Bu axşam fitrə çıxarmağı unutmayın
Fitrə zakatı kimlərə verməlidir?
Sabah müsəlman dünyası Ramazan bayramını qeyd edəcək. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yaydığı məlumatda bildirilir ki, bayram namazı iyunun 26-da səhər saat 08:00-da QMİ sədrinin birinci müavini, müfti hacı Salman Musayevin iştirakı ilə Əjdərbəy məscidində, 09:00-da isə QMİ sədri, şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə Təzə Pir məscidində qılınacaq.
Bu gün Ramazan ayının sonuncu gündür. Sabah isə şəvval ayının 1-ci günü Fitr bayramıdır. Fitr bayramında oruc tutmaq haramdır. Bayram axşamı ailə başçısı ailə üzvləri adından imkansız müsəlmanlara yardım məqsədilə fitrə zəkatı çıxarır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yaydığı məlumata görə, Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür.
Bəs, fitrə zəkatı kimlərə vacibdir və kimlərə verilməlidir? Kredit borcu olanlar fitrə zəkatı çıxmalıdırmı?
Modern.az-ın bu qəbildən olan suallarını QMİ-nin rəsmi nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli cavablandırır.
Fitrə zəkatı kimlərə verilməlidir?
Hacı Şahin bildirir ki, fitrə Ramazan ayını ən vacib əməlidir:
“Bayram namazı da bəyəniləndir, amma vacib əməl deyil. Fitrə zəkatı isə bayram gününün vacib əməlidir. Əgər bir insan bayram günü fitrə verməzsə, günah etmiş sayılır və orucu da qəbul olunmur. Fitrə zəkatı bayram axşamı, yəni iyunun 25-dən 26-na keçən gecə ayrılır. Zəkat gecə də verilə bilər. Ümumilikdə səhər bayram namazına qədər ehtiyaclı insanlara verilməlidir. Fitrə zəkatı ilk növbədə yaxın çevrədə olan ehtiyaclı insanlara verilməlidir. Fitrəni elə vermək lazımdır ki, həmin ailə bundan utanmasın, boyunlarına minnət qoyulmasın. Bunu həmin ailəyə edilmiş yaxşılıq yox, öz borcunu yerinə yetirirmiş kimi verməlisən”.
3 kiloqram un,düyü, xurma...
QMİ rəsmisi qeyd edir ki, fitrə zəkatı 3 kiloqram arpa, buğda, kişmiş, un, düyü və s. ərzaq miqdarında ayrılmalıdır:
“Həmin ərzaqları pulla da əvəzləmək olar. İnsanlar fitrəni sadalanan ərzaqların bazar qiymətinə uyğun tənzimləyə bilərlər. Yəni bu ərzaqlardan birindən 3 kiloqram hər ailə üzvünə görə fitrə zəkatı verməlidirlər. Zəkat ailə başçısı adından hər bir üzvə görə ayrılır və ehtiyaclı insanlara verilir. O insanlar ki, aylıq, gündəlik xərcini təmin edə bilmir, onlar fitrə zəkatı ayırmamalıdır. Qafqaz Müsəlmanları İdarəsi də təxmini məbləğ müəyyən edib: 5-10 manat. Sadəcə bizə suallar verilir, biz də Qafqaz Müsəlmanları İdarəsi olaraq bir məbləğ təyin edirik”.
Kredit borcunuz varsa...
İlahiyyatçı kredit borcu olan insnaların fitrə zəkatı ilə bağlı suallarına da aydınlıq gətirir. O deyir ki, maddi vəziyyətini çətinə salacaq qədər borcu olanlar, gündəlik ailə tələbatlarını ödəyə bilməyənlər fitrədən azaddır:
“Dinimizə görə, borcu olanların əsas vəzifəsi onu qaytarmaq, borclu olduğunun haqqını ödəməkdir. Amma insa borcunu qaytarmaqla yanaşı, dolanışığını da təmin edə bilirsə, fitrə zəkatı verməlidir”.
NUH.az
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Güclü yaddaş üçün banan yeyin
4 yanvar 2026 22:54
- Xoşbəxt sənətkar deyiləm - Flora Kərimova
30 dekabr 2025 11:00
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 2025 16:51
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 2025 10:59
- Bakıda ADI gecə klubu, hamam, ÖZÜ POZĞUNXANA - VİDEO
11 noyabr 2025 21:05
- SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO
1 noyabr 2025 10:05
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
