Səudiyyə Ərəbistanında bir neçə gün əvvəl mini ətək geyinərək ictimai yerdə gəzən qızın videosu yayılmışdı.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, video ölkənin ən mühafizəkar bölgələrindən olan Nəciddə tarixi yerdə çəkilmişdi. Ölkədə böyük səs-küyə səbəb olan bu görüntülərə bəziləri müsbət, bəziləri isə mənfi münasibət bildirmiş, qadının həbsini tələb etmişdi. Son məlumata görə, Kulud adlı qadın artıq həbs edilib və onun geyimi təhrikedici hesab edilib.
Qeyd edək ki, ötən il bir qadın başı açıq formada çəkilmiş şəklini "twitter" hesabından paylaşdığı üçün həbs edilmişdi.