Güləşçilərin etirazına sərt - Reaksiya
Dünən güləşçilərin federasiya qarşısında maaşlarını ala bilməmələri və maddi çətinlikləri ilə bağlı çıxışlarına baş məşqçi Firdovsi Umudov reaksiya verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, F.Umudov sosial şəbəkədə qeyd edib ki, idmançıların aksiyası onlar tərəfindən narahatlıqla qarşılanıb:
“Belə bir hadisənin baş verməsinə təəssüf edirəm, çünki bütün bunlar hər şeydən öncə Azərbaycan adına yaraşmayan bir haldır. Üstəlik, əgər söhbət Olimpiya Oyunları, dünya və Avropa çempionlarının qalib və mükafatçılarının iştirakı ilə baş verirsə. Məlum məsələ idi ki, mətbuatda gedən bu xəbərlər mütləq şəkildə ölkə hüdudlarından kənara çıxacaq və Vətənimiz haqda xoşagəlməz söhbətlərin yaranmasına səbəb olacaqdı. Belə də oldu - artıq ölkəmizi sevməyən, düşmənlərimizdən maliyyələşən bəzi mətbu qurumlar bu hadisədən öz şəxsi məqsədləri üçün istifadə etməyə başlayıblar. Qan-tər tökərək dövlətimizin adını ucaltmaq üçün min bir əziyyətə qatlaşan həmin idmançılar bundan sonra etdiklərindən peşmançılıq hissi keçirsələr də, artıq olan oldu. Sonrakı peşmançılıq isə fayda verməz.
Dövlətimizin idmana olan diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan Güləş Federasiyası ölkəmizin hər zaman ən öndə gedən idman qurumlarından biri kimi özünü doğruldub – bu vaxta qədər Olimpiya Oyunları, dünya və Avropa çempionatları və birincilikləri, Dünya Kuboklarında əldə olunan uğurlu nəticələr söylədiyim fikirləri sübut edir. Bütün bu uğurlarda isə federasiya prezidenti Fazil Məmmədov və 1-ci vitse-prezident, Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü Namiq Əliyevin böyük rolu var. Etiraz edən idmançılar yəqin ki bu şəxslərin hər zaman onların yanında olmalarını, ailə-məişət problemlərinin, ən kiçik çatışmazlıqlarının məhz bu şəxslər tərəfindən həll olunmasını unutmayıblar. Üstəlik London və Rio Olimpiya Oyunları, "Bakı-2015" ilk Avropa Oyunları və "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarından sonra dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə mükafat qazanan idmançıların hər birinə ayrılan mükafat dərhal verilib. Bu səbəbdən gələn ay keçiriləcək dünya çempionatı öncəsi belə bir halın yaşanması olduqca böyük təəssüf doğurur”.
Baş məşqçi deyib ki, bu etirazlar çıxış yolu deyil: “Çıxış yolu ortaya çıxan problemlərin birlikdə həll olunmasına çalışmaqdır. Biz dövlətimizin əsgəriyik, mükafat olsa da, olmasa da, Azərbaycanımızla, bayrağımızla, dövlətimizlə fəxr etməliyik. Ola bilər ki, müəyyən problemlər ortaya çıxsın, amma gərək yaxın keçmişi də unutmayasan. Biz bütün çətinliklərə dözməli və yeni qələbələr haqqında fikirləşməliyik. İnanıram ki, yaxın gələcəkdə bütün problemlər öz həllini tapacaq".
NUH.az
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 2024 11:20
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 2024 19:57
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- ABŞ konqresmeni Azərbaycandan qaçdı
18 noyabr 2024 10:30
- Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb
17 noyabr 2024 21:36
- 17 noyabr - Milli müstəqillik salnaməmizin Epiqrafı
17 noyabr 2024 20:49
- Rusiya üçün vuruşan ilk Şimali Koreya əsgəri əsir götürüldü - ŞOK GƏLİŞMƏ
3 noyabr 2024 11:05
- Eldar Mahmudov düşmənimdir, məni hədələyirdi... - Əvəz Ələkbərovla SENSASİON MÜSAHİBƏ
1 noyabr 2024 16:37
- Hajıbala DANIŞDI - Baçımız günü-gündən gözəlləşir...
1 noyabr 2024 14:26
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 2024 13:38
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00