Ayaz Mütəllibovdan TARİXİ ETİRAF (MÜSAHİBƏ
"Azərbaycan dövlətinin yaradılması xalqın hesabına mümkün olub".
NUH.az Azərbaycan Respublikasının sabiq prezidenti Ayaz Mütəllibovun “Ölkə.Az” xəbər portalına müsahibəsini təqdim edir:
– Ayaz bəy, bayramı harada qeyd edirsiniz?
– Bayramı öz Vətənimdə qeyd edirəm. Çoxları bayramda xaricə gedir. Ancaq bizim xariclə işimiz yoxdur. Xaricdə uzun müddət olmuşuq. Kifayət qədər xaricdə yaşamışıq. Mən Azərbaycana qayıdandan sonra cəmi 2 dəfə xaricdə olmuşam. O da həkimlərin məsləhəti ilə müalicə olunmaq üçün həyat yoldaşımla bərabər Moskvada olmuşuq. Çünki 7 il öncə həyat yoldaşım Moskvada xəstəxanada müalicə olunub. Ona görə də bəzən ildə 2 dəfə yenə həmin xəstəxanaya gedib müayinə olunur. Başqa heç bir ölkəyə getməmişik.
– Gələn il Azərbaycanda növbəti prezident seçkiləri keçirilməsi nəzərdə tutulub. Bir çox siyasətçilər iddia edir ki, 2018-ci il seçkiləri Rusiyanın güclü təzyiqi fonunda keçəcək. Hətta, yəhudi əsilli deputat Yevda Abramov Rusiyanın Azərbaycanda prezidentliyə gizli namizəd hazırlamasını da iddia edib. Bu cür iddialarla razısınızmı?
– Gələn il prezident seçkiləri ərəfəsində Rusiyanın Azərbaycana qarşı təzyiqlərini gücləndirəcəyi barədə konkret nə isə deyə bilmərəm. Çünki xeyli vaxtdır ki, siyasətdən uzaqlaşmışam. Mətbuatdan izlədiyim, eşitdiyim məlumatlar isə imkan vermir ki, bu suala dərindən cavab verim.
Azərbaycanda Prezident seçkilərinə Rusiyanın müdaxilə edəcəyi məsələsinə gələndə isə deyə bilərəm ki, bu cür fikirlər vaxtaşırı səslənir. Ancaq mən belə fikirlərin doğru olmasına inanmıram. Bu gün Azərbaycanda siyasi sabitlik hökm sürür, ölkənin müdrik rəhbəri var. Xalqımız da müdrikdir, nəyin doğru, nəyin səhv olduğunu dərk edir. Ona görə də Azərbaycanda xarici dövlətlərin müdaxiləsi uğur qazana bilməz. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır.
– Bu yaxınlarda Milli Məclisin komitə sədri Arif Rəhimzadə Azərbaycanın dövlət kimi yaradılmasında rus dilinin böyük rolu olduğunu söyləyib. Bu cür fikirlərə münasibətiniz necədir?
– Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Arif Rəhimzadənin səsləndirdiyi fikirlər onun şəxsi düşüncələridir. Burada söhbət yalnız SSRİ-dən, keçmiş Sovet İttifaqı tarixindən gedə bilər. Azərbaycanın dövlət kimi yaradılmasında Rusiyanın rolu ola bilməz. Çünki Rusiyanın özü belə müstəqil dövlət kimi 1990-cı ildə formalaşıb. Rusiya da Azərbaycan kimi SSRİ-nin üzvü olan dövlətlərdən biri olub. Azərbaycan dövlətinin yaradılması xalqın hesabına mümkün olub.
Ancaq onu açıq etiraf etmək lazımdır ki, Azərbaycan üçün rus dilinin əhəmiyyəti böyükdür. Hələ ötən əsrin əvvəlindən bəri Azərbaycanla bağlı gedən inqilabi prosesləri yada salsaq, deyə bilərik ki, bütövlükdə Azərbaycan tarixən öz müstəqilliyini qazanmağa can atıb. O dövrdə rus dili olmasaydı, bizim xaricə çıxmaq imkanımız məhdud olardı. Bu, indinin özündə də belədir. Çünki bir çox elmlərə rus dili vasitəsilə yiyələnmək mümkün olub. Rusiya bizim nəhəng qonşumuzdur. Bu gün bir çox böyük dövlətlər, ABŞ və Avropa ölkələri Rusiya ilə hesablaşmağa məcburdur. Rusiya həm də böyük ticarət məkanıdır. Ona görə də rus dilini bilmək vacibdir. İngilis, fransız və digər xarici dilləri də bilmək lazımdır. Ancaq rus dilini öyrənməmək üçün hər hansı bəhanə ortaya çıxarmaq doğru deyil.
İndi bəzi adamlar rus dilini öyrənmək deyənə, ana dilinə qarşı çıxmaq kimi başa düşürlər. Bu əsla belə deyil. Məgər keçmiş Sovet İttifaqı dövründə ana dilində danışmağa qadağa var idi? Azərbaycanda hələ Sovet İttifaqı dövründə də Azərbaycan dili işlənirdi. Sadəcə olaraq SSRİ dövründə bir çox valideynlər öz övladlarını rus dilli məktəblərə göndərirdi. Bunun nəticəsində də rus dilli təbəqə formalaşdı. Ancaq həmin dövrdə Azərbaycan dilində də məktəblər var idi. Özü də rus dilli məktəblərdən də yaxşı təhsil verirdi. Sadəcə olaraq valideynlər özləri övladlarını hansı məktəbə göndərməkdə sərbəst idilər. Bu gün də Azərbaycanın öz gözəl dili var. Biz dünyaya daha çox Azərbaycan dili ilə çıxmalıyıq. Ancaq kimsə hansısa xarici ölkənin tarixini dərindən bilmək istəyirsə, həmin dili öyrənə bilər.
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 2025 20:52
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 2025 14:31
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 2025 13:27
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 2025 10:25
- ŞOK! Whatsapp mesajlarımız İZLƏNİR - RƏSMİ ETİRAF gəldi
12 yanvar 2025 11:43
- Zəlimxan Yaqubun oğlu: Atama aid deyilən o şeylərin hamısı böhtan idi - Müsahibə
11 yanvar 2025 18:36
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
9 yanvar 2025 22:15
- Putin bizi də, Əsədi də aldatdı...
9 yanvar 2025 21:25
- Naxçıvanda gömrükdə 273 MİLYON manat mənimsənilib
9 yanvar 2025 17:08
- Novruz çərşənbələrinin tarixi açıqlandı
8 yanvar 2025 16:33
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25