Azərbaycanlı ekspert AŞPA-nın yay sessiyasında qayda pozuntuları aşkarlayıb

“Bunun qurumun hazırkı sədri Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılması üçün təşkil olunmasını söyləməyə əsas var”
Beş gündür Strasburqda başlanan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası iyunun 30-da başa çatacaq. İyunun 26-da başlanan sessiyanın gündəliyinə Avropa üçün aktual olan mövzular-Avropa ölkələrində keçirilən son seçkilər, Avropada miqrantlarla və qaçqınlarla bağlı böhran və bu sahədə Avropa ölkələrinin üzləşdiyi əsas çətinliklər, Belarusda vəziyyət və digər bir neçə məsələ daxil edilmişdi. Həmçinin sessiya vətəndaş cəmiyyəti nümayəndələrinin təşkil etdiyi müxtəlif dinləmələrlə də müşayiət olunur.
AŞ PA-nın yay sessiyasının ikinci günündə plenar iclasda qurumun prezidentinin, vitse-prezidentlərinin və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi məqsədilə daxili prosedurunda dəyişiklik edilməsini nəzərdə tutan “Parlament Assambleyasında məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi” adlı hesabat da müzakirəyə çıxarılıb, 154 səs lehinə, 30 səs əleyhinə, 13 səs bitərəf olmaqla, qəbul edilib.
Qərarın qəbulundan həmən sonra bir neçə ölkənin nümayəndələrindən ibarət təşəbbüsçü qrup AŞ PA prezidentinə impiçmentin tətbiqi üçün imza toplama prosesinə start verib. Lakin bu proses az sonra dayandırılaraq, AŞ PA-nın payız sessiyasının iclaslarında davam etdirilməsi qərara alınıb.
Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva “Yeni Müsavat”a açıqlamasında AŞ PA-nın sessiyasında keçirilən səsvermə və bəzi müzakirələrdə qaydaların pozulduğunu bildirib. Onun sözlərinə görə, Parlament Assambleyasında üzvlərinin məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi haqqında ilk mövqe bildirişi deyildi. Daha öncələr də AŞ PA rəsmilərinin Azərbaycanın işğal altında olan torpaqlarına-Dağlıq Qarabağ ərazisinə, Rusiya tərəfindən ilhaq olunmuş Ukrayna ərazisi olan Krıma qeyri-qanuni səfərləri zamanı AŞ PA rəsmilərinin məsuliyyət prinsipinin tanınması üçün çağırışları olmuşdu.
Ekspert qeyd etdi ki, Avropa Şurası Parlament Assambleyası qurumun 47 üz dövlətlərinin siyasi qrup nümayəndələrindən formalaşan bir təşkilatdır. Məntiqi olaraq da müxtəlif siyasi qrupların öz müxtəlif maraqlarını təşkilatın hesabına müdafiə etmək cəhdləri gözlənilən və qaçılmazdır: “Zənnimcə, ən mühüm məsələ isə sessiyada təşkil olunmuş ”Üzvlərin məsuliyyət prinsiplərinin tanınması və həyata keçirilməsi" mövzusundakı müzakirə və bunun nəticəsi olaraq qəbul olunmuş təşkilatın reqlament qaydalarının dəyişdirilməsi prosesinin özü AŞ PA-nın daxili prosedur qaydalarının pozulması ilə müşayiət olundu. Belə ki, AŞ PA daxili prosedur qaydalarına görə reqlament qaydaların dəyişdirilməsi ilə müşayiət olunacaq müzakirələrin təşkili, digər hesabat tipli mövzuların müzakirəsinin təşkili qaydalarından fərqlənir. Yəni prosedur qaydalarının dəyişdirilməsi digər mövzuların müzakirəsi və qərar qəbulu üçün lazım olan, sadəcə, hesabat sonrası səsvermə və yetərsay əsasında aparılmamalıdır. Bu şərtlər öncə alt komitələrdə üzv ölkələrlə müzakirə olunmalı, razılaşdırılmalı və ondan sonra isə acıq səsverməyə çıxarılmalı və bu yolla dəyişdirilməlidir. Bu hesabatın müzakirəsi və qəbulu qurumun daxili prosedur qaydalarının pozulması ilə müşayiət olundu və bunun qurumun hazırkı sədri Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılması üçün təşkil olunmasını söyləməyə əsas verdi. Məsələ ondadır ki, dəyişikliklər vasitəsilə Pedro Agramuntun cəzalandırılması, sadəcə, hüquqi mənada mümkün deyil, çünki qəbul olunmuş yeni reqlament dəyişikliklərinin təfsilatı və onun AŞ PA-nın cari prezidenti və vitse-prezidentlərinə tətbiqi hüquqi anlamda mümkün deyil. Belə ki, yenə də AŞ PA-nın daxili prosedur və qaydalarına görə qəbul olunmuş yeni reqlament qaydaları hələ oktyabr ayında AŞPA-nın carı rəhbərliyi tərəfindən təsdiq olunacaq. Bu qaydalar artıq növbəti addımlar üçün tətbiq olunacaq və qəbul olunmuş dəyişikliklərin geriyə tətbiq gücü olmayacaq".
Y.Hacıyeva qeyd etdi ki, artıq neçənci dəfədir AŞ PA-da qərarların prosedur qaydaların pozulması hesabına müxtəlif siyasi dairələrin maraqlarının həyata keçirilməsinin şahidi oluruq. Bu isə onsuz da qərarlarının çox zaman açıq suallar yaratdığı AŞ PA-nın özünün gələcəyi üçün bir çox suallar yaradır.
Etibar SEYİDAĞA
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR
11 aprel 2025 11:39
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 2025 22:09
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 2025 00:06
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
7 aprel 2025 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
7 aprel 2025 20:14
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02