DSMF-nin şöbələri ailə başçısını itirməyə görə pensiyanı düzgün hesablayırmı?

Ailə başçısını itirməyə görə pensiyaların düzgün hesablanmaması barədə NUH İnformasiya Agentliyinə ( NUH.az ) tez-tez vətəndaşların müraciətləri daxil olur.
Məsələ aydınlıq gətirmək üçün tanınmış vəkil Balabəy Məlikova müraciət etdik.
Vəkilin dediklərini olduğu kimi dərc edirik:
“Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği” barədə “Əmək pensiyaları haqqında” AR Qanununda aşağıdakı norma mövcuddur:
18.1. Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya bu Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır (bu maddə 2017-ci il iyulun 1-dək qüvvədədir).
Qanunun bu norması ilə bir ailə üzvü olduqda və ya qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində pensiyanın hesablanması müəyyən olunur. Qanunun 14.1-ci maddəsində ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslərin dairəsi aşağıdakı kimi müəyyən olunmuşdur:
14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:
14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:
14.1.1.1. 18 yaşına çatmamış;
14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil;
14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;
14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə;
14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.
Yuxarıda istinad etdiyim qanunun 18.1-ci maddəsinin mənasından görünür ki, hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya 14.1-ci maddəsində sadalanan pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi (110 manat) məbləğində pensiya hesablanır. Normanın “digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi (55 manat) məbləğində pensiyanın hesablanmasına dair imperativ norma müəyyən olunmuşdur. Qüvvədə olan normanın tələbləri yuxarıda qeyd etdiyim qaydada olmasına baxmayaraq, DSMF-nun yerli şöbələrindən birinin əməkdaşı inzibati məhkəmə baxışında “Əmək pensiyaları haqqında” qanunun 18.1-ci maddəsini aşağıdakı formada izah etdi. Təcrübədə sosial müdafiə fondu vəfat etmiş ailə başçısının əgər bir uşağı qalıbsa, ona pensiyasının baza hissəsinin 100 faizi hesablanır, əgər iki uşaq qalırsa, onda hər bir uşağa 50 faiz olmaqla iki uşağa cəmi pensiyanın baza hissəsinin 100 faizi məbləğində, yəni 110 manat pensiya hesablanır. Məmur əməkdaşın fikirlərindən aydın olur ki, bir qayda olaraq DSMF-nun mütəxəssisləri bu qəbildən olan, ailə başçısını itirməyə görə, yəni yetim qalmış iki uşaqdırsa, dövlət orqanı digər ailə üzvlərinin hər birinə təcrübədə 50 faiz pensiya hesablayır. DSMF-nun yerli şöbələri qanunun 18.1-ci maddəsindən irəli gələn məsələləri həqiqətənmi düzgün icra edir, “Yoxsa, bu orqan qanunu öz istədiyi kimi icra edir?”
Mən bu məsələnin hüquq və qanun müstəvisində müzakirə edilməsini arzulayıram.
Bəlli məsələdir ki, AR Konstitusiyasına görə qanunları şərh etmək Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. AR Əmək pensiyaları haqqında qanunun 18.1-ci maddəsi, normanın məzmunu baxımından hər bir hüquqşünasın fikirləri maraqlı olardı.
Mən hesab edirəm ki, “Əmək pensiyaları haqqında” qanunun 18.1-ci maddəsinin tələbinə görə, şəxsin, yəni vəfat etmiş ailə başçısının bir uşağı qalıbsa, ona pensiyanın baza hissəsinin 100 faizi həddində, digər ailə üzvlərinin hər biri üçün isə əmək pensiyasının baza hissəsinin 50 faizi həddində pensiya hesablanmalıdır. Məsələn, vəfat etmiş ailə başçısı Məmmədin iki uşağı pensiya almaq hüququna malikdirsə, onda uşağın birinə münasibətdə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, yəni 110 manat, digər uşağa isə əmək pensiyasının baza hissəsinin 50 faizi, yəni 55 manat məbləğində hesablanmaqla, sonda iki uşağa görə bu şəxslərə cəmi (110+55) 165 manat pensiya hesablanmalıdır. Digər tərəfdən pensiyanın sığorta hissəsi üzrə hesablanma isə hər uşağa görə deyil, bir qayda olaraq sığorta məbləği həmin pensiyanın baza hissəsi üzərinə əlavə edilməlidir. Lakin DSMF-nun mütəxəssislərinin dedikləri kimi məsələ icra olunduğu halda digər uşaqların təminatı və qanun pozulmuş olur”.
Vəkil sonda müxbirimizə bildirib ki, bu məsələ barədə digər hüquqşünasların və mütəxəssislərin mövqeyini bilmək maraqlı və faydalı olardı.
- Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
15 mart 2025 23:47
- ABŞ uyğurlara görə Tailandı CƏZALANDIRDI
15 mart 2025 15:06
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 2025 23:22
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 2025 13:37
- Obamadan şikayətləndi
13 mart 2025 11:50
- AzerTelecom şirkətinin Direktoru və ...KOLLEKTİV SEKS
11 mart 2025 15:54
- SOCAR-ın sabiq vitse-prezidentinin oğlunun işi yenidən məhkəmədə - atalıq testindən keçməlidir
10 mart 2025 23:26
- Mən vətənpərvərəm, siz həyasızsınız - Puqaçova jurnalistlə dalaşdı
9 mart 2025 15:14
- DSMF-nin vəzifəli şəxsi maşınla piyadanı vurub öldürdü
9 mart 2025 01:49
- Dünyanın ən zəngin 5 MİLYАRDER QАDINI - Müsəlmаn yoxdur
8 mart 2025 22:31
- Deputat Azər Allahverənov Nardarandа vətəndaşların qəbulunu keçirib
16 mart 00:17
- Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
15 mart 23:47
- Cəlilabaddа -morq-a gətirilən meyit DİRİLDİ
15 mart 22:22
- Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
15 mart 21:20
- Almaniyada tibb bacısı 9 xəstəni öldürməkdə ittiham olunur - 34 nəfəri isə...
15 mart 19:21
- SON DƏQİQƏ! Ərdoğanın hədəfi bəlli oldu - ŞOK DETAL
15 mart 19:02
- Hitlerin hindistanlı şəriki - Onun yaratdığı -Azad Hind- alayı Qafqazı ələ keçirəcəkdi
15 mart 18:18
- Hava ilə bağlı XƏBƏRDARLIQ - bu tarixdən yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə ENƏCƏK
15 mart 15:22
- ABŞ uyğurlara görə Tailandı CƏZALANDIRDI
15 mart 15:06
- Prezident onları təltif etdi - Siyahı
15 mart 12:50
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 12:40
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25