- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
- Putin - Tramp görüşü Bakıda keçirilə bilər - SON DƏQİQƏ!
- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
- ŞOOK - Minimum aylıq əməkhaqqı artırıldı- Sərəncam
BİZİM GENERAL
( Şərəfli Azərbaycan polisinə həsr edirəm )
Yaxşı başa düşürəm ki, “Cəlilabad da bizimdir, Maştağa da bizimdir” kimi primitiv düşüncənin insanda gülüş doğurduğu, digər tərəfdən təbəqələşmənin acı reallıq olduğu hazırkı günümüzdə bu yazını, daha doğrusu, BİZİMDİR söhbətini cəmiyyətə həzm etdirmək çox çətindir. Həqiqətən də, kasıb və üstəlik kirayə həyatı yaşayan adama bahalı restoranları, otelləri, göydələnləri göstərib, bunların BİZİM olduğuna onu inandırmaq çox müşküldür. Amma hesab edirəm ki, bu çox vacibdir. Ən azı insanların daxili rahatlığı üçün.
Həm də BİZİM olan AZ sayda NÜMUNƏ-ləri cəmiyyətimizə tanıda və qoruya bilməsək vay bizim halımıza.
Bilirəm, “Bir gül ilə bahar olmaz” deyib mənə irad tutacaqlar. Ancaq bir gül ilə bahar olmasa da bir gülün varlığı artıq az şey deyil. Bir gülün özü mənzərəni dəyişir. Necə ki QARANLIQ OTAQ-la barmaq boyda BİR ŞAMIN YANDIĞI OTAQ fərqli məkanlardır. Birində, yəni qaranlıq otaqda göz gözü görmür, adam özünü kor kimi aparır, o birində, yəni barmaq boyda şamın yandığı otaqda isə heç olmasa sağ, sol, ön, arxa məlumdur.
Həm də NÜMUNƏ-lər, ÖRNƏK-lər olmayanda hamı düşünür ki, elə belə də olmalıdır və cəmiyyət anormallığa alışır və bu normaya çevrilir.
Bu yazını yazmaqda məqsədim odur ki, gəlin, BİZİM olan barmaq boyda şamların, az sayda NÜMUNƏ-lərin qədrini bilək və ən əsası onları qoruyaq. Digər tərəfdən tikintidə-inşaatda sement nə qədər vacibdirsə dövlət quruculuğunda vətəndaşın inamla BİZİMDİR deyə bilməsi daha önəmlidir. Ona görə də BİZİMDİR problemi üzərində bir az gəzişmək istərdim.
...Dözülməz istilərin insanı qovurduğu bir vaxtda tələbəlik dostlarımla Bakının gözəl, rahat, komfort obyektlərinin birində yüngül nahar edirdik. Təsəvvür edirsiniz, bayırda 50 dərəcə isti var, ancaq biz çox sərin, rahat bir məkanda əyləşib bir saatlıq dincəlirik. Birdən dostlardan biri sağa-sola, aşağı-yuxarı baxaraq heyrətlə “Görəsən, bura kimindir, buranın sahibi kimdir, buranı neçə milyona alıb” deyə soruşdu. Mən qeyri-ixtiyari olaraq “Bura bizimdir” dedim və dostlar təəccüblə üzümə baxanda xırda bir izahat verməli oldum: Hazırda, bu dəqiqə biz bayırdakı cəhənnəm istisindən qaçıb burada rahat dincəlirik, nahar edirik. Və gülərüz, mədəni xidmətçilər də bizə yüksək səviyyədə qulluq edir. Deməli, bura hazırda bizimdir. Bizdən qabaq kimlərin olub, bizdən bir saat sonra kimlərin olacaq bunu bilmirəm, ancaq hazırda bura bizimdir.
Mənim bu yarıciddi cavabım dostları deyəsən razı saldı. Və sonra Osmanı türklərinin “Mal yiyəsi, mülk yiyəsi, Hanı onun ilk yiyəsi” atalar misalını da çəkməli oldum.
Əlbəttə, bizim 1 saatlıq dincəldiyimiz obyekt yəqin ki, hansısa milyonçuya məxsusdur, oranı hansı yolla, qanuni, yoxsa qanunsuz özəlləşdirib bu başqa bir söhbətdir. Ancaq orada bizə normal şəkildə, insan kimi qulluq edildiyinə görə mən hesab edirəm ki, ora həm də bizimdir. Çünki ora təkcə əsl sahibi üçün deyil, həm də bizim üçün əl çatandır. Vay o gündən ki əl çatmaya, ün yetməyə. Bax, əsl faciə onda başlayır.
Bir mahnıda necə gözəl deyir: "Bura vətəndir, Əlim çatandır, Ünüm yetəndir, Bura vətəndir”. Bəli, insan əli çatmayan, ünü yetməyən bir şeyi sevə bilməz, ÖZÜNÜNKÜ hesab edə, BİZİMDİR deyə bilməz. Nəinki sevə bilməz, əksinə vurub dağıtmağa, nifrət etməyə hazır olar. Vətəndaş aylarla qəbuluna düşə bilmədiyi, əli çatmayan, ünü yetməyən məmura ancaq nifrət bəsləyə bilər.
Yeri gəlmişkən, bu gün təkcə müsəlman ərəb ölkələrini deyil, xristian Avropanı bürüyən narazılıqların kökündə də məhz bu dayanır: ədalətsizlik, əl çatmamaq, ün yetməmək və bundan doğan qəzəb.
Bu problem bəlkə də oturuşmuş, qoca dövlətlər üçün o qədər də təhlükəli və qorxulu deyil, ancaq dövlət quruculuğu mərhələsində olan Azərbaycan kimi ölkələrdə bu çox həssas məsələdir.
Ona görə də çalışmalıyıq ki, insanlar hətta onların olmayana, başqasının olana da BİZİMDİR deyə bilsin.
Biz çalışmalıyıq ki, insanlar necə qürurla və sevgi ilə “Bizim əsgər ən böyük əsgər” dediyi kimi eyni qürurla Bizim məmur..,Bizim müəllim.., Bizim general.., Bizim nazir... Bizim prezident və sonda Bizim dövlət deyə bilsin. Bu, məncə, MİLLƏT olmağın, DÖVLƏT qurmağın yeganə yoludur və insana, vətəndaşa münasibətdən keçir. Və daha çox dövlət məmurlarının, dövlət qulluqçularının və imkan sahiblərinin üzərinə düşür. Dövlət məmuru vətəndaşı dövlətdən narazı da sala bilər, razı da.
Məmur yerində olanda vətəndaş öz dövlətindən qürur duyur, özünü nökər kimi deyil, insan kimi, əsl vətəndaş kimi hiss edir və Azərbaycan BİZİMDİR deyə bilir. Məmur yerində olmayanda isə cəmiyyətin faciəsi başlayır.
Hər şeyi zəmanənin, keçid dövrünün üzərinə atmaq da düzgün deyil. Məmurun özünün xarakteri də onun fəaliyyətində ciddi rol oynayır.
Düzdür, məmurun sehrli çubuğu-zadı yoxdur ki, bir dəqiqədə hamının problemini həll etsin. Həm də ən böyük problem vətəndaşın problemini həll edib-etməmək deyil. Ən böyük problem insana insan kimi yanaşmaq, onu dinləmək, probleminə şərik olmaqdır. Məmurun borcu vətəndaşları qəbul etmək, qarşısındakını əşya kimi deyil, insan kimi qəbul etməkdir. Bu artıq bizim insanların probleminin həllinin yarısı deməkdir. Çünki bizim ölkədə ən böyük defisit insani münasibətdir. Bizim insanlar məmurlarımızdan çox şey ummurlar, sadəcə insani münasibət görmək istəyirlər. Və hərdən dövlət məmurundan insani münasibət görəndə sanki möcüzə ilə qarşılaşırsan. Belə olanda insanın özünə və dövlətinə hörməti artır. İnsan özünü rəiyyət kimi deyil, əsl vətəndaş kimi hiss edir və bundan qürur duyur, ləzzət alır, ürəkdən BİZİM dövlət, BİZİM Azərbaycan deyə bilir.
Mən şəxsən özüm bir neçə dəfə belə möcüzə ilə qarşılaşmışam.
2011-ci ilin əvvəlində işimlə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olarkən, haqqında qorxunc əfsanələr eşitdiyim “Bandotdel”i tamamilə başqa cür gördüm və çaşıb qaldım.
İdarənin lap qapısında dayanan cavan polislər insanlarla çox mədəni və nəzakətli davranırlar və sənədləri yoxlayırlar, süründürməçilik-filan yoxdur, hər şey operativ həll olunur. Sonra eyni qayda ilə birinci mərtəbədə adamı çox mədəni qarşılayıb lazım olan vəzifəli şəxsin otağınadək ötürürlər. Sonra İstintaq İdarəsinin rəisi polkovnik Tahir Zeynalovla görüşürük. Polis zabitindən çox ziyalıya oxşayan Tahir müəllimlə limonlu çay içə-içə dünya və klassik Azərbaycan ədəbiyyatından xeyli maraqlı söhbət edirik. Və sonra BMCMİ-nin rəisi cənab general Mirqafar Seyidovla görüşürük. Çox səmimi təsir bağışlayır, mehribancasına görüşür, uzun müddət tanıyırmış kimi hal-əhval tutur, problemlərlə maraqlanır. Bəzi məmurlardan fərqli olaraq öz kreslosunda saymazyana sərilib oturmur, qarşısındakına kimliyindən asılı olmayaraq çox hörmətlə yanaşır, arada çay təklif edir. Görünür öz işinin peşəkarı olduğu üçün ölkə başçısı tərəfindən Müstəqil Azərbaycanın ən cavan generalı olmağa layiq görülüb. Bu məqamda fikirləşirəm ki, kaş Azərbaycanın hər bir dövlət qurumunda belə ola, həm Azərbaycan dövlətinin varlığı hiss olunsun, həm də insana hörmət və qayğı olsun. Mən başa düşürəm ki, adından da göründüyü kimi bu qurum insanların başını sığallamaq, telini tumarlamaq üçün yaradılmayıb. Ancaq bu qurum haqda deyilən toka vermə, dırnaq çıxartma, göydən asma kimi əcaib işlərdən əsər-əlamət yoxdur, əksinə çox sivil və mədəni mühit təsiri bağışlayır. Sağollaşıb ayrılanda düşünürəm ki, bəli, bu general BİZİMDİR...
Belə möcüzələrlə qarşılaşanda düşünürəm ki, inşallah bu möcüzələrin sayı daha çox olacaq və...
“Əvvəl-axır dünya bizim olacaq” deyən Zəlimxan Yaqub qədər nikbin olmasam da mən inanıram ki, gec-tez qürurla Azərbaycan BİZİMDİR deyə biləcəyik...
2011-ci il
Kamran Məhərrəmli
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 2024 16:03
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 2024 19:38
- Türkiyənin qərarı qətidir: Suriyada PKK məhv ediləcək
15 dekabr 2024 23:28
- Şeyxülislam Vatikanın katibi ilə görüşüb
15 dekabr 2024 19:53
- Sabiq müdafiə naziri: - Hərbi çağırış həddini nəinki 30 yaşa, 27 YAŞA ENDİRMƏK lazımdır
15 dekabr 2024 01:23
- General işdən azad olundu
14 dekabr 2024 12:32
- Bakıda mühafizəçi - OXRANNİK- diş həkimi adı ilə xəstənin 11 dişini çəkdi
12 dekabr 2024 16:38
- Qırğızıstan himnini dəyişir
12 dekabr 2024 14:17
- Paşinyan: SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır
12 dekabr 2024 11:28
- Heydər Əliyevin vəfatından 21 il ötür
12 dekabr 2024 10:00
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 16:25
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 16:03
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 15:32
- Nəvəsi Prezidenti bu FOTO ilə təbrik etdi
24 dekabr 14:27
- Putin İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 13:04
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
24 dekabr 12:29
- Putin - Tramp görüşü Bakıda keçirilə bilər - SON DƏQİQƏ!
24 dekabr 11:41
- Prezidentin doğum günüdür
24 dekabr 00:08
- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
23 dekabr 22:05
- Veysəloğlu Şirkətlər Qrupu...30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)
23 dekabr 21:02
- ŞOOK - Minimum aylıq əməkhaqqı artırıldı- Sərəncam
23 dekabr 20:14
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48