- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
O, Ali Baş Komandanın əmrini gözləmədi
O, Ali Baş Komandanın əmrini gözləmədi
Ən diri azərbaycanlı
İyunun 19-da cəbhə bölgəsində baş verən hadisə- Milli Ordunun giziri Mübariz İbrahimovun hərəkəti bütün Azərbaycanı silkələdi.
Əslində bizlər son 22 ildə cəbhə bölgəsindən demək olar ki, hər gün ölüm xəbəri eşidirik, hər gün atəşkəs pozulur, evlərə tabut gəlir, əsir düşənlər, snayper atəşləri, göz yaşları, qəhrəmanlıqla həlak olan əsgərlərimiz... bütün bunlar artıq Azərbaycanda az qala adi hal alıb. İnsanları artıq belə şeylərlə nəinki heyrətləndirmək, heç kövrəltmək də olmur. Bir sözlə, bu gün Azərbaycanda “Hər gün Aşura, hər yer Kərbəla”dır.
Həm də adi məişət qayğıları, gündəlik çörək problemi, işsizlik, cəmiyyətə zorla, bilərəkdən sırınmış tele-şoular, siyasi seriallar insanlarımızın başını elə qatıb ki, adamlar təkcə başlarını qaşımağa deyil, başlarını qaldırıb göy üzünə baxmağa da vaxt tapmırlar.
Bəs görəsən, belə olan vəziyyətdə birdən-birə nə baş verdi ki, bütün ölkəni zəlzələ kimi yerindən oynatdı, cəmiyyətdəki qəbiristanlıq sükutunu pozdu?
Niyə bu gün 7-dən 77-yə kimi hamı ondan danışır? Niyə?.. Nə üçün?..
* * *
Mübariz öz hərəkəti ilə bizim qarşımızda çoxlu suallar qoyub.
Yeri gəlmişkən, o, təkcə bizim qarşımızda deyil, ermənilərin də, bu konflikti yaradıb həllinə imkan verməyən böyük dairələrin də qarşısında suallar qoyub.
Biz bu gün bir cəmiyyət olaraq Mübarizlə bağlı suallara cavab tapa bilmirik. Onun qəhrəmanlığı bizə möcüzə kimi gəlir.
Mübariz bu günkü Azərbaycan cəmiyyəti ilə müqayisədə o qədər böyükdür, ucadır ki, bizlər dağın dibindən yuxarı baxan kimi ona baxırıq və onu bütöv görə bilmirik...
Əslində biz Mübarizlə bağlı mövzuya hazır deyilik.
Ona görə də Mübarizin hərəkətini bir hadisə, bir fenomen kimi izah edə bilməsək, ondan yazmağa, film çəkməyə dəyməz.
Düzdür, Mübarizin adını məktəbə də vermək olar, şərəfinə heykəl də qoymaq olar, poema da yazmaq olar, hətta film də çəkmək olar. Ancaq onu kinolaşdırmaq, onu nağıllaşdırmaq, ondan müasir Koroğlu, yaxud Rembo düzəltmək lazım deyil. Mübariz kino-nağıl qəhrəmanlarımızdan fərqli olaraq dəhşətli dərəcədə diridir. Onsuz da “ölü” kino qəhrəmanlarımız, nağıl qəhrəmanlarımız kifayət qədərdir. Mübariz kimi diri qəhrəmanımız isə hələ ki yeganədir.
Digər tərəfdən bu hadisənin yaratdığı suallara cavab tapmadan, aydın təsəvvür yaranmadan onunla bağlı film çəkməklə, ona poema həsr etməklə ....əslində biz onu kiçildirik.
Yuxarıda qeyd etdik ki, Mübariz bizim qarşımızda çoxlu suallar qoyub.
Bu çoxsaylı suallardan biri, həm də ən mühümü budur: bu adam harada yetişdi?
Azərbaycan cəmiyyətində?..
Bu gün Azərbaycan cəmiyyəti elə bərbad, mağmın, başını itirmiş gündədir ki, onun nəinki qəhrəman, heç normal adam yetişdirmək imkanı yoxdur...
Azərbaycan məktəbində ?..
Məktəbin vəziyyəti isə hamıya məlumdur...
Bəlkə hansısa siyasi təşkilatda?
Bəlkə hansısa dini qurumda?
Bəlkə hansısa gənclər təşkilatında?
Bəlkə müxalifət təşkilatında?
Bəlkə hər cür imkanı olan iqtidar təşkilatında?
Bu gün Azərbaycanda nə it hürən tərəf var, nə işiq gələn. Cəmiyyət qaranlıq tunelin içindəki kimidir.
Bəs onda Mübariz harada yetişdi?
Bəlkə ailədə?
Bəlkə bu sualların cavabını Mübarizin pafosdan, lirikadan uzaq qısa məktubunda axtarmaq lazımdır:
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Bəlkə bu fenomenin kökü müqəddəs dinimizlə bağlıdır?
Düzü, heç nə demək olmur...
* * *
Sovet dövründə pis-yaxşı hərbi-vətənpərvərlik təbliğatı deyilən bir şey var idi. Pis-yaxşı sovet məktəbi vardı, pis-yaxşı sovet cəmiyyəti, sovet tərbiyəsi, sovet vətənpərvərliyi, pis-yaxşı sovet dəyərləri vardı. Sovet dövləti hətta gerçək qəhrəmanlıq olmayan yerdə belə ortaya qəhrəmanlıq nümunələri qoyurdu, ideoloji iş aparılırdı, ciddi vətənpərvərlik təbliğatı gedirdi...
Bizim “Mixaylo” da, rus Matrosov da, Zoya da sovet mühitinin məhsulu idi. Amma Mübariz sovet dövrü dağılan ərəfədə dünyaya gəlib, onun cəmi 22 yaşı var. Bu 22 yaşlı cavan oğlan pis-yaxşı sovet məktəbini, sovet təlim-tərbiyəsini də görməyib.
Müstəqil Azərbaycan məktəbindən, vətənpərvərlik tərbiyəsidən danışmaq isə...özünü aldatmaqdan başqa bir şey deyil. Bizim vətənpərvərlik təbliğatımız ən yaxşı halda “...ölməyə vətən yaxşı” dan o tərəfə keçmir.
Hətta Mübarizin bu hərəkəti 1988-90-cı illərə təsadüf eləsəydi, bəlkə də bu qədər təəccüblə və möcüzə kimi qarşılanmazdı. Çünki son 20 ildə cəmiyyət o qədər deqradasiyaya məruz qalıb, o qədər təbəqələşib, pis-yaxşı mövcud olan bütün mənəvi-əxlaqi dəyərlər sıradan çıxıb və... belə bir mühitdə Mübarizin hərəkəti heyrətamiz bir hadisədir.
Son 20 ildə cəmiyyətdə hər mənada bir ideloji boşluq var, dəhşətli təbəqələşmə, ölkədə milyonçular və dilənçilər təbəqəsi yaranıb, bayağı və komik vətənpərvərlik təbliğatı “can Azərbaycan”dan o tərəfə adlamır, bütün telekanallar ancaq şou-biznesi təbliğ eləməklə məşğuldur və...birdən-birə belə bir cəmiyyətdə Mübariz fenomeni baş verir...
Biz nə Koroğlunin igidliyini, nə Rembonun qəhrəmanlığını danmaq fikrindəyik, nə də öz doğma “Mixaylo”muzun cəsarətinə kölgə salmaq istəyirik. Və Qarabağ savaşında qəhrəmanlıqla həlak olan yüzlərlə şəhidimiz və qazimiz var. Ancaq Mübarizin qəhrəmanlığında bir mükəmməllik var...Mübarizin qəhrəmanlığında bir iman söhbəti, bir əxlaq məsələsi, bir vətəndaş məsuliyyəti, bir Allah borcu, bir ruh var. ?
Qəhrəmanlıq...
Ümumiyyətlə, qəhrəmanıqdan danışmaq və qəhrəman olmaq fərqli şeylərdir ... Orxan Vəli demişkən, kimlərsə vətən haqqında nitq söyləyir, kimlərsə vətən uğrunda ölümə gedir. Adam var ki, 40 ildir cihadla bağlı məruzə oxuyur, amma...”bir barmağın kəssən dönüb Həqqdən qaçar...”
Bizim telekanallar, ümumiyyətlə, təbliğat maşınımız ordumuzun gücü, yenilməzliyi ilə bağlı inam yaratmaq üçün hərbi forma geyinmiş bir dəstə karateçinin, yaxud samboçunun hərəkətlərini cəmiyyətə nümayiş etdirir. Axı, qəhrəmanlığı təkcə cüssəlilər, samboçular eləmir.
Bəzən çox oxşar cəhətləri qarışıq salırıq. Məsələn, zəifliklə humanistliyi, azadlıqla başıpozuqluğu, qürurlu olmaqla yekəbaşlığı, natiqliklə boşboğazlığı, şairliklə mirzəliyi, eləcə də pəhləvanlıqla...qəhrəmanlığı.
Pəhləvanlıq daha çox fiziki gücə söykənir, yəni əzələyə bağlıdır. Bu mənada ştanq qaldıranla yükqaldıranın-“qruzçik”in elə də fərqi yoxdur. Qəhrəmanlıq isə fiziki gücdən daha çox ruha, əxlaqa, imana bağlıdır. Burda əzələ yox, ruh rol oynayır. Ədəbiyyatımızda vərdiş hesabına 2 yaşlı öküzü çiyninə qaldıran Fitnə nümunəsi də məlumdur. Qəhrəmanlıq isə təkcə vərdiş hesabına qazanılmır. Məşq etməklə qəhrəman olmaq olmur. Qəhrəmanlıq bambaşqa bir aləmdir. Necə deyərlər, boy var, buxun var, əzələ var, amma ürək yoxdur...
Qəhrəmanlıq nümunləri də fərqlidir. Ekstremal situasiyanın doğurduğu qəhrəmanlıq, məcburiyyətdən doğan qəhrəmanlıq, kütləvi qəhrəmanlıq və s. Hətta “ştrafnoy”ların qəhrəmanığı da məlumdur. İkinci Dünya müharibəsində “cərimə batalyonları”nda olan əsgərlərin dalını kəsdirib irəli hücum etməyə, “qəhrəmanlıq göstərməyə” məcbur etmək də olub. Yəni əsgərin geriyə yolu qalmır, onun yeganə seçimi ancaq irəli hücum edib qəhrəmanlıq göstərməkdir. Hətta əsgərlərə 100 qram verib hücuma göndərmək ənənəsi də var. Mən hələ kütləvi qəhrəmanlıqları demirəm. Atalar demişkən, ölümə gedən özünə yoldaş axtarar. Ümumiyyətlə, ən qorxaq adam da kütlənin içində cəsarətlənib qəhrəmanlıq etmək eşqinə düşə bilər. Tək halda isə insan nəinki qəhrəmanlıq etmək, hətta qaranlıq yolla getməyə də çətinlik çəkir. Bir sözlə, kütləvi qəhrəmanlıq nümunələrimiz çox olsa da, fərdi qəhrəmanlıq nümunələrimiz çox azdır. Bəlkə də yoxdur.
Mübarizin qəhrəmanlığı yuxarıda sadaladığımız qəhrəmanlıq nümunələrinin heç birinə uyğun gəlmir. Nə kütləvi qəhrəmanlıqdır, nə məcburiyyətdən doğan qəhrəmanlıqdır, nə də digəri deyil.
Bir daha qeyd edirəm ki, biz heç kimin qəhrəmanlığına kölgə salmaq fikrində deyilik, ancaq Mübarizin qəhrəmanlığı tamamilə fərqli bir hadisədir, bu bizim bildiyimiz, eşitdiyimiz, nağıllarda oxuduğumuz, kinolarda baxdığımız qəhrəmanlıqdan deyil... beləsinə bu tərəflərdə rast gəlinməyib.
Onlar Ali Baş Komandanın əmrini gözləmədi...
Mübariz sözün həqiqi mənasında bizlərin beynində-ruhunda inqilab elədi. Bu gün zabitlərimizin çoxu “Lazım gələrsə”, “Ali Baş Komandan əmr edərsə” torpaqlarımızı azad edərik deyirlər. O, isə Ali Baş Komandanın əmrini gözləmədi. Tapşırıq, göstəriş-zad lazım olmadı... Mübariz sözün həqiqi mənasında partizanlıq elədi...
“Ali Baş Komandanın əmrini gözləyirik” deyənlər təkcə hərbçilərimiz, generallarımız içərisində deyil, hər sahədə var. Məsuliyyəti bir şəxsin üstünə atmaqla özlərini sığortalayanlar digər sahələrin “generalları” arasında da az deyil.
Mübariz isə nə “çağırsa ellər gedərəm davaya” deyənlərdən, nə də hamımız kimi Ali Baş komandanın əmrini gözləyənlərdəndir. O, Allahın əmri ilə bir vətəndaş kimi hərəkət elədi.
O özündən sonra neçə-neçə Mübarizləri aktivləşdirdi...Bu gün Fərid və əsgər dostları həmin hərəkətin davamıdır.
Nəsimi HAQQ mənəm deyən kimi, Mübariz də Azərbaycan dövləti mənəm...deyərək bütün dünyaya səsləndi.
Bu adam az qala bir millətin, bir xalqın, bir dövlətin məsuliyyətini öz üzərinə götürmək istəyir və imkanı daxilində bunu edir...
O bizə deyir ki, mən öz işimi gördüm, qalanı sizlikdir. O bizim üstümüzdə borc qoyub. Bizlər isə öz borcumuzu ondan nağıl düzəltməkdə, ona şeir yazmaqda, ondan tələm-tələsik kino çəkməkdə görürürk. Kimlərsə avtoyürüş keçirməkdə, bir başqası gurultulu çıxış etməklə guya öz borcunu qaytarmış hesab edir.
TV-lərdən biri Müdafiə Nazirliyinin dəstəyi ilə tələm-tələsik bir film də çəkib. Filmin rejissoru deyir ki, “Mübarizin şücaəti barədə tamaşaçılarda aydın təsəvvür yaratmaq istəyirik”.
Görəsən, rejissorun Mübarizin qəhrəmanlığı ilə bağlı aydın təsəvvürü varmı?
Bizdə, ümumiyyətlə, mərsiyəxanlar ağlamağa yer axtaran kimi, bir dəstə “dejurnı” çıxışçılar var ki, nitq söyləməyə, şeir deməyə yer axtarır, obyekt gəzirlər. Bəzi siyasi mərsiyəxanlarımız da ağlaşmağa mövzu axtarır.
İlk Azərbaycan vətəndaş(lar)ı...
Gözümüzün qabağında Yeni Azərbaycan yaranır. (Söhbət YAP-dan getmir) Mübariz, Fərid ilk Azərbaycan vətəndaşlarıdır. Sadəcə biz bunu dərk etməyə, başa düşməyə, anlamağa və duymağa çətinlik çəkirik. Çünki dağın dibindən dağın zirvəsini görmək mümkün deyil.
Bəzən soruşurlar ki, Mübariz əməliyyatı keçirib geri qayıda bilərdi?
Kim bilir geri qayıtsaydı, onu nə gözləyirdi..?
Mübarizdən və dostlarından əfsanə, nağıl yaratmaq istəyənlərə deyirik, etməyin, o(nlar) bizim hər birimizdən daha diridir.
Yəqin diqqətli oxucu da hiss etdi ki, biz bu yazıda Mübarizin haqqında keçmiş zamanda danışa bilmədik.
- Qulu Məhərrəmli: Çox böyük qayğı göstərdiyimiz şəxslər kişilik, ləyaqət sınağından çıxa bilmədi - MÜSAHİBƏ
5 dekabr 2024 13:49
- Fətəli şah Büllur çarpayıya Şimali Azərbaycanı qurban verdi
29 noyabr 2024 18:45
- Zəfər bayramı - təqvimimizin QIZIL hərflərlə yazılmış tarixi
7 noyabr 2024 14:23
- Laçın impressionizmi
14 oktyabr 2024 13:29
- MN-də müşavirə: Zakir Həsənov ordu rəhbərliyinə tapşırıqlar verdi
12 oktyabr 2024 14:46
- Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib, yaxın günlərdə...- SENSASİYA
7 oktyabr 2024 16:07
- Padla Qəzənfər-in bacısı, ilk qadın nazirimiz Ayna Sultanova niyə güllələndi? – VİDEO
8 iyul 2024 01:22
- Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür
26 iyun 2024 01:05
- Səfəvilər dövlətini təkbaşına idarə edən bir qadın Sultan - Pərixan xanım
18 iyun 2024 16:07
- Ziya Kazımovun ailəsi Ali məhkəməyə xasiyyətnamə göndərilməsi üçün Kərim Vəliyevə müraciət etdi
14 iyun 2024 13:08
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48