“On beş aydır maaş üzünə həsrətik” - Güləşçilər narazıdır + Video

Bu gün güləşçilər qarşılaşdıqları problemlər və şəraitsizliklə bağlı açıq havada brifinq keçiriblər.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, jurnalistlərə açıqlama verən Yunan-Roma güləşi üzrə dünya çempionu, “Rio-2016″nın bürünc mükafatçısı Rəsul Çunayev deyib ki, artıq 1 ildir ki, təlim-məşq toplanışı keçmirlər: “Bir ildir ki, federasiya tərəfindən bizə maaşlar, mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərlər silahı olmadan müharibə apara bilmədiyi kimi, biz də təlim-məşq toplanışları keçirmədən yüksək nəticə əldə edə bilmirik. Üzdə olan adamlar bizik, uduzanda saytlar, insanlar bizim haqqımızda pis fikir səsləndirirlər. Bizə şərait yaradılanda yüksək səviyyədə çıxış edirdik, hazırda şəraitsizik. Hətta zallarda su belə yoxdur, krantdan doldurub içirik. Məşqçilər, masajistlər, həkimlər maaşlarını ala bilmədiyi üçün çıxıb gedib. Bizim də başqa işimiz yoxdur, sırf idmanla məşğul oluruq.
Cənab prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Təəssüflər olsun ki, son 1 ildə federasiyada yaradılan gərginliklər bizim nəticələrimizə təsir edir. 3 həftədən sonra dünya çempionatına getməliyik. Komandanın isə 70 faizi zədəlidir. İdmançıların heç birinin müalicə olunmaq imkanı yoxdur.
Olimpiyadadan sonra əməliyyat olunmaq üçün 3 ay gözlədim. Məni də müalicə etmədilər, öz hesabıma Türkiyədə əməliyyat olundum. Aramızda elə uşaqlar var ki, məşqə gəlməyə pulları yoxdur. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxartdılar. İki ildir bizə forma da verilmir, yarışlarda köynəklərimizi bir-birimizə verib dəyişirdik. Tam forma ilə yarışlara qatılan başqa ölkələrin komandaları qarşısında utanırdıq. Bizə rəsmilər çıxıb demir ki, pul yoxdur, maliyyə ayrılmayacaq, hər kəs də öz işini bilər. Bu gün, sabah deyə-deyə ilyarımdır problemlər davam edir”.
Sərbəst güləş üzrə millinin üzvü Hacı Əliyev də vəziyyətlə bağlı danışıb. O deyib ki, gənc idmançıların məşqə gedib-gəlməyə imkanı yoxdur:
“İlk növbədə cənab prezidentimizə təşəkkür edirəm ki, bizə hər bir şəraiti yaratmışdı. Amma bu gün bir sıra problemlərlə qarşılaşmışıq. “Rio-2016″da 9 medal qazandıq, bu, zarafat deyil. Bizim bura yığışmağımızın məqsədi odur ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşiblər.
Federasiyanın vitse-prezidenti Namiq Əliyevi axırıncı dəfə “Rio” olimiya oyunlarında görmüşəm.Ondan sonra heç vaxt zallara gəlməyib. Əli Ömərovla danışmışıq, o da deyir düzələcək, baş məşqçimiz də müalicədədir.
Yarıdan çoxu kasıb uşaqlardır. Hamısı bayrağı ucaltmaq arzusu ilə alışıb-yanır. 15 aydır ki, maaş üzünə həsrətik. Dünya çempionatına çox az vaxt qalıb. Gedib dünya çempionatında məğlub olmaqdansa, getməmək yaxşıdır. Müraciət edirik, deyirlər gözləyin, yaxşı olacaq. Belə olsa, heç bir komanda dünya çempionatına getməyəcək. Diqqət olmasa, nəticə də olmayacaq. Bizə demişdilər İslam Oyunlarından sonra problemlər həll olunacaq".
İdmançılar bildirib ki, sözügedən problemlərdən Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin də xəbəri var.”
NUH.az
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 2025 00:30
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 2025 22:09
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
7 aprel 2025 23:35
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
6 aprel 2025 22:05
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
5 aprel 2025 21:54
- TDT Baş katibi prezident İlham Əliyevi təbrik etdi
3 aprel 2025 16:42
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35