- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
Qarabağ müharibəsi veteranı: “Əmlak komitəsi məndən 5 min manat rüşvət istəyir”

Bu günlərdə Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov LEGİON-a müraciət edib: “ Hüquqi yardım üçün Qafqaz Hüquq Mərkəzinə müraciət edən Qarabağ müharibəsi veteranı, Laçın rayonundan məcburi köçkün Zahid Novruzov neçə ildir ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayır. Zahid Novruzov bütün müvafiq təşkilatların, Suraxanı icra hakimiyyətinin, bələdiyyənin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Azərsu”nun, “Azəriqaz”ın icazəsi ilə İlqar Əhlimanov 10/1 ünvanda yerləşən torpaq sahəsində mağaza kimi istifadə etmək üçün qeyri-yaşayış obyekti tikib”.
Abbasovun sözlərinə görə, tikinti başa çatandan sonra Zahid Novruzov obyektə texniki pasport almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə ( ƏMDK ) müraciət edib: “ Komitədən ona cavab verilib ki, həmin ərazi Dövlət Neft Şirkətinə ( SOCAR ) məxsusdur”. Abbasov təəccüblə soruşdu ki: “ Yaşayış binalarının yerləşdiyi ərazi necə SOCAR-a məxsus ola bilər?”. İlqar Abbasov ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ( DƏDRX) Bakı Şəhər Ərazi İdarəsindən Zahid Novruzova verilən cavab məktubunu da bizə təqdim etdi. Ərazi idarəsinin rəisi müavini Xəyalə Mərdanovanın imzası ilə 12 noyabr 2012-ci ildə ( N 123020643193 ) təqdim edilmiş cavab məktubunda qeyd edilir ki, ərizənizə Bakı Şəhər Ərazi İdarəsində baxılmışdır: “ Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, torpaq sahəsi Bələdiyyə ərazisinə aid deyil və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə düşür”.
Həqiqətənmi, Zahid Novruzovun mağaza tikdiyi ərazi SOCAR-a məxsusdur..? Əgər həmin ərazi SOCAR-a məxsusdursa, Suraxanı icra hakimiyyəti, bələdiyyə, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu”, “Azəriqaz” tikintiyə necə icazə verib..? Bizi maraqlandıran suallarla bağlı ƏMDK-nin mətbuat katibi Qulu Xəlilova müraciət etdik. O, bizə zəng edəcəyini desə də sonradan zəng etmədi. Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etdik.
İcra hakimiyyətinin əməkdaşı bizə məsləhət bildi ki, 103 saylı Mənzil İstismar Sahəsinə ( MİS ) müraciət edək. 103 saylı MİS-in əməkdaşı Raya Şıxməmmədova LEGİON-a bildirdi ki, İlqar Əhlimanov küçəsi 10/1 ünvandakı ərazinin SOCAR-a heç bir aidiyyəti yoxdur: “ Bu ərazi icra hakimiyyətinə aiddir”.
Əməkdaşımız Hövsan qəsəbə bələdiyyəsi ilə də əlaqə saxlayıb. Bələdiyyə sədrinin müavini Nərgiz Talıbova bizə bildirdi ki, İlqar Əhlimanov küçəsindəki ərazinin SOCAR-la heç bir əlaqəsi yoxdur. Sonda Zahid Novruzovun özü ilə əlaqə saxladıq. O, ƏMDK-nin texniki pasport verməkdən imtina etməsini belə izah etdi: “ Mənə müvafiq sənədlər vermək üçün Əmlak Məsələləri Dövlət Komitəsi məndən 5 min manat rüşvət tələb etdi. Mən rüşvət verməkdən imtina etdim. Mən Qarabağda döyüşmüşəm, veteranam, mən niyə məmurlara rüşvət verməliyəm? Mən buna görə ermənilərlə vuruşmuşam?”.
Rəşad Rüstəmov
LEGİON
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
9 aprel 2025 22:58
- Prezident onu rektor təyin etdi - Sərəncam
9 aprel 2025 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
9 aprel 2025 15:28
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
8 aprel 2025 21:51
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
7 aprel 2025 14:45
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
7 aprel 2025 11:26
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
7 aprel 2025 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
6 aprel 2025 23:01
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58