- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
- ŞOOK - Minimum aylıq əməkhaqqı artırıldı- Sərəncam
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
Maarifpərvər ziyalılarımızın ləyaqətli davamçısı
Maarifpərvər ziyalılarımızın ləyaqətli davamçısı
İbrahim Quliyev
(filologiya üzrə fəlsəfə doktoru)
Ulu Borçalı tarix boyu onlarla tanınmış şəxsiyyət, ziyalı, ictimai-siyasi xadim yetişdirmişdir.
Dünya elminə, ədəbiyyatına töhfələr vermiş alimlər, yazıçılar, şairlər arasında bu diyarın yetirmələri olan qələm və fikir sahibləri az deyil. Onlar haqqında çoxsaylı kitablar, məqalələr, monoqrafiyalar, sənədli povest və romanlar yazılmışdır... Və gələcəkdə daha çox yazılacaqdır...
Həmin tanınmış şəxsiyyətlərdən biri də görkəmli alim, şair qəlbli insan Kərim Məmmədovdur. Borçalı torpağında dünyaya göz açan, bu torpağın suyunu içən, havasını udan Kərim müəllim ömrünün yarım əsrdən çoxunu pedoqogika elminin inkişafına sərf edib. O, onlarla elmi məqalənin, tədqiqat və araşdırmanın, bədii əsərin müəllifidir. K.Məmmədovun ən başlıca əsərləri isə onun yetişdirdiyi tələbələr və Azərbaycan təhsilinə verdiyi yüksək hazırlıqlı müəllim kadrlarıdır... Kərim müəllimi XIX əsrin sonu və XX əsrin başlanğıcında fəaliyyət göstərmiş, daha dəqiq desək, həyatını Azərbaycan mədəniyyətinin və maarifinin inkişafı yolunda şam kimi əritmiş böyük ziyalı nəslinin ən ləyaqətli davamçılarından hesab edə bilərik. Yorulmadan, dinclik bilmədən gecə-gündüz çalışan bu alim, pedaqoq demək olar ki, ölkəmizin hər bir guşəsində maarif və mədəniyyət çıraqları yandıran insanlar yetişdirmişdir. Həmin çıraqlar zaman-zaman bu yurdu nura boyayacaq...
... 1937-ci ildə Borçalı mahalının mənzərəli guşəsi olan Aşağı Güləver kəndində dünyaya göz açan Kərim müəllim lap uşaq yaşlarından həyatın hər üzünü görüb, məşəqqətli zamanənın ağrı-acılarını öz üzərində hiss edib desək, səhv etmərik. Qanlı repressiya bitməmiş müharibə fəlakətləri ilə qarşılaşan ölkədə heç kəs qayğısız uşaqlıq yaşaya bilməzdi. Çox erkən yaşlarında gövrək çiyinlərini əkinin-biçinin ağır yükünün altına verən, uzun illər ərləri davadan qayıtmayan qadınların “dəyirmançısı”, “yükçüsü”, “əkinçisi” olan K.Məmmədov bütün bu ağır işlərlə bərabər, təhsilə də vaxt ayırıb. Həmin dövrdə tanış olduğu və sonralar çox yaxın dostuna çevrilmiş filoloq, publisist Təhməz Abbasov bir gün onun haqqında yazacaqdı: “Mən 67 il bundan əvvəl doğulduğum Dəllər kəndində ibtidai məktəbi bitirib təhsilimi davam etdirmək üçün Aşağı Güləver kəndində yerləşən səkkizillik məktəbə getdim. Sinifimizdə qarabəniz, boyca nisbətən balaca, ancaq zirək və hazırcavab bir oğlan var idi. Onun bacarıqlı və mehriban olması məni özünə cəlb etdi, çox yaxın dost olduq. Bu arıq, çəlimsiz, uşaq sonralar həmin kəndin, obanın fəxri olan olacaq Kərim Alı oğlu Məmmədov idi.
Vaxt keçdi, orta təhsil almaq üçün o, rayonun Darvaz, mən isə Arıxlı orta məktəbinə yollandım. Ayrı-ayrı məktəblərdə oxumağımıza baxmayaraq, bir-birimizlə görüşür, bu zaman hərə öz təhsil aldığı məktəb və müəllimlər haqqında danışır, təəssüratlarımızı bölüşürdük. Məktəbi bitirdikdən sonra, 1958-ci ildə Kərim Məmmədov M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul olundu, 1963-cü ildə oranı müvəffəqiyyətlə bitirərək öz doğma kəndində rus dili və ədəbiyyatından dərs deməyə başladı.
Öz peşəsinə və məktəbin bütün ictimai işlərinə cani-dildən yanaşan K.Məmmədov 1964-cü ildə Babakişilər kəndindəki səkkizillik məktəbə direktor təyin olundu. Qısa müddət ərzində məktəbdə təhsilin səviyyəsinin yüksəlməsinə, təlim-tərbiyə işinin keyfiyyətcə yaxşılaşmasına nail olan direktor elin-obanın da dərin məhəbbətini qazandı. Ancaq o, bununla kifayətlənmədi, daha böyük məqsədə doğru yola çıxdı...”
Onu qabaqda çox böyük işlər gözləyirdi. Böyük amallar yolunda çalışmaq arzusu, xalqa, vətənə daha çox xeyir vermək istəyi onu daima irəli getməyə ruhlandırırdı. O, yerinin alimlər arasında olduğunu çoxdan hiss eləmişdi. Elə bu istəklə də təhsil aldığı elm ocağına üz tutdu. Doğrudur, çox çətinliklərlə üzləşdi, ancaq dözdü.
Dissertant kimi mövzu götürdü, gündüzlərini kitabxanalrda, gecələrini yazı masası arxasında keçirdi, tanınmış alimlərlə sıx ünsiyyətdə inkişaf etdi, püxtələşdi, nəhayət, 1980-ci ildə Tiflisdə Qoqebaşvili adına ETİ-də “Siyasi ədəbiyyatın mənimsənilməsi əsasında şagirdlərin vətənpərvərlik və beynəlmiləlçilik tərbiyəsi” mövzusunda elmi işini uğurla müdafiə edərək pedoqogika elmləri namizədi adını aldı. Bir müdrik kəlamda deyildiyi kimi, elm yolunu seçən insana Allah behiştə doğru yol açır. Az sonra Kərim müəllim M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun Pedoqogika kafedrasının dosenti kimi fəaliyyətə başladı.
Elm adamları, adətən, bir pillədə dayanıb qalmaq istəmir, onlar daim yeni tədqiqatlar, araşdırmalar aparmaq arzusu ilə çırpınır. Bu arzu onu doktorluq dissertasiyası üzərində işləməyə sövq etdi. Qarşıda yenə də ömrü şam kimi kitablar arasında əritmək, gecələri yuxu üzünə həsrət qalmaq kimi üzücü illər dayanırdı. Ancaq nə ağır zəhmət, nə də əziyyətlər onu qorxutdu. Tezliklə “Ümumbəşəri dəyərlərin mənimsənilməsi əsasında yuxarı sinif şagirdlərinin elmi dünyagörüşünün formalaşması” mövzusunda doktorluq işinin tədqiqinə başladı. 1982-ci ildə müəyyənləşən dissertasiyanın mövzusu aktuallıq kəsb etdiyindən Ümumittifaq Koordinasiya Şurasının planına daxil edildi. SSRİ Pedoqoji Elmlər Akademiyasının “Tərbiyənin ümumi problemləri” Elmi-Tədqiqat İnstitutu onu əməkdaşlığa dəvət etdi və əməkdaşlıq onun yaradıcılığında əhəmiyyətli rol oynadı.
Doktorluq dissertasiyasını 1993-cü ildə bitirsə də, onun müdafiəsinə süni əngəllər yaradanlar tapıldı. Buna görə də müdafiə təxminən 15 il yubandı. Nəhayət, 2008-ci ildə işini uğurla müdafiə edən Kərim müəllim pedoqogika üzrə elmlər doktoru adını qazandı.
Hazırda Bakı Slavyan Universitetinin “Pedoqogika və psixologiya” kafedrasının professoru kimi çalışan K.Məmmədov Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında dörd il ekspert olmuş, onlarla namizədlik və doktorluq dissertasiyasına, Təhsil Nazirliyi nəzdində Elmi –Metodiki Şuranın eksperti olaraq tədris vəsaitlərinə, proqramlara rəy vermişdir.
Kərim Məmmədovun rus dilində iki monoqrafiyası, Azərbaycan dilində üç tədris vəsaiti çapdan çıxmışdır. Onun “Şərq pedoqoji fikir tarixindən” adlı tədris vəsaiti Anadolu türkcəsinə uyğunlaşdırılaraq 2014-cü ildə İstanbulda nəşr olunmuşdur. “Türk xalqlarını pedoqoji fikir tarixindən” əsəri isə bu yaxınlarda işıq üzü görmüşdür. Alimin “Elmi-pedoqoji işlərin metodikası” adlı dərs vəsaiti də Anadolu türkcəsinə çevrilmiş, nəşr edilmək üçün müzakirəyə təqdimolunmuşdur.
Kərim Məmmədovun Rusiyada, Gürcüstanda, Türkiyədə 100-dən çox elmi-publisistik məqaləsi çap olunmuşdur. Alim əksəriyyəti Türkiyə vətəndaşı olan ondan çox magistr və doktorant yetşdirmişdir. Onu da qeyd edək ki, Kərim müəllim təkcə elmi-pedoqoji fəaliyyətlə məşğul olmur, o, arabir qələmini poeziyada da sınayır. Həmin şeirlərdə biz onun vətən duyğuları ilə qaynayıb daşan, Azərbaycan təbiətindən ilhamlanan şair qəlbini görürük. Qoşma, gəraylı kimi janrlara üstünlük verən K.Məmmədovun şeirləri xalq ədəbiyyatı, aşıq şeiri təməli üzərində yüksəlir, öz səmimiyyəti, mərhəmliyi ilə dərhal oxucu qəlbinə yol tapır.
Kərim müəllim bu gün də gənclik enerjisi ilə yaşayıb yaradır. Öz şeirlərində vətən üçün, xalq üçün yaşayan insanların heç vaxt qocalmadığını dəfələrlə diqqətə çatdıran görkəmli alim, ustad pedaqoq, yorulmaz tədqiqatçı və poeziyamız ən yaxşı ənənələrindən təsirlənən həssas qəlbli şair Kərim müəllimi 80 yaşı münasibətilə təbrik edir, ona uzun ömür və cansağlığı arzulayırıq. Aşağıda isə şairin iki şeirini oxuculara təqdim edirik.
Kərim Məmmədov
Taxtalı bulağa müraciət
Səni tənha gördüm, pərişan oldum.
Niyə danışmayır dilin, Taxtalı?
Qəm yükü daşıyıb mən viran oldum,
Niyə açılmayıb gülün, Taxtalı?
Həmişə olardın toylu, büsatlı,
Qonaqlı, qaralı, dəmli, dəsgahlı.
Sevənlər də gəlmir soylu, sovqatlı,
Niyə bükülübdü belin, Taxtalı?
Nədir bu qəm-qüssə, nədir bu kədər?
Başına dolanmır nazlı sənəmlər?
Köksündən su içmir igid ərənlər?
Niyə pərişandır halın, Taxtalı?
Nədi gözlərindən axan bu yaşlar?
Harada qalıbdır dostlar, sirdaşlar?
Sinəndə dincələn o qələm qaşlar
Niyə daramayır telin, Taxtalı?
Kərim də dünyadan bir gün köçəcək,
Hüsnündən doymayıb nakam gedəcək.
Əbədi dünyanı məkan seçəcək,
Sizlər sağ-salamat qalın, Taxtalı?
Ömür, hara tələsirsən?
Ömür, hara tələsirsən?
Dağ çayı tək axıb getdin.
Arzulara qovuşmamış
Şimşək kimi çaxıb getdin.
Keçdiyin yol dağ, həm dərə
Yoxuş gördüm min bir kərə
Bəxt ulduzun parlamamış
Yorğun düşdün, baxıb getdin.
Haqsızlığa sinə gərdin
Naqislərdən pislik gördün.
Qovğalardan qurtulmamış
Köç eylədin, çıxıb getdin.
Sən Kərimə tələ qurdun,
Qocalıq damğasın vurdun.
Ürək hələ yorulmamış,
Könlüm evin yıxıb getdin.
Ömür hara tələsirsən?!
Ömür hara tələsirsən?!
NUH.az
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Qulu Məhərrəmli: Çox böyük qayğı göstərdiyimiz şəxslər kişilik, ləyaqət sınağından çıxa bilmədi - MÜSAHİBƏ
5 dekabr 2024 13:49
- Azərbaycan üçün şans - BMT-də Ermənistana elə bir sual verildi ki...
5 dekabr 2024 11:39
- Bayden İlham Əliyevə məktub göndərdi
21 oktyabr 2024 14:20
- Japarov Akayevin səhvlərini sadaladı – 99 dəfə yaxşılıq et, bir dəfə səhv, bağışlanmaz
26 sentyabr 2024 12:14
- İranın yeni prezidenti od püskürdü - Mənə işləməyə imkan vermirlər
9 avqust 2024 17:40
- Rəsulzadə və XIX əsr Azərbaycan ədəbiyyatında yeni SİMA
28 iyun 2024 17:57
- Davamlı sülhə yönəlmiş addımları alqışlayırıq - Bayden
25 may 2024 18:32
- MƏN BUNU DEMƏKLƏ MÜKƏLLƏFƏM QISAQAPANMA-REKLAMLAR
7 aprel 2024 21:05
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezidentin doğum günüdür
24 dekabr 00:08
- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
23 dekabr 22:05
- Veysəloğlu Şirkətlər Qrupu...30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)
23 dekabr 21:02
- ŞOOK - Minimum aylıq əməkhaqqı artırıldı- Sərəncam
23 dekabr 20:14
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25