Samir Şərifovdan növbəti gediş: 15 milyardın hesabını kim verəcək?

Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında yaranan qalmaqal bitmək bilmir. Ümumiyyətlə, 2015-ci ildə ABB-də baş verən cinayət əməllərinin üstü açıldıqdan sonra məsələdə birbaşa və ya dolayısı ilə adı hallanan şəxslər özünümüdafiə taktikasına keçdilər. Ancaq hələ ki, ABB qalmaqalında cəzalandırılan təkcə bu bankın sabiq rəhbəri Cahangir Hacıyevdir. C.Hacıyev faktoru qabardıqdan sonra onun bu məsələdə birbaşa iştirakçı olması sübut olundu və bunun nəticəsi olaraq 15 il həbs edildi.
Ancaq ABB haqqında başladılan istintaq prosesi bitməyib və zaman-zaman bu məsələdə yeni faktlar üzə çıxır. Ekspertlər hesab edir ki, bu məsələdə günahkar təkcə Cahangir Hacıyev deyil. Çünki o, müəyyən dövrlərdə banka rəhbərlik etsə də bu qədər işi təkbaşına görə bilməzdi. Ona görə də istintaqa yeni şəxslərin cəlb olunacağı istisna edilmir. Qeyd edək ki, ekspertlər Cahangir Hacıyevin komandasında işləyənlərin bu gün də ABB-də yüksək vəzifə tutduğunu buldirir. Bu isə şübhəli məqamların olmasından xəbər verən amildir.
ABB məsələsi böyüdükcə maliyyə sektoruna nəzarət edən qurumların rəhbərləri də zaman-zaman hədəfə tuş gəlir. Son olaraq isə dövlətin ABB-nin bütün öhdəliklərini öz üzərinə götürməsi bir sıra qeyri-rəsmi informasiyaların yayılmasına zəmin yaratdı. Yayılan informasiyalarda isə maliyyə naziri Samir Şərifovun adının çəkilməsi diqqəti məhz bu maliyyə qurumuna yönləndirdi. Doğrudur, Maliyyə Nazirliyi yayılan informasiyaların həqiqəti əks etdirmədiyi haqqında rəsmi məlumat yaydı.
Maliyyə Nazirliyinin bəyanatından çıxarış:
“Bəzi mətbuat orqanlarında Qazaxıstan KİV-lərinə istinadən bu ölkənin maliyyə naziri Bakıt Sultanovdan sitat gətirilərək maliyyə naziri Samir Şərifovun adından “Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən öhdəliklərin yerinə yetirilməsinin dayandırılması ilə bağlı qəbul olunan qərarın əsas səbəbi manatın devalvasiyasıdır” kimi xəbərlər dərc olunmaqdadır. Belə ki, həmin məlumatlarda göstərilir ki, 2015-ci ilin martına qədər bankın rəhbərliyində təmsil olunan bəzi şəxslərin məhkəmə predmeti olan cinayət əməlləri, habelə müəyyən olunmuş kredit riskləri üzrə limitlərin kobud şəkildə pozularaq qaytarılmayan və ümidsiz kreditlərin ayrılması ABB-nin fəaliyyətinə mənfi təsir göstərməklə bankın maliyyə mövqeyinin ciddi şəkildə zəifləməsinə səbəb olub. Şübhəsiz ki, manatın məzənnəsinin ucuzlaşması da ölkədə fəaliyyət göstərən digər banklar kimi ABB-nin də maliyə vəziyyətinə mənfi təsir göstərmişdir, lakin bunu əsas səbəb kimi göstərmək tamamilə əsassızdır”.
Ancaq ekspertlər bu açıqlamanı Maliyyə Nazirliyindən növbəti həmlə kimi qiymətləndirir. Qeyd edək ki, ölkədə baş verən 2 kəskin devalvasiyanın səbəbi kimi ABB vasitəsi ilə ölkədən çıxarılan 15 milyard dollar göstərilirdi. Ekspertlər qeyd edirdi ki, bu qədər dövlət vəsatinin ölkədən çıxarılması ölkədə kəskin valyuta qıtlığı yaratdığı üçün devalvasiya qaçılmaz idi.
Digər ehtimal isə maliyyə sektoruna nəzarət edən qurumlar arasında yaranan narazılığın devalvasiyaya səbəb olması idi. Təsadüfi deyil ki, devalvasiyadan sonra yayılan məlumatlarda adı hallanan şəxslər Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov oldu. Qeyd olunurdu ki, Elman Rüstəmov devalvasiyaya 1.25, Samir Şərifov isə 1.55 civarında getməsini tələb edirdi. Nəticə isə artıq hər kəsə bəllidir. Manat ilkin olaraq 35, sonrakı mərhələdə isə 48 faiz devalvasiyaya uğradı. Yəni, “qalib” tərəf məhz Samir Şərifov oldu.
Bütün bunları nəzərə alsaq ABB haqqında yayılan informasiyalarda Samir Şərifovun adının hallanması “qaranlıq mübarizə”nin işartılarıdır. Bu informasiyaların doğru olub-olmadığı təbii ki, müzakirə mövzusudur. Ancaq görüntü onu göstərir ki, hal-hazırda komandalararası kəskin savaş gedir. Cahangir Hacıyevin komandası baş verən bütün neqativ hallarda Samir Şərifovun adını çəkməklə hədəfi yayındırmağa çalışırlar. Samir Şərifov da öz növbəsində Cahangir Hacıyev və komadasının gördükləri “işləri” gündəmə çıxarmaqla öz gedişini edir.
Əslində səslənən fikirlər, deyilənlər, yazılanlar yalnız ehtimaldır. Çünki aparılan işlər haqqında heç bir rəsmi məlumat verilmir. Reallıq isə ölkədən çıxarılan 15 milyard dollardır. Bunun günahkarı isə bəllidir.
ABB üzərindən ölkədən çıxarılan milyardlara kimlərin göz yumması, devalvasiyanın baş vermə səbəbləri, kimlərin bu proseslərə rəvac verməsi isə hələ də müzakirə mövzusu olaraq qalır. Baş verənlərin nəticəsi isə bəllidir: Manat kəskin ucuzlaşdı, ölkə iqtisadiyyatı çökdü, əhalinin gəlirləri azaldı, banklar müflis oldu... Bütün bunların günahkarı isə hələ ki, təkcə Cahangir Hacıyev görünür.
Vilayət Muxtar
Cebhe.info
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 2025 12:31
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 2025 12:08
- Stalinin məktubları -Günəşin doğuşu- nu dayandırıb
11 mart 2025 15:21
- Səni Axtarıram ( Xoşqədəm ) məhkəməyə verilir - ŞOK FAKTLAR
8 mart 2025 01:25
- İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi - Arayik Harutyunyan
3 mart 2025 21:48
- Sumqayıt hadisələri - SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycana qarşı məkrli planı
28 fevral 2025 21:45
- Bəhreyn kralı Leyla və Arzu Əliyevaları qəbul edib - Fotolar
25 fevral 2025 22:59
- Samir Şərifov oğluna dəbdəbəli toy etdi
24 fevral 2025 01:16
- Prezident və birinci xanım Ağdama səfər edib (YENİLƏNİB)
18 fevral 2025 15:18
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50