiyi qəzalar, yol polislərinə qarşı saymaz davranışları məruzə edilib.
“Qafqazinfo”nun əldə etdiyi digər bir məlumata görə, dəfələrlə yol polisləri məhz Naili və dostlarını saxladığına görə babası Əli Həsənov tərəfindən qurumun rəhbərliyinə etirazlar bildirilib. Ümumiyyətlə, bu günə qədər onlarla yol polisi əməkdaşı məhz Nail kimi harın məmur övladlarının güdazına gedib. Belə ki, onları saxlayıb nizam-intizama dəvət edən siravi yol polis əməkdaşları vəzifəsini itirmək aqibəti ilə üzləşib. Lakin bu məsələdə yeganə işıq yeri ölkə rəhbərinin dəyişməz mövqeyidir. Onun indiyə qədər keçirdiyi müşavirələrin əksəriyyətində verdiyi xəbərdarlıqlar, bu xəbərdarlıqlardan nəticə çıxarmayanların sonda cəzalandırılması olara qarşı mübarizənin bitmədiyini göstərir. Ona görə də, məhz bu gün yüksək vəzifəli Əli Həsənovun nəvəsinin babasının “şot”una “şellənmə”si onlara baha başa gələcək.
Baxmayaraq ki, baba qəza ilə bağlı açıqlamada defakto nəvəsindən imtina edib. O “hüquqi dövlətdə məsuliyyət fərdidir” deməklə yaxasını qırağa çəkməyə çalışıb. Lakin beləsindən soruşmaq lazımdır ki, babası Əli Həsənov olmayan minlərlə gəncdən hansı belə addımlar ata bilər? Bu yerdə bir neçə il əvvəl ölkədə əzbər deyilən Namiq Qaraçuxurlunun məşhur meyxanasının xatırladaraq soruşmaq istəyirik. Əli Həsənov nəvəsinə “Gəz dolan kafe-restoran, babanın gül balası” deməsəydi, bu gün belə situasiya yaşanardımı?
İndi sizə daha bir dəhşətli görüntüləri təqdim edirik. Və soruşmaq istəyirik ki, babası Baş nazirin müavini olmayan hansı gənc belə maşın kolleksiyası toplaya bilər?!
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- Prezidentin nəvələri Ərdoğanla - Foto
12 aprel 2025 12:02
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
6 aprel 2025 17:25
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
4 aprel 2025 22:11
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35