İndiyədək itirdiyimiz illik bir milyard manatı geri qazanacağıq

Azərbaycan prezidenti İlham Əliyev iyunun 20-də Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi" publik hüquqi şəxs yaradılıb. Bu qərar reklam sahəsini dəyişdirəcək Publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, açıq məkanda reklam yerləşdirilməsi "Reklam haqqında" qanunla müəyyən edilmiş qaydada davam etdiriləcək. Azərbaycan Reklamçılar İttifaqının (ARİ) prezidenti Hacıəmi Atakişiyev Sputnik Azərbaycan-a açıqlamasında bunun çox vaxtında düşünülmüş bir addım olduğunu deyib: "2015-ci ildə "Reklam haqqında" yeni qanun qəbul edilib və burada çox dəyişikliklər olub. Amma bunlar 1995-ci ilin vəziyyəti ilə işləyir və hesabata görə, reklamlardan dövlətə də 1 milyon 250 min manat gəlir verirlər". "Parlamentdə "Reklam haqqında" qanunun müzakirəsi zamanı bildirilmişdi ki, Azərbaycanda ümumiyyətlə, televiziya, qəzet və küçə reklamlarından 500 milyon manat gəlir gəlməlidir. Bu gəlir gəlsə, həm büdcəyə kömək olar, həm də normal reklam çəkmək olar" - Atakişiyev bildirib. Onun sözlərinə görə, reklamların qiymətləri bəlli deyil: "Yəqin yeni yaranan Dövlət Reklam Agentliyi Tarif Şurası ilə qiymətlərə baxacaq. Çünki kim bazarda necə istəyirsə, o qiyməti də qoyur. Ona görə də bazarda qiymətlər bilinmir. Dövlət Reklam Agentliyinin fəaliyyəti gəlir gətirəcək". ARİ prezidenti, öz hesablamalarına əsasən, normal bazar qurulsa, reklamdan, təxminən hər il bir milyard manatdan çox gəlir götürməyin mümkün olacağı qənaətindədir: "Məsələn, Baltikyanı ölkələrdə reklam işi daha yüksək səviyyədə qurulub və çoxlu saydadır. Bu ölkələrdə reklamdan gələn gəlir dövlət büdcəsinə daxil olur. Baltikyanı ölkələr bizimlə müqayisədə büdcəyə reklamdan daha çox gəlir verir". "Bizdə reklamda monopoliya, korrupsiya var və bunlar reklamın qabağını alır. Müəyyən monopolistlər oturub, 5-6 firma işləyir və gəliri də özünə götürür. Ona görə də, Dövlət Reklam Agentliyinin yaradılması müsbətdir. Bu qurum vahid mərkəz olacaq, bütün ölkə üzrə reklamı idarə edəcək, sənədləri və s. formalaşdıracaq" - o, əlavə edib. İqtisadçı-ekspert Vüqar Bayramov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, reklam sahəsində institusional baxımdan idarəetmənin təkmilləşdirilməsinə ehtiyac var idi: "Çünki reklam bazarı praktiki olaraq genişlənir. Xüsusilə açıq məkanda reklam yerləşdirilməsi qaydalarının təkmilləşdirilməsi olduqca vacib idi". Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə açıq məkanda reklamların verilməsi ilə bağlı qaydalar sərtdir: "Çünki bəzi ölkələrdə açıq məkanda heç də bütün reklamların yerləşdirilməsinə icazə verilmir. Məsələn, Ramazan ayında bəzi elektron mediada spirtli içkilərin reklamı aparılır. Bunun da tənzimlənməsi olduqca vacibdir. Baxmayaraq ki, qanunvericilikdə bu tip qaydalar yoxdur. Amma bu tip qaydaların da gətirilməsinə ehtiyac var. Xüsusən də müqəddəs aylarda bu məhsulların reklamının qadağan edilməsi və ya məhdudlaşdırılması daha məqsədəuyğundur". İqtisadçının fikrincə, agentliyin formalaşması nəzarətin gücləndirilməsinə gətirib çıxardacaq: "Həm yeni qaydaların müəyyənləşdirilməsi, həm qanunvericilik bazasının möhkəmlənməsi, həm də reklamların yerləşdirilməsi, hazırlanması, yayımlanması ilə bağlı daha təkmil qaydaların tətbiq edilməsinə ehtiyac var. Bu qaydalar reklam bazarında mövcud qarışıqlığın aradan qaldırılmasına gətirib çıxarda bilər".
NUH.az
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
14 mart 2025 11:28
- Hacı Zeynalabdin Tağıyevlə Nərimanovun məşhur mübahisəsi: Cibində bir qəpik pulu yoxdur…
11 mart 2025 18:21
- Japarov Belarusa qaçan sabiq prezidenti GERİ QAYTARMAQ İSTƏYİR
11 mart 2025 17:47
- Tramp 50 günə ABŞ-ı və dünyanı batırdı - Professor Saleh Məmmədovun sərt yazısı
11 mart 2025 17:18
- Zelenski Ər-Riyadda: Vəliəhdlə görüş və…
11 mart 2025 17:12
- 4 MİLYАRD manat ölkədən NECƏ OĞURLANIB - Elə faktlar var ki...
11 mart 2025 16:27
- Stalinin məktubları -Günəşin doğuşu- nu dayandırıb
11 mart 2025 15:21
- SOCAR-ın sabiq vitse-prezidentinin oğlunun işi yenidən məhkəmədə - atalıq testindən keçməlidir
10 mart 2025 23:26
- Artur Rasizadə adının tarixçəsini danışdı - ÖZƏL
10 mart 2025 11:29
- Dünyanın ən zəngin 5 MİLYАRDER QАDINI - Müsəlmаn yoxdur
8 mart 2025 22:31
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50