General oğlunun döydüyü sürücü: "Novruzəli müəllim pul verdi..." (MÜSAHİBƏ)

Xəbər verdiyimiz kimi, iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.Rüstəm Orucov general Novruzəli Orucovun oğludur.Novruzəli Orucov dünən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib. Qeyd edək ki, sürücü 36 yaşlı Sənan Səmədov Yevlaxın Xaldan qəsəbəsindəndir. 14 ildir Bakıda sürücü işləyir. 3 övladı ilə Bakıda kirayədə qalır.
Zərərçəkmiş sürücü Sənan Səmədov unikal.org-a başına gələn olayla bağlı müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:
"Rüstəm Orucovla polis idarəsində görüşüb-öpüşdüm"
-Hadisə necə baş verdi?
- Memar Əcəmi dairəsinə girirdim. O da eyni istiqamətdə yol mənim ola-ola gözlənilmədən girdi. Avtobusun qabağına keçərək qəza şəraiti yaratdı. Mən də avtobusu saxlayıb ona nə edirsən sualını verdim. Çünki mən avtobusla sərnişin daşıyıram. Qəflətən tormuz vermək olmaz. Çünki belə hadisələr zamanı sərnişinlər zədələnə bilər. Buna belə dedim. O isə mənə sənə niyə yol verməliyəm sualını ünvanladı. Mən də yol nişanını ona göstərdim. Bildirdim ki, dairə nişanını gözləyib sonra girməlisən. Biraz əsəbləşən kimi oldu. Sonra mən yoluma davam etdim. Avtobusun son dayanacağı 9-cu mikrorayondur. O maşını ilə arxamca gəldi. Avtobusu saxlayan kimi məni yanına çağırdı.
-Bundan sonra nə oldu?
-Həmin vaxt dispeçeri də məlumatlandırdım. O məni avtobusun arxasına çağırdı. Yanına getmədim. Dispeçer mənə dedi ki, narahat olma özüm yoluna qoyacam. Aramızda nə dərin söz-söhbət, nədə ki, söyüş olmadı. Amma buna baxmayaraq o özü mənim üzərimə gəldi. Bu zaman üzümə yumuruq atdı. Başım asfalta dəydi. Artıq bundan sonra özümdən xəbərim olmayıb. Təcili yardım maşını ilə məni Mərkəzi Klinik Xəstəxanasına gətirdilər.
-Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına kim məlumat verdi?
-Hadisə zamanı başıma iki tikiş qoyuldu. Üzümdə də şiş var idi. Hadisə baş verdikdən sonra bizim şirkətin dispeçeri 102 və 103-ə zəng edərək hadisə barədə məlumat verdi.
-Novruzəli müəllim yanınıza gəldimi?
-Bəli, baş verən hadisədən sonra xəstəxanada yanıma onlar tərəfdən heç kim gəlmədi. Ayılandan sonra 7-ci polis bölməsinə gəldim. Novruzəli müəllim oğluyla polis idarəsində idi. İlk dəfə Novruzəli müəllimi orada gördüm. Polisə izahatımda şikayətçi olmadığımı bildirdim. Məqsədim düşmən qazanmamaq olub. O məni özəl xəstəxanaların birində başımı "MRT” elətdirdi. Dünən saat 11-ə kimi Novruzəli müəllim mənə zəng edərək halımla maraqlanıb. O mənə işə çıxmamağımı və müalicə olunmağımı tövsiyyə etdi. Novruzəli müəllim çox sadə bir insandır. O mənə nə lazımdırsa imkanı çatdığı qədər köməklik göstərəcəyini də təklif etdi. Telfonum sındığına görə, mənə pul verdi.
-Bəs Rüstəm Orucov polis idarəsində sənə nə dedi?
-O dedi ki, bir anda əsəbləşdiyi üçün belə bir addım atıb. Özü də məni vurduğuna çox peşman olduğunu dilə gətirdi. Daha sonra Rüstəm Orucovla polis idarəsində barışdıq, görüşdük-öpüşdük. Novruzəli müəllim o qədər şirindil insandır ki, özüm baş verən hadisədən utanırdım. Məndə olan məlumata görə, artıq Rüstəm Orucov həbs edilib. Cənab prezidentə baş verən hadisəyə dərhal reaksiya verdiyinə görə, öz təşəkkürümü bildirirəm. İlham Əliyev bir daha göstərdi ki, o adi vətəndaşlarla, məmurlar arasında heç bir ayrı-seçkilik qoymur, əksinə məmurları hər zaman vətəndaşların yanında olmağa çağırır.
NUH.az
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 2025 14:24
- Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi
11 aprel 2025 20:44
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
8 aprel 2025 21:51
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
8 aprel 2025 15:28
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35