Elman Rüstəmovdan manatla bağlı vacib açıqlama

“Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev manatın öz məzənnəsini tapşırığını qeyd etdi. Bu, ictimaiyyətə ünvanlanan çox ciddi mesaj idi”.
APA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham-Azerbaijan”) birgə təşkilatçılığı ilə “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, Maliyyə Sabitliyi Şurası tərəfindən planlaşdırılan tədbirlər nəticəsində bu ilin əvvəlində üzən məzənnə rejiminə keçid edilib: “Bu tarixçə hamıya yaxşı məlumdur. Artıq 5 aya yaxındır ki, ölkədə üzən məzənnə rejimi siyasəti yürüdülür. Mən tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Mərkəzi Bank manatın məzənnəsinin üzməsinə hər hansı bir müdaxilə etmir, tənzimləmə aparılmır. Lakin bəzi spesifik addımlar barədə də danışmaq istərdim. Üzən məzənnəyə keçid müəyyən destabilizasiya ilə müşayiət olundu. Hətta bəzi məqamlarda manatın məzənnəsi 1,92 səviyyəsinədək qalxdı. Digər qonşu ölkələrdə də bu proses analoji xətt üzrə cərəyan edib. Lakin yaradılmış makroiqtisadi çərçivə bizə imkan verdi ki, tez bir zamanda manatı məzənnəsinin kəskin tərəddüdünün qarşısını alaq. Bazardakı tələb və təklif arasındakı balans bunu tənzimlədi. Bundan sonra manat möhkəmlənməyə başladı və pik hədlə (1,92 - red.) müqayisədə 11% ucuzlaşıb. İlin əvvəlindən isə manat 4% bahalaşıb. Hazırda valyuta bazarı normal fəaliyyət göstərir. Keçən illərdə olduğu kimi hazırda valyuta bazarında defisit yoxdur. İqtisadi fəaliyyət iştirakçıları və aktorlar özlərinin valyutaya olan tələblərini tam ödəyirlər. Bu gün valyuta bazarı tələb yox, təklif bazarıdır. Biznes, banklar, bazar iştirakçıları hiss edir ki, manatın möhkəmlənməsinin öz təzyiqləri mövcuddur. Ölkənin orta və uzunmüddətli maraqlarını nəzərə alaraq deyə bilərik ki, manatın çox güclənməsi doğru olmazdı. Çünki bu proses tədiyyə balansı üçün problemlər yarada bilər. Ümumilikdə, manatın korreksiyası prosesi zamanı milli valyutamızın əsas ticarət tərəfdaşlarımızın valyutalarından ibarət səbətə nisbətən məzənnəsi - real məzənnəsi 50%-dən çox zəifləyib. Bu, ixracatçılarımız üçün çox böyük üstünlük verib”.
Baş bankir qeyd edib ki, ilin sonunadək manatın ucuzlaşması gözlənilmir: “Manatın möhkəmlənməsi ehtimalı zəifləməsi ehtimalından daha çoxdur”.
NUH.az
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 2025 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 2025 21:37
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 2025 20:58
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 2025 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 2025 23:21
- Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
11 mart 2025 21:14
- Azərbaycan vətəndaşlarının BÖYRƏYİNİ satan qadın həbs edildi
11 mart 2025 20:18
- Hacı Zeynalabdin Tağıyevlə Nərimanovun məşhur mübahisəsi: Cibində bir qəpik pulu yoxdur…
11 mart 2025 18:21
- Qorbaçov zınqırovdur, dövlət papağı onun başı üçün deyil - Qromıko; 40 il öncə bu gün...
11 mart 2025 18:05
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50