Belarusda Azərbaycan Ticarət Evi açıldı

Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən Belarusun paytaxtı Minsk şəhərində ümumi sahəsi 529 m² olan Azərbaycan Ticarət Evinin təşkili işləri başa çatdırılıb.
Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Ticarət Evinin idarə edilməsi məqsədilə “Azərbaycan Ticarət Evi” MMC yaradılaraq Belarusda dövlət qeydiyyatına alınıb.
Belarusda hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, o cümlədən Azərbaycan-Belarus Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin, həmçinin iş adamlarının iştirakı ilə Azərbaycan Ticarət Evinin açılışı olub.
Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək, Belarusda satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Artıq Azərbaycan Ticarət Evi tərəfindən bu işlərə başlanılıb. Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə 25-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar (şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s.) nümayiş olunur.
NUH.az
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçılarının ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin genişlənməsinə böyük önəm verdiyini vurğulayıb, Azərbaycan-Belarus əlaqələrinin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, uğurla inkişaf etdiyini və əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində olduğunu diqqətə çatdırıb.
Ş. Mustafayev qeyd edib ki, qısa müddətdə bu istiqamətdə işlər sürətlə aparılıb, hər iki ölkənin sahibkarlarının iştirakı ilə biznes forum, işgüzar görüşlər keçirilib. Minskdə 2016-cı ilin dekabrında keçirilmiş biznes forumda 33 anlaşma memorandumu və 2 müqavilə imzalanıb. Bu sənədlər Azərbaycan məhsulu olan tütün, pambıq, xalça, çay, meyvə-tərəvəz və onlardan emal edilmiş məhsulların, spirtli içkilərin (şərab, konyak və s.) Belarusa ixracını, həmçinin bu ölkədən Azərbaycana bir sıra məhsulların idxalını nəzərdə tutur. Bu müqavilələrin icrasına başlanıb. Şahin Mustafayev Minskin gözəl guşələrindən birində Azərbaycan Ticarət Evinin açılmasının iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə töhfə verəcəyini vurğulayıb, göstəril\ən dəstəyə görə Belarus hökumətinə minnətdarlıq edib.
Belarusun Xarici İşlər naziri Vladimir Makey Azərbaycan nümayəndə heyətinin Belarusa səfərindən məmnunluğunu bildirib, belə səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafında, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətini qeyd edib, Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olduğunu bildirib.
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov vurğulayıb ki, Azərbaycan artıq “Made in Azerbaijan" brendi ilə dünya bazarlarına çıxır. Belarusda açılan Azərbaycan Ticarət Evi buna bir misaldır. Səfir bildirib ki, Azərbaycan məhsulları Belarusda yaxşı tanınınr və Azərbaycan Ticarət Evinin açılması Azərbaycan məhsullarının heç bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün gözəl imkan yaradır.
Tədbirdə “Azərbaycan Ticarət Evi” MMC ilə Belarus Respublikasının İstehlak Cəmiyyətləri İttifaqı (“Belkoopsoyuz”), “Harvist Milk” MMC və “Praym Rezerv” MMC, həmçinin Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Belarus Respublikasının Sənaye Müəssisələrinin Respublika Assosiasiyası (“BelAPP”) arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.
Açılış mərasimində Azərbaycanın müstəqillik illərində qazandığı uğurlara həsr olunan film nümayiş edilib, Azərbaycan incənət ustalarının ifasında muğam və milli musiqisimiz səsləndirilib.
Sonra tədbir iştirakçıları Azərbaycan Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar.
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
9 aprel 2025 17:47
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
9 aprel 2025 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
9 aprel 2025 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
8 aprel 2025 23:45
- Xanlar Vəliyev təqaüdə göndərildi
8 aprel 2025 20:29
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
7 aprel 2025 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
7 aprel 2025 21:58
- Prezident İlham Əliyev fərman imzaladı
7 aprel 2025 20:14
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59