DTX-nın iki İŞİD üzvünü öldürdüyü əməliyyat: “Videonu İŞİD rəhbərlərinə göstərəcəkdi”

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı ələ keçirilən İŞİD üzvlərinin ifadələri məlum olub. Xatırladaq ki, DTX əməliyyatı 2016-cı ilin oktyabr ayında həyata keçirmişdi. Rəsmi məlumata görə, Bakı-İstanbul reysində olan İŞİD üzvləri DTX əməkdaşlarına müqavimət göstərərkən zərərsizləşdiriliblər. Onlaran ikisi öldürlülüb, ikisi isə sağ ələ keçirilmişdi.
Musavat.com xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Ağamirzə Quliyevin sərnişin olduğu “Bakı-İstanbul” avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılmışdı.
Ona Dövlət Təhlükəsizlik Xidmətinə getmək təklif olunsa da A.Quliyev üzərindəki əl qumbarasını partlatmağa cəhd etmişdi. Xüsusi təyinatlılar tərəfindən A.Quliyev zərəкsizləşdirilib. Dəstənin digər üzvü Fuad Rüstəmov isə Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərən zaman öldürülüb.
4 nəfərlik dəstə üzvlərindən ikisi isə sağ ələ keçirilib. Onalar Sumqayıt şəhər sakinləri Aydın Gülməmmədov və Əmrah İmanovdur.
Onlar barəsində Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb. İstintaq başa çataraq iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesinə hakim Səbuhi Hüseynov sədrlik edir.
Musavat.com təqsirləndirilən hər iki şəxsin ifadələrini əldə edib. Onlar üzv olduqları dəstənin planları və fəaliyyəti haqda danışıblar.
Əvvəlcə qeyd edək ki, istintaqla müəyyən edilib ki, dəstə üzvləri ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet vasitəsi ilə göndərdikləri gizli tapşırıqlar əsasında terror təşkilatının Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolunun yaradıblar.
İttihama görə, onlar həmin quruma rəhbər seçiliblər, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədi ilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə ediblər, terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüblər.
Onlar müxtəlif tarixlərdə gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını bəyan etmələrinin videoçəkilişini aparıb, cinayətkar niyyətlərinin həyata keçirilməsi, əlavə silah-sursat əldə edilməsi, vəsait toplanılması üçün tədbirlər görüb, ayrı-ayrı şəxslərə hədə-qorxu altında aylıq ödənişlər tətbiq edib, basqın ediləcək konkret şəxslərin güdülməsini həyata keçirib, ictimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə planlaşdırılan xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında vəzifə bölgüsü aparıblar.
İŞİD üzvlərinin etirafları…
Aydın Gülməmmədov ifadəsində bildirib ki, İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət edib. O, dini ləqəbi “Ömər” olan Ağamirzə, Fuad, Emin, Zaur və Əmrah adlı şəxlərlə tanış olduqdan sonra onlarla birlikdə ibadət etməyə başlayıb.
“Dini mövzularda söhbətlər edirdik. Fuad İŞİD-də Şamil adlı dostunun olduğunu, onunla feysbuk vasitəsilə əlaqə saxladığını deyirdi. Sumqayıtda çayxanalarda yığışırdıq. Fuad Şamillə danışdığını, İŞİD-ə beyət etməklə İŞİD-in Qafqazdakı qolu ola biləcəyimizi, İŞİD-in bütün tapşırıqlarını yerinə yetirəcəyimizi söylədi. Həmçinin, Fuad videoçəkiliş aparmaqla İŞİD-ə sədaqət andı içməyi təklif etdi”- deyə təqsirləndirilən şəxs ifadəsində göstərib.
A.Gülməmmədov qeyd edib ki, bu andiçmədən sonra İŞİD rəhbərləri onlara inanacaqmış: “Fuad həmin videoçəkilişi Suriyada olan dostu Şamilə göndərəcədi. Şamil isə öz növbəsində videoçəkilişi İŞİD rəhbərlərindən birinə göstərdikdən sonra bizim İŞİD-ə qəbul olunacağımızı söyləmişdi. Bu məqsədilə Əmrah İmanovun yaşadığı evə getdik. Dəstəmaz alıb İşa namazı qıldıq. Sonra isə çəkilişə hazırlaşdıq. Əmrah qara mayka gətirib, iki hissəyə böldü. Üzümüzü bağlamaq üçün maska düzəltdi. Əmrah telefonunu mənə verdi ki, çəkim. Çəkiliş zamanı Zaur ərəb və rus dillərində danışırdı. Bu dillərin heç birini bilmədiyim üçün nə dediklərini anlamırdım. Əmrah videonun Zaurun telefonuna köçürdü. Fuadla Zaur mənə videonun heç kimin əlinə düşməməsi barədə tapşırıq verdilər. Sonra telefonu satmalı olduğum üçün videonu da sildim”.
Təqsirləndirilən şəxs ifadəsində Sumqayıtda mağazalardan birinə basqın etmək planlarının olmasını da etiraf edib.
O, deyib kİ, Sumqayıt şəhərində yerləşən “Ləzgi” marketə silahlı basqın planları olub.
“Zaur bizi yığıb hamının maddi çətinliyi olduğunu, marketə hücum edib pulları ələ keçirməyi təklif etdi, razılaşdıq. Zaur deyirdi ki, market bağlandıqdan sonra gündəlik yığılan pulları orada işləyən qadın evinə aparır. Plana görə, Fuad qadına basqın etməli, yanında kimsə olarsa Zaurla Ağamirzə köməyə gəlməli idilər. Mən isə çöldə dayanaraq basqın zamanı təhlükə olarsa qrup üzvlərinə xəbər verməli idim. Basqın zamanı kimin hansı silahdan istifadə edəcəyindən məlumatım olmayıb”- deyə o, bildirib.
Digər həbs edilən şəxs Əmrah İmanov da eyni məzmunlu ifadə verib.
Onun sözlərinə görə, həbs olunmamışdan 3-4 ay əvvəl “Ömər” ləqəbli Ağamirzə Quliyev onu İslam dininə dəvət edib. Onun dəvəti ilə namaz qılmağa başlayıb.
“Ağamirzə idmanla məşğul olurdu, Aydın isə ətir alveriçisi idi. Tez-tez çayxanaya yığışıb dini mövzuda söhbətlər aparırdıq. “Ömər” təklikdə mənə dedi ki, Zaur, Fuad, Aydınla birgə beyət etmək qərarına gəliblər. Mənə də beyətdə iştirak etməyi təklif etdi. Əvvəl beyət etməyin nə olduğunu anlamadım. “Ömər” beyət etməyin and içmək olduğunu izah etdikdən sonra razılaşdım”- deyən Ə.İmanov and içmənin sırf dinlə bağlı olduğunu düşündüyünü və buna görə razılaşdığını deyib.
Təqsirləndirilən şəxslərin hər biri onlaraq qarşı irəli sürülən ittihamla özlərini günahkar bilmədiklərini deyiblər.
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
9 aprel 2025 15:28
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
8 aprel 2025 19:12
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
6 aprel 2025 17:10
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 2025 12:28
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35