- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
ÖZÜNƏ 65 MİN MANAT MAAŞ YAZAN MƏMUR! – Rüfət Aslanlının bahalı “nəzarəti”
Məmləkət insanı bank qapılarında qalıb. Məsələni qəlizləşdirən məqamlardan biri də vətəndaşın düşdüyü acınacaqlı duruma görə konkret kimin yaxasından yapışmalı olduğunu bilməməsi üzündən, sanki, “Bermud üçbucağı”na salınmasıdır. Amma ölkənin bank və maliyyə sektoruna cavabdeh olan məmurların hamısı bu və ya digər dərəcədə yaşanan devalvasiya labirintinə görə məsuliyyət daşıyır.
Maliyyə Bazarlarına Nəzarət, yoxsa “Xalq nəzarəti”…
Konkret olaraq Mərkəzi bankın sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov ölkənin beynəlxalq nüfuzunun sarsılmasına, etibarının devalvasiyasına görə birbaşa cavabdehlik daşıyırlar. O ki, qaldı bank sistemindəki xaosu aradan qaldırmaq üçün Prezident İlham Əliyev tərəfindən yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına, bu qurumun rəhbərliyinin birbaşa vəzifəsi idi ki, vəziyyəti stabilləşdirsin və çevik siyasət yürütməklə, bank sistemində inkişafa istiqamətlənən strategiyanı həyata keçirsin. Amma təəssüflər olsun ki, bizdə “nəzarət” dedikdə sovetlər dönəmindəki kimi sadəcə “xalq nəzarəti” və ya hansısa prosesə nəzarət edib onu buxovlamaq başa düşülür. Görünür, elə bu səbəbdən MBNP yarandığı gündən bank sisteminin əl-qolunu bağlamaq siyasəti yürüdüldü, dövlət başçısının bu sahədəki bir çox xoşməramlı təşəbbüsləri ya reallaşdırılmadı, ya da sadəcə bunu bacarmadılar. Nəticədə dövlət təkcə Beynəlxalq Bankla bağlı üzərinə növbəti dəfə ağır yük götürmək zorunda qaldı, digər banklarda da defolt təhlükəsi ötən hər gün daha da dərinləşdi, körpü banklar yaradılaraq prosesi şəffaflaşdımaq əvəzinə olan-qalan körpülər də yandırılaraq, ölkənin bank sisteminə ümummilli etimadsızlıq mühiti formalaşdı. İndi vətəndaşla banklar arasındakı çəkişmələr məhkəmələrdə və ardından borcun girova yönləndirilməsi üzündən əmlakların çoxsaylı qanun pozuntuları ilə müşaiyət olunan özgəninkiləşdirilməsi mərhələsində davam edir və yaranmış durumdansa çıxış yolları görsənmir.
Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, MBNP məhz girovların məhkəmə mübahisələndirilməsi olmadan birbaşa borca yönləndirilməsi üçün yeni təkliflərlə çıxış etməyə hazırlaşır. Əgər doğrudan da belə bir təklif gündəmə gətirilsə və razılıq alınsa, o zaman əmlakları bank girovluğunda olan yüz minlərlə vətəndaşın son ümid qığılcımı da sönmüş olacaq və onlar sözün həqiqi mənasında fəlakətin ağuşuna sürüklənəcəklər. Xatırladaq ki, bir müddət öncə məhz MBNP rəhbəri Rüfət Aslanlı ilə Ali Məhkəmənin sədri Ramiz Rzayev arasında “iki qurum arasında əməkdaşlıq” haqqında müzakirələrin getdiyi haqqında xəbər yayılmışdı və bu barədə hər hansı rəsmi təkzib verilmədiyindən doğrudan da belə bir görüşün baş tutduğu yəqinləşdi.
Prezidentin köməkçisi itirilmiş mövqelərini geri qaytarır…
Diqqətçəkən bir məqamsa bilavasitə iqtisadi sahədə islahatlara cavabdeh olanPrezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovunproseslərə təsir etmə imkanlarının hansı səviyyədə olmasıdır. Ötən yazılarımızın birində biz onu öz işinin peşəkarı kimi qiymətləndirməklə yanaşı baş verən və verə biləcək bütün neqativ tendensiyalara görə ilk növbədə onun cavabdehlik daşıya biləcəyini da vurğulamışdıq. Çünki Prezident İlham Əliyevə təqdim olunan və sonradan məhz dövlət başçısının imzası ilə parlamentə göndərilən qanun layihələrinin müəllifinin kimlər olmasından asılı olmayaraq, əsas nəzarətçi-tənzimləyici məhz odur. MBNP adlanan qurumun özünə də nəzarəti məhz Natiq Əmirov həyata keçirir, yaxud keçirməlidir.Ancaq bu nəzarət həyata keçirilirmi, MBNP tərəfindən Prezidentə təqdim olunan sənədlər dəqiqliklə saf-çürük edilərək qanunvericiliklə, eləcə də vətəndaşların maraqları ilə ziddiyyət təşkil edib-etmədiyi yoxlanılırmı?
Bu suala cavab axtarılarkən ilk növbədə vaxtilə MBNP tərəfindən Milli Məclisə təqdim olunsa da, deputatlar tərəfindən “topa tutularaq” geri qaytarılan qanun layihəsini, yaxud qəbul olunsa belə sonradan ləğv edilmək məcburiyyəti yaranan dəyişiklikləri xatırlamaq lazım gəlir. Burdan belə qənaət hasil olur ki, əvvəllər Natiq Əmirovun MBNP tərəfindən hazırlanan təkliflər paketinə “qırmızı işıq” yandırmaq imkanları ya olmayıb, ya da müdaxilə kifayət etməyib. Amma xoşbəxtlikdən bu məsələdə də vətəndaşların marağına xidmət edən bir dönüş yarandığı barədə siqnallar gəlməkdədir. Əldə etdiyimiz məlumata görə, məhz Natiq Əmirov son vaxtlar Prezident İlham Əliyevin yüksək inamı və etimadı nəticəsində bankdaxili proseslərə daha dərindən nüfuz etməyə, maliyyə-bank sektorunda ortaya çıxmış sualların cavabının tapılmasında həlledici söz sahibinə çevrilməyə başlayıb. Əgər doğrudan da maliyyə bazarlarına nəzarət məsələsində simvolik olaraq ikihakimiyyətlilik formalaşmağa başlayıbsa, yəni inhisarçılıq meylləri aradan qaldırılıbsa, ümid etmək olar ki, bu sahədə yaxın gələcəkdə nəzərəçarpacaq irəliləyişlər əldə edilməsinin şahidi də ola bilərik. Təbii ki, nəzərəçarpacaq irəliləyişlər dedikdə ilk növbədə vətəndaşların banklara olan borclarının ödənilməsində kompromis məzənnənin tapılması və insanlara borclarını ödəmək üçün daha əlverişli şərtlərin təklif edilərək əmlaklarının borca yönləndilməsinin uzunmüddətli ertələnməsi nəzərdə tutulmalıdır. Əks halda kitabı bağlanan bankların sırası genişlənəcək və istər sahibkarların özləri, istərsə də bankın müştəriləri bundan xeyli zərər görəcək.
MBNP “ASAN Xidmət”-ə verilsin, yoxsa asanlaşdırılmış idarəetməyə…?
Ona görə də ümid etmək olar ki, Rüfət Aslanlının rəhbərlik etdiyi qurum təkbaşına bank hakimiyyətindən imtina edərək intriqalara son qoyulması, qarşılıqlı anlaşma şəraitində həm banklar, həm borclular üçün əlverişli şərtlərin tapılması üçün hərəkətə keçəcək. Əks halda Prezident son çarə kimi bank sisteminin idarəetməsini də MBNP-dan alaraq, ASAN Xidmətə vermək zorunda qalacaq. Çünki dövlət başçısı özü də açıq şəkildə etiraf edib ki, Azərbaycan iqtisadıyyatına ən böyük zərbə məhz bank sektorundan gəlib və bu sahəyə cavabdeh olanların borcu idi ki, aradan keçən bu qədər müddət ərzində tənəzzül prosesini heç olmasa tormozlasınlar. Amma biz ötənlərdə tamamilə fərqli mənzərənin şahidi olduq. Çeşidli intriqalar, bir-birini sıradan çıxarmaq və dövlət başçısının qarşısında suçlu duruma salmaq üçün müxtəlif variantların sınaqdan keçirilməsi öz acı meyvələrini verdi, nəticədə qurunun oduna xeyli sayda yaşlar da yandı. Heç olmasa bundan sonra hikkələrdən imtina edilərək, xalqın bir nömrəli xidmətçisinin – Prezident İlham Əliyevin etimadını, etibarını qazanmağın qayğısına qalmaq lazımdır. Prezidentin iradəsinin əleyhinə gedənlərin aqibətini ötənlərdə hamımız görmüşük…
Dəyərli oxucular! Mövzunu tamamlayarkən məsləhətləşdiyimiz tanınmış iqtisadçılardan biri Prezidentin 23 iyun tarixli fərmanına da diqqət yetirməyi və orda demək olar ki, çoxsaylı suallara cavab tapa biləcəyimizə işarə vurdu. Biz fərmanla tanış olduqdan sonra əlavə informasiyalar axtarışına çıxdıq və zəhmətimiz yerdə qalmadı. Odur ki, yazımızın son bölümünün sizlərin daha çox marağına səbəb olacağı qənaətindəyik.
Prezidentə 15 min, MBNP rəhbərinə isə 65 min manat…
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin iyunun 23-də imzaladığı növbəti Fərmanını əslində Rüfət Aslanlı hakimiyyətinin sonu və ya sonunun başlanğıcı hesab etmək olar. Bu fərmanla qısa tanışlıqdan belə qənaətə gəlmək olur ki, artıq Rüfət Aslanlı MBNP istədiyi kimi idarə etmək şansından məhrum edilir, bank-maliyyə sistemində taleyüklü qərarların verilməsində əsas söz Prezidentin köməkçisi Natiq Əmirova verilir.
Ən çox diqqətçəkən və ehtimal etmək olar ki, dövlət başçısı tərəfindən belə bir fərmanın verilməsinə səbəb olan məqamsa nizamnamənin 1.9.13 -cü hissəsinin yeni redaksiyada verilməsi zərurətidir: “Palatanın strukturu, ştat vahidlərinin ümumi sayı və işçilərin əməkhaqları Baş icraçı direktorun təqdimatı əsasında Direktorlar Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilir”.
Sual oluna bilər, artıq il yarım ərzində fəaliyyətə başlayan və bütün strukturları formalaşdırılan bir qurumda işçilərin sayı, əmək haqları məsələsi bu günədək həllini tapmayıb ki, belə bir “gecikmiş” addım atılır? Tələsməyin, məsələ burasındadır ki, MBNP rəhbəri Rüfət Aslanlı özünə Prezident İlham Əliyevin əmək haqqından 4 dəfə artıq – 65 min manat əmək haqqı yazıbmış. Deyilənə görə, bu faktın üzə çıxması Prezidenti bərk qəzəbləndirib və nəticədə 23 iyun fərmanı ortalığa çıxıb.
Məhz belə bir fərmanın verilməsi əslində Prezident tərəfindən MBNP rəhbərinə etimadın itirilməkdə olması anlamına gəlir. Yeri gəlmişkən, deyilənə görə, bir müddət öncə PA rəhbəri, akademik Ramiz Mehdiyevin yanında keçirilən bir toplantıda MBNP rəhbərinin pafoslu çıxışı iştirakçıları yumşaq desək, məmnun etməyib. Orada hansı polemikanın yaşandığı və Ramiz Mehdiyevin Rüfət Aslanlının çıxışına hansı reaksiya verdiyi barədə məlumatsızıq, amma ümumilikdə baş verənlər Prezident İlham Əliyevin maliyyə bazarlarına nəzarətin daha effektiv həyata keçirilməsi üçün yeni axtarışlarda ola biləcəyi ehtimalından xəbər verir. Proseslər ona doğru gedir… (Moderator.az)
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 2024 14:02
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 2024 23:59
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 2024 21:57
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 2024 14:49
- İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19 dekabr 2024 19:15
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- ŞOK! 1 AYDA 37 NƏFƏR SAXTA İÇKİDƏN ÖLDÜ
16 dekabr 2024 18:27
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56