- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
- Putin - Tramp görüşü Bakıda keçirilə bilər - SON DƏQİQƏ!
- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
“Həbsdə generalın oğlu ilə dost oldum...” - Bayram Kürdəxanlı
Meyxana ustadı Bayram Kürdəxanlının “Qafqazinfo”ya müsahibəsi
- Nədənsə sizi müsahibə almaq üçün Kürdəxanıda yox, həbsxanada axtardıq. Elə bilirdik ki, hələ də oradasız. Nə vaxtdan azadlıqdasız. İçəridə olmağın nə fərqi var?
- Gah dedilər hələ həbsxanadayam, gah yazdılar ölmüşəm. Üzümüzə gələn yanvar ayında azadlığa qovuşmağımın üç ili tamam olacaq. 55 yaşım var, həbsxanada hər yaşda adam var. Savadlı, savadsız, hər təbəqədə insan olur. Elə bil ki, akademiyadır və sən bilirsən ki, öz cəzanı çəkməlisən. Cəzanı çəkmək üçün məsuliyyət daşıyırsan. İçəridə çörək kəsmək var, yaşa baxmır. 99 faiz peşman olan şəxslərdir, azadlığa qovuşmaq eşqiylə yaşayırlar. Bir faiz insan isə pis vərdişi özündə vərdiş edib, bayıra çıxanda yenə cinayət törədəcək.
Ora elə bil bağlı yerdi ki, insan qapının açılmağını gözləyir. Biz oradan ayrılanda deyirdik ki, “çıxdınsa, qayıtma”. Bundan əvvəl Rusiya həbsxanasında olmuşam, təxminən 1988-1989-cu illərdə... Ora bir başqa aləm idi, Sovet rejimi ali idi. Orda tanış olduğum insanlarla hələ də dostluq edirəm. Azərbaycandakı həbsxanada günlərim keçirdi, hamısıyla sözüm tuturdu. Hər gün içəridəki dəstə dəyişirdi, yeni gəlir, əvvəlkilər gedirdi. Təzə gələni də qarşılamaq lazımdır, onun dərdinə qulaq asmalı olursan.
Həbsxanada əsas həsrətdir- ana, ata, qardaş, dost həsrəti... Bir söz var, deyirlər ki, Allah heç kəsə göstərməsin. İçəridə özümə xeyli dostlar tapmışam. General oğlundan tutmuş, sıravi vətəndaşa qədər... İndi hələ də əlaqə saxlayırıq, ad günlərimizi yadda saxlamışıq, görüşürük. Həbsxanada yaranan dostluq heç vaxt bitmir.
- Meyxana bir dalğa kimi gəldi, gündəm oldu. Daha sonra sükut yarandı, çəkilib efir məkanından getdi...
- Hər şey çox olanda ləzzəti azalır. Bu kütlə çoxalıb. Əvvəl ANS TV meyxana sənəti ilə bağlı verilişlər təşkil edirdi, özüm də iştirakçı olmuşam. “De gəlsin”də çempionat keçirildi. İndi ANS bağlanıb, digər TV-lərdə isə reklam olunmuş simalar çıxır. Hazırda meyxanaçıları bir araya yığmaq, “De gəlsin”i yaratmaq çox çətindir. Bunu bircə ANS bacardı. Hər bir sənətin toplaşdığı birlik var. Məsələn, aşıqlar, muğam ifaçıları bir ocaqda cəmləşirlər. Amma meyxanaçılar üçün bir baza yoxdur. Birlik olmasa belə iş yaratmaq çətindir. Meyxanada da birliyin vaxtı çoxdan keçib. Ağakərim xəstədir, Ağamirzə də mənim kimi... Cavanların arasında isə 100 nəfərin hamısı yaxşı ola bilməz.
- Meyxana uzun müddət sonra şou-biznesə gəldi. Buna Namiq Qaraçuxurlu, Vüqar Əbdülov və başqalarının rolu oldu. Sizcə meyxana şou-biznesə gətirilməli idi?
- Başqa yolu yox idi. Ağasəlim, Nizami Rəmzi dövründə özümlə fəxr edirdim ki, onlarla meyxana deyirdim. Sovetlər dövründə bu cür texnika yox idi. Musiqi genişləndi, texniki avadanlıqlar çoxaldı. Bunlar da nə etsinlər? Hər şey çoxalır. Məsələn, qabaq Kürdəxanıda bir meyxana deyən mən idim. Əvvəllər meyxanaya xor baxırdılar, heç atam bu sənətlə məşğul olmağa qoymurdu. Böyük qardaşım rejissorluğu qurtarmışdı, babam isə güclü axund idi. Özüm isə ədəbiyyata, tarixə marağım böyükdür. İstərdim ki, təhsil alım.
Qardaşım öləndən sonra həvəsdən düşdüm. Amma bir dəfə Mədəniyyət və İncəsənət Universitetinə 1983-cü ildə sənədlərimi vermişdim. Kino-dram aktyorluğuna 12 nəfərlik yer var idi. Dörd müəllim haradan sual verirdisə,cavab verirdim. Elə suallar olurdu ki, özləri bilmirdi, başqasından cavabı zəng vurub öyrənirdilər. Sonra mənə dedilər ki, 12 nəfərlik ver dolub. Daha sənədlərimi vermədim, meyxana deməyə başladım. Güclü səs avazım var idi. Cana əziyyətdən sonra səsim qısılmağa başladı.
- Əksər meyxanaçıların özləri də etiraf edir ki, meyxananı içkisiz, digər xumarlandırıcı maddələrdən istifadə etmədən demək çətin olur. Ümumiyyətlə, meyxana deyənlərin əksəriyyətinin ilahi vərdişləri olduğu kimi, pis vərdişləri də var. Pis vərdişlərdən ayrılanlar arasında Kərbəlayi, Məşədi, hətta Hacı belə olanlar var. Bu proses həqiqətən də çox maraqlıdır.
- Mənim üçün fərqi yoxdur. Amma başqası özünü o mühitə öyrəşdirir. Çünki beynində formalaşdırıb, “kayfsız” oxuya bilmir. Ya içməli, ya çəkməli, ya da zəhrimarı qoluna vurmalıdır. O da ömrün axırına kimi getmir. Xarici görünüşcə az çəkiyə sahibəm. Hamı ele bilir ki, iynə vuran, narkoman biriyəm. Belə şeylərdən çox uzağam. İçkini isə çox az istifadə edirəm. Səhər tezdən yuxudan qaldırsalar, üzümə su vuran kimi meyxana deməyi bacararam.
Həmin insanlar isə özlərində vərdiş yaradıblar. Ağamirzə, mən və başqa meyxanaçılar var ki, ayıq olurlar. Dinə bağlı olanlar da var. Elşən Xəzər, Aqşin Fateh elə yol seçiblər ki, öz yazıları ilə üst-üstə düşür. Dinə qulluq edən şəxslər çoxdur. Peyda olan cavan uşaqlara isə nəsihət verirəm. Deyirəm ki, vaxtı ilə bu yolu mən keçmişəm. Yaxşı bir şey deyil. Aydın Xırdalanlı əzab çəkir, Elçin Alatavalı da belə yoldadır. Ancaq bu yoldan qayıdanlar da var. Məsələn, Rəşad Dağlı güclü, talantlı biridir. Ələkbər də onun kimidir. İnsan belə davam edən halda dostunu, qardaşını itirir, ailə dağılır. Nə qədər oxuyanlarımız var, eşidirik, hamısı da bu yoldadır.
- Düşünürük ki, meyxana sahəsi lidersiz ola bilməz. Bəs sizin ustadınız kimdir?
- Ən sevdiyim şairlər sırasında üçü olub. Biri Aydın Xırdalanlı, biri Namiq Məna, digəri isə özüm! Gənclər arasında isə Rəşad Dağlı, Biləcəri Vüqar, Balabəy, Gülağa, Orxan Lökbatanlını misal çəkə bilərəm.
- Bu sənətlə məşğul olanların əksəriyyəti bakılıdır. Necə muğamı Qarabağ, Şamaxı zonası gözəl ifa edirsə, meyxananı da bakılılar məlahətli oxuyur. Ancaq regiondan olan meyxanaçılara da rast gəlmək olar. Məsələn, Mətiş Naxçıvanlını deyə bilərəm.
- Sovet dağlandan sonra çaxnaşma yarandı, Qarabağ müharibəsi oldu. Müstəqillik illərindən öncə bu sənətə xor baxırdılar. Deməyi bacaranlar belə utanırdılar, deyişmirdilər. İndi rayonlardan elə uşaqlar var ki, yaxşı söz deyirlər. Pərviz Sabirabadlı, Qorxmaz Kürdəxanlı və başqaları əla meyxana deyir. Qabaq rayonlarda deyən olmayıb, son dövlər yaranıb. Amma Bakı kəndlərində kökündən yaranıb. İndi ata-ana arzu edir ki, oğlum böyüyəndə meyxana desin.
Hər kəsin bir yolu var. Məsələn, Üzeyir Mehdizadəni çox istəyirəm. Öz yolunu tutub, gedir. Səs, musiqi, güclü texnika var. Gənclər üçün bu önəmlidir. Biri bəyənmirsə, beşi bəyənir. Bundan başqa, neçə müğənnilər var ki, meyxanaçılardan mahnı alıb oxuyurlar. Sizə bir sözüm deyim ki, özüm aşağı səslə meyxana deməyi xoşlayıram. Elələri var ki, tələsir, sürətli deyir. Heç başa düşülmür ki, nə deyir. Səsim güclü, enerjim boldur. Amma asta-asta deyirəm. İnsan demək tərzini də vərdiş etməməlidir. Sözümü tez çatdırmaq maraqlı deyil.
- Elə olub ki, deyişmə zamanı qarşı tərəfin sözləri xətrinizə dəyib və bundan incimisiz.
- Yox, heç vaxt başıma gəlməyib. Buna da yol verməmişəm, inciməmişəm. Rəhmətlik Ağasəlim deyişmədən çıxandan sonra mənə deyərdi ki, atanla dostam, nə var burda qaldı. Toyxanadı, oradan çıxandan sonra dostluq, zarafatlar eyni dərəcədə qalır. Çox vaxt meyxanada “nənən, baban belədir” tipli sözlərdən istifadə edirlər. Adam da nənə-babanı məsxərəyə qoyar? Belə şeylər lazım deyil. Elə deyişməlisən ki, onun dədəsini, babasını yuxarı qaldır. Neçəsini eşitmişəm, toydan çıxıb bir-birilərini incidiblər, söyüş söyüblər. Axı onlar bir günlik üzləşmirlər, xeyli toylar var. Gələcək məclislərdə yenə üz üzə gələcəklər.
- Elə meyxanaçı Mətişdən söz düşmüşkən, qadınların meyxana deməsinə necə baxırsız?
- Samirə bacarıqlıdır, indi qız toylarında oxuyur, musiqi savadı güclüdür. Məştağa kəndi digər Bakı kəndlərindən fərqlidir. Oradan çox şairlər çıxıb. Samirənin özü də bir şair nəslindədir. Amma elə meyxana deyən qadınlar var ki, bacarmır, özünü ortaya atıb, daimi gedə bilməz. Neçəsini görmüşəm ki, içir, siqaret çəkir. Belə götürəndə, onları geri qaytarmaq olmayacaq. Bir-birinin həvəsinə belə addım atırlar, pul şirin şeydir. Bir yerdə pul gördüsə, davam edəcək. Amma dediyi meyxana heçnədir.
-Bir meyxanaçı kimi çox fərqlisiz. Bəzən qafiyəyə getmirsiz, xüsusi tərziniz var.
- Qafiyədən uzaqlaşa bilsəm də, geri qaytara bilirəm. Məndə tam olaraq uzaqlaşmaq yoxdur. Özüm görürəm ki, çərçivədən çıxıram, amma tez gətirim yerinə otuzdururam. Mən bunu bacarıram, hər şairin işi deyil. Yəni, özüm üçün tərz yaratmamışam, hər deyişmədə bu dəyişə bilər.
- Sizin dediyiniz qafiyələri sosial şəbəkədə çox paylaşırlar. Ən məşhuru “Zalım fələk Əşrəfi aldı getdi”dir.
- O vaxt Kərimin verilişi ANS radiosunda gedirdi. Rəhmətlik Əşrəf Əşrəfzadə var idi. O, 1974-cü ildə qəzaya düşərək öldü. Bu dəst adlanır, yəni “Əşrəfin komplektləri” kimi bilinir. Rəhmətlik Əşrəf 6 hind musiqisini 40 dəqiqəyə deyib. Mikrofon olmayan bir dövrdə 40 dəqiqə oxumaq çətin idi. Ona görə toyda hamı “Əşrəfin komplektləri”ni istəyir.
- Dolanmaq çətin deyil?
- İndi çox çətindir. Bu sənətdə elələri var ki, çağırılmayan yerə gedirlər. Məsələn, gedirlər şadlıq evinə, müdirə deyirlər ki, toy sahiblərinə məni təqdim et, meyxana deyən gəlib. Bu, sənəti aşağı salmaqdır. Dünən Şamaxıda idim. Orada bəlkə 20 meyxana deyən var. Məni istəyib çağırmışdılar. Bundan başqa bir günə iki-üç toy olur. Amma üçünə də getmək olmur. Bu səbəbdən onlara söz verə bilmirəm. Deyirəm ki, iki toy götürmüşəm, gecikmisən. Birdən çatdıra bilmərəm deyə dəqiq demirəm. Mən söz verirəmsə, gedirəm.
- Toya gedəndə nə qədər qonorar tələb edirsiz?
-Heç vaxt beh almıram. Həmin şəxsləri tanımıram, amma öncədən pul almıram. Tanışlara endirim edirəm. Amma rayon, Bakı toylarına gedirəm. Eləsi olub ki, meyxanaçıları toya çağrıb, kasıb olub, amma pul oxuyublar. Mənə biri yığmışdı, deyirdi ki, atam rəhmətə gedib,arzu etmişik ki, toyda sən olasan, başqa şairlər də olacaq. Heç toya gedəndə kimlərin olacağını soruşmuram. Onlara nə qədər verdiyi də mənə maraqlı deyil. Bir dəfə şəhid oğlunun toyu idi, məclisi əmisi təşkil etmişdi. Qiymət demədim, söylədim ki, nə verərsən, verərsən! Toya getdim, böyük bir dəstə var idi, heç kəs onları gözləmirdi. Bir çox meyxanaçılar qonorara görə o məclisdən imtina etmişdi. Amma mən 600 manat toydan pul götürdüm. Toy sahibinə desəydim mənə 600 ver, onu edə bilməyəcəkdi.
- Meyxana deyən zaman sizə yaxınlaşıb yəqin ki, sifariş verirlər, müəyyən adların çəkilməsini istəyirlər. Bu zaman yəqin ki, fikriniz yayınır. Heç olub ki, qonaqların istədiyi qafiyəni deməmisiz, bu adımınız davaya səbəb olub?
-Düzdü, meyxana deyən zaman yaxınlaşıb sifariş verirlər, adamın fikri yayınır. Amma belə şeylər bir-iki dəfə olub. Bundan başqa, qonaqlarla mübahisəmiz olur. Bunun hamısı vaxtdan asılıdır, indi qafiyəni kağıza yazıb göndərirlər. Hansını deyəcəyini bilmirsən. Məcslidə hər tipdə adam olur.
- Ailədə necə, davamçınız, övladlarınız var?
- Yox, heç vaxt ailə qurmamışam, övladlarım yoxdur.
- Səbəbi nədir?
- Tüfeyli həyata düşmüşdüm, şəxsiyyətimə sığışdırmırdım ki, kiminsə balasını bədbəxt eləmək. Evlənmədiyimə görə də, peşman deyiləm.
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 2024 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 2024 16:25
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
24 dekabr 2024 12:29
- Prezidentin doğum günüdür
24 dekabr 2024 00:08
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 2024 12:59
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 2024 12:13
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 2024 23:54
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 2024 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 16:25
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 16:03
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 15:32
- Nəvəsi Prezidenti bu FOTO ilə təbrik etdi
24 dekabr 14:27
- Putin İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 13:04
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
24 dekabr 12:29
- Putin - Tramp görüşü Bakıda keçirilə bilər - SON DƏQİQƏ!
24 dekabr 11:41
- Prezidentin doğum günüdür
24 dekabr 00:08
- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
23 dekabr 22:05
- Veysəloğlu Şirkətlər Qrupu...30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)
23 dekabr 21:02
- ŞOOK - Minimum aylıq əməkhaqqı artırıldı- Sərəncam
23 dekabr 20:14
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59