Oğlu maşınla adam vurmaqda ittiham olunan rəis Realliq.info – ya açıqlama verdi

Hikmət Kərimov: “Əhəd hadisədə günasızdır və onu üzərində haqqı olmayan atasına görə cəzalandırmaq doğru deyil”
Bu gün ölkə mediasında Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzasından geniş bəhs olunmaqdadır. Mediada gedən məlumatlarda bildirilir ki, qəza Bakı sakini, 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlu tərəfindən törədilib.
Məlumatlarda qeyd olunurdu ki, Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı “Mersedes Sprinter” markalı mikroavtobus sərxoş halda yolu keçməyə çalışan kişini vurub. Zərbədən piyada yolun hərəkət hissəsinin digər zolağına yıxılıb və bu zaman arxadan gələn və 24 yaşlı Əhədin sürdüyü “Porşe” onun üstündən keçib. Piyada hadisə yerindəcə keçinib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Digər məlumatlarda isə yazılırdı ki, “Porşe”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.
Realliq.info hadisənin baş vermə səbəblərini və piyadanı vuran şəxsin kimliyinə aydınlıq gətirib. Kərimovun atası, Şirvan şəhər Polis Şöbəsinin Təhqiqat bölməısinin rəisi Hikmət Əhəd oğlu Kərimovun da fikirlərini öyrənib.
Araşdırmalar zamanı bəlli olub ki, gecə saatlarında baş verən qəzada isə onun oğlunun ittiham edilməsi həqiqəti əks etdirmir. Belə ki, dünən gecə saatlarında Sabunçu dairəsi yaxınlığında yerləşən SOCAR yanacaq doldurma məntəqəsində sərxoş halda yatan vətəndaşı SOCAR-ın mühafizə xidmətinin əməkdaşları ordan uzaqlaşdırıblar. Yolu keçməyə çalışan piyadanı SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında "Mersedes Sprinter” markalı mikroavtobus vurub. Güclü zərbədən sonra piyada yolun digər zolağı ilə hərəkət edən “Porşe” markalı avtomobilə dəyib. Qəza nəticəsində vətəndaş dünyasını dəyişib.
Hadisənin günahkarı olmayan “Porşe” markalı avtomobilin sürücüsü Kərimov Əhədin baş verən qəza ilə bağlı ittiham edilməsi medianın da gündəmini zəbt edib. Məsələnin ictimai marağını nəzərə alaraq polis polkovnik-leytenantı Hikmət Kərimovun da fikirlərini öyrənə bildik. Realliq.info – ya açıqlama verən sabiq rəis qeyd etdi ki, hadisədə oğlunun heç bir günahı yoxdur; “Çoxları məni yaxşı tanıyır. Mən 1992 –ci ildə institutda əyani təhsil almağıma baxmayaraq könüllü olaraq Qarabağda gedən döyüşlərdə iştirak etmişəm və yaralanmışam. Hələ də həmin yaraların əziyyətini çəkirəm. Mediada gedən məlumatlar reallıqdan kənardır. Kərimov Əhəd mənim oğlumdur. Lakin, Əhədin anası ilə mən 1994 – cü ildə rəsmən ayrılmışam.Biz ayrılandan sonra ikimiz də ailə qurmuşuq. Mənim də, onun da növbəti ailədən uşaqlarımız olub. O zaman o, Əhədi də götürərək qurduğu ailəsi ilə birgə xaricə getdi. Üç ildir ki, o, oğlumla birgə bura qayıdıb. Mənim bu uşağın üzərində haqqım olmayıb. Amma bəziləri indi mənə görə ona mənəvi sarsıntılar yaşatdırırlar. Axı, onun günahı olmadığı halda necə demək olar ki, məmur oğlu adam öldürdü. Mən bu uşağa baxmamışam. O, körpəykən alınıb məndən və mənimlə yaşamayıb. Indi oğlumu törətmədiyi əmələ görə, atası polis əməkdaşı olduğu üçün cəzalandırmaq nə qədər ədalətlidir"?
Daha sionra keçmiş həyat yoldaşından danışan Hikmət Kərimov bildirdi ki, onların boşanmasına 1994 - cü ildə Yasamal rayon məhkəməsində baxılıb. Həmin məhkəmənin qərarından sonra Kərimov Əhədin anası uşağın onunla görüşünə icazə verməyib. Məhz bu səbəbdən o uşağını görməyib; “Rayon məhkəməsinin qərarından sonra daha 12 instansiya məhkəməmiz olub. Və anası uşağı məndən aldı. Bizim münasibətlərimiz xoş olmayıb və deyərdim ki, həmişə gərgin olub. O, polisə də bildirib hadisələri. O, mənim uşağa bir manat belə xeyrim dəymədiyini də söyləyib. Özü uşağını oxutdurub, ona maşın alıb. O, haqlıdır. Onu atalığı böyüdüb. Əgər mənim Əhədin üzərində haqqım olsaydı həqiqəti deyərdim. Amma bu yolla, Hikmətin oğludur deyib bir uşağı nahaqdan bu qədər incitmək olmaz. Axı biz insanıq. Allahımız qarşısında gerçəkləri gizlədə bilmərik. Əhəd hadisədə günahsızdırsa onu üzərində haqqı olmayan və illərlə onu görməyən atasına görə incitmək olmaz ”.
Hikmət Kərimov onu da qeyd etdi ki, media işçiləri hadisəyə ədalətli yanaşmalıdırlar. Bölmə rəisi onu bildirdi ki, o bu günə qədər susub və susmağının məqsədi aparılan istintaqa müdaxilə etməmək üçündür. Amma mətbuatda bəzi məlumatların doğru olmadığını görüb bu açıqlamaya ehtiyac olduğunu görür.
Qeyd edək ki, dünən gecə piyadanı vuran “Mersedes -Sprinter” markalı mikroavtobusun sürücüsü mediaya verdiyi açıqlamada bildirib ki, sərxoş piyada qəflətən yola çıxıb və onun maşınının qarşısına keçib. Zərbədən sonra piyada dünyasını dəyişib. Yolun digər zolağı ilə hərəkət edən “Porşe” sürücüsünun hadisə ilə heç bir bağlılığı yoxdur.
Bizdə ataya görə övladın cəzalandırılması metodunu pisləyirik. Kərimov Əhədin yolu ilə gedərkən qarşılaşdığı və iştirakçısına çevrildiyi qəzanın günahkarı olmadığı məlumdur və təsdiqini tapıb. Lakin, Əhədin atası polis əməkdaşıdırsa bu heç kimə qısasın və ya ədavətin övladdan alınmasına imkanı vermir.
Bu məsələdə həmkar yoldaşlarımızı da diqqətli olmağa çağırırıq. Kərimov Əhədin günahsız olaraq mənəvi sarsıntılara məruz qoyulmsına onlar da etiraz etməlidir.
Realliq.info
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 2025 00:30
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 2025 22:09
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 2025 14:06
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 2025 10:36
- Prezident onu rektor təyin etdi - Sərəncam
9 aprel 2025 16:24
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 21:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46