Reyhanın anası qızını öldürən sürücünü bağışladı: "Uşağı atasız qalmasın deyə..."
“İşdən gələndə həmişə görürdüm, orda it gəzdirirlər. Reyhana dedim, sevindi. Dedi, mama, nə yaxşı dedin, mən də ora gedəcəm. Getdi. Yəqin, orda yaxşıca gəzdilər, oynadılar da. İkisi də razı qayıdırdı ki, bu hadisə baş verib. Ən çox buna pis oluram. Elə bil ki, mən onu yönləndirdim. Heç vaxt, heç vaxt...”
İyunun 28-də yol qəzasında vəfat etmiş dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın anası Leyla Məmmədova qızıyla bağlı son xatirəsini danışır.
Axşam.az xəbər verir ki, Lent.az-ın əməkdaşı mərhum Reyhan Məmmədovanın ailəsi ilə görüşüb, dərdli valideynlərlə söhbətləşib.
Leyla Məmmədovanın səsi güclə eşidilir. 3 gün əvvəl 22 yaşlı qızını itirib, amma təmkinlidir. Sanki and verib ki, ağlamayacaq. Danışır, danışır, kövrəlir, dayanır, içindəki kədəri boğur, təmkinlə söhbətinə davam edir.
Reyhan anasının məsləhəti ilə itini həmin yerdə gəzdirməyə getmişdi. Geri dönəndə isə o dəhşətli hadisə baş verib.
- Axşam işdən gəlirdim. Avtobusla keçəndə gördüm, Reyhan itini gəzdirməyə aparır. Yanında sinif yoldaşı vardı. Fikirləşdim, yəqin, buralarda gəzəcəklər. Sən demə, mənim dediyim o yerə gedirmiş.
Anası sırf kimin günahkar olduğunu bilmək üçün qəzanın video görüntüsünə baxıb. Nə qədər çətin olsa da...
- Bir tərəfdən qızımı qınayıram. Bəlkə qaça-qaça keçsəydi, belə olmazdı. Bir az qaçsaydı... Elə gedir, elə bil, bulvardadı. Çox uşaqlar belə düşünürlər ki, piyada zolağı varsa, yol mənimdir. Piyada zolağında elə gedir... Qaçmaq lazımdır, qaçmaq. Bizdə insan kimi sürmürlər maşını. Biri yaxşı sürəcək, o birisi yox. Videoda gördüm, maşınlar gedir e, gedir.
Bir qədər pauzadan sonra davam edir.
- Onlar tərəfdən də gəlmişdilər. Xalası idi, deyəsən. Ona dedim ki, mən başa düşürəm, o da mənim balamı vurmaq istəməzdi. Maşını sürəni, deyirəm. Heç kim istəməz. Sadəcə, sən onu görəndə soruş, 20 yaşında oğlan deyilsən ki, özünü kiməsə göstərəsən. 55 yaşında kişi niyə elə bərk sürürmüş?! Mən ərizə yazmasam da, həbs edəcəklər. Ömür boyu sənin içində olacaq, vicdanın sızıldayacaq. Sən mənim balamı öldürmüsən. Bu vicdanla yaşamalısan. Necə yaşayacaqsan? Bəziləri mənə deyir, get şikayət elə, ərizə yaz. Deyirəm, mən heç nə etməyəcəm. Heç qarğış da etməyəcəm. Dövlət özü nə istəyir eləsin. İş vermək istəyir, versin, cəzasını çəksin. Mən o məhkəmə sənin, bu məhkəmə sənin gəzə bilmərəm. Nəyə görə gedim? Uşağım sağ deyil, yoxdu mənim uşağım. Onu Allah cəzalandıracaq. Allah onu cəzalandırıb ki, ölməyib, sağ qalıb. O, bu vicdanla yaşamalıdır. Bu, insan üçün ən ağır cəzadır. Üstəlik, sənin də balan var. Bəlkə də o uşaq atasız qalmasın deyə Allah onu saxlayıb, ölməyib. Nə bilim?! Yoldaşına dedim, istəyirsiniz, pul verin içəridən çıxarın. Yoldaşı mənə dedi ki, qəza haqda eşidəndə, dedim, kaş o qızın əvəzinə sən ölərdin. Bilmirəm, yalan deyir, ya düz deyir, bu da onun vicdanına qalıb.
“İndi sizə Reyhanın şəkillərini göstərəcəm” - deyib telefonunu əlinə alır. Yaddaşdakı şəkilləri bir-bir çevirir. Bütün şəkillərdə Reyhan gülür. Şəkillər arasında qəzadan kadrlar da var. Onlara çatanda ötürmək üçün tez-tez çevirir. Reyhanın itlə şəklinə çatanda əlini saxlayır. Müsahibə boyunca, ilk dəfə dodağında təbəssüm yaranır.
- Reyhan bu iti çox sevirdi. Onu elə qucaqlayırdı ki...
Dərində köks ötürür.
- Bilirsiniz, son günlər Reyhan nə istəyirdi, olurdu. Arzuları bir-bir çin olurdu. Bir gün gəldi ki, it istəyirəm. Əvvəl etiraz etdim, sonra razılaşdım. Aldıq. Qara labrador idi. Evin hər yerini batırırdı. Mən təmizləyirdim, o batırırdı. Axırı, əsəbləşdim, dedim, qızım, gəl bunu başqa adama verək. Dedi, ölərəm, vermərəm!
Elə dediyi kimi də olur. Ölür və itini heç kimə vermir.
- İt sağ qalsaydı, sevinərdim. Qızımdan xatirə olardı. Polis bizə zəng edəndə axşam saat doqquz olardı. Yoldaşımla evdə idik. Ev telefonumuza zəng gəldi. Mən götürdüm. Qızımın öldüyünü mənə demədilər, yoldaşımı istədilər. Ona dedilər.
Bura qədər güclə dözmüşdü. Burda əsəbləri dözmür. Dodaqları titrəyir, gözü yaşarır.
Reyhan idmanla yanaşı, həm də peşəkar rəssam olub. Uşaqlıqdan rəsmi sevib. Bu qabiliyyət ona anasından keçib. Leyla xanım danışır ki, qızının rəssam olmağını istəmirmiş, hətta Reyhan çox istəsə də, ona müəllim tutmaqdan imtina edib. Sonradan qızının rəsmə olan böyük sevgisi anasının inadını da sındırır və onu məktəbə yazdırır. Məktəbi bitirən kimi qabiliyyət və test imtahanları verib Əzim Əzimzadə adına rəssamlıq məktəbinə qəbul olur.
Bu vaxt içəri Reyhanın atası girir. Qızının medallarını soruşur. Yoldaşı sürmələri axtarır, tapa bilmir.
Atası İlqar Məmmədov özü də idmançı olub. Elə Reyhanı da bu idman növünə o maraqlandırıb. Deyir, bir dəfə qızlarının hər ikisini də Qubaya aparıb, buzadırmanma üzrə yarışa. Qızının idmana gəlişini xatırlayır.
- Dedim, baxın, xoşunuza gəlsə, davam edərsiniz. Böyük qızım da bir az çalışdı, tez ailə qurdu, idmandan uzaqlaşdı. Amma Reyhan davam elədi.
İdmana başlayanda Reyhanın 15-16 yaşı varmış. Qısa müddət ərzində uğurlar qazanmağa da başlayır. Atası deyir, Reyhanın diplom və medalları onunkundan çoxdur. Sadəcə indi bilmir, hara qoyublar.
Reyhanın yasında iştirak edən məşq yoldaşı Könül kənardan onun indiyə kimi yarışlarında iştirak etdiyi ölkələri sadalamağa başlayır: Fransa, Rumıniya, Türkiyə və s.
Atası ayaq üstə zorla dayanıb. Sanki gücü tükənib, bu dəqiqə yıxılacaq. Divana əyləşir. Qızının rəsmlərinə baxır. Gözləri yaşarır: “Mən təkcə qızımı itirməmişəm, o həm də mənim dostum idi”.
Söhbət etdiyimiz məkan Reyhanın emalatxanası olub. Ətraf onun əl işləridir. Ötən il rəssamlıq məktəbindən məzun olub. Təhsilini İsveçdə davam etdirmək istəyirmiş. Bunun üçün də İsveç dili öyrənirmiş. Bakıda müəllim də tutublarmış. Ancaq amansız tale Reyhanın bütün gözəl arzularını bir zərbəyə sonlandırdı...
NUH.az
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 2025 21:53
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 2025 13:42
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 2025 13:02
- Özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - FOTO/VİDEO
11 yanvar 2025 16:30
- Ermənistanın qərarı siyasi təbliğat və şantaj cəhdidir
11 yanvar 2025 15:46
- Ermənistan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət edəcək
11 yanvar 2025 13:11
- Samir Şərifovdan ilk açıqlama
10 yanvar 2025 17:52
- Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər
10 yanvar 2025 13:41
- İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı
9 yanvar 2025 15:53
- Bizi meşədə ağaca bağlayıb zorlayırdılar - Bakıdan Moskva gedən qadınların işinin TƏFƏRRÜATI
9 yanvar 2025 15:04
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25