YAP-ın qəzeti deputatı “yıxdı-sürüdü” - “Yarımçıq iqtisadçı...”

"Yeni Azərbaycan” qəzetində millət vəkili Vahid Əhmədovla bağlı geniş tənqidi material yer alıb.
"Qafqazinfo" xəbər verir ki, yazıda Vahid Əhmədovun iqtisadi proqnozları və keçmişi ilə bağlı məqamlara toxunulub:
““Sən kimsən, Vahid Əhmədov?” sualının konkret cavabını tapmaq əsla mümkün deyil. Son 25 il - ötən əsrin 90-cı illərindən bu günümüzədək olan tarix orta və yaşlı nəslin şahidliyi ilə yazılıb. Bu müddətdə çox hadisələr baş verib, sular durulub, kimin kim olduğu üzə çıxıb, siyasətə yeni simalar gəlib, bəziləri isə, təbii ki, səhnədən gediblər. Vahid Əhmədovla bağlı məqamlar da yaddaşlardan silinməyib. Respublikamızda məlum siyasi hadisələr baş verib. Vahid Əhmədov isə bir qayda olaraq öz havasını çalıb, mahnısını oxuyub və şəxsi mənini həmişə kölgədə saxlamağı bacarıb. Adam bir şəxsin hamının “dostu” olmasına heyrət etməyə bilmir. Bir baxın, keçmiş sovet rejiminin məmuru ötən əsrin 90-cı illərinin əvvəllərində xalq hərəkatının önündə gedən “azadlıq, müstəqillik” aşiqinə çevrildi, gah “mütəllibovçular komandasında” yer aldı, gah da “cəbhəçilər”in, “müsavatçılar”ın qanadının altına sığındı, onlardan vəzifə aldı. Son illərdə verdiyi açıqlamalardan da belə bəlli olur ki, onun siyasi əqidəsi yenə də möhkəmlənməyib, püxtələşməyib və hər zaman yeni bir dəstədə təmsil olunmağa hazırdır.
Keçmiş zavod direktoru hakimiyyətin yüksək eşelonuna necə yol tapdı?
Vahid Əhmədovun fəaliyyətinin ştrixlərinə nəzər saldıqda onun siyasi “portreti” göz önündə daha açıq şəkildə canlanır. İqtisadi “mülahizələrində” hər zaman sətiraltı da olsa təxribata meyillənmək, ara qızışdırılmasına xidmət etmək, arxasında heç bir nəzəri və praktik əsasın dayanmadığı halda hər şeyi qara rəngə boyamaq, bir sözlə, “zorən iqtisadçı” vəzifəsini həyata keçirmək Vahid Əhmədovun “iqtisadi-siyasi” fəaliyyətinin özəyini təşkil edib və hazırda da etməkdədir. Bu mənada, “yarımçıq və qərəzli iqtisadçılığı”nı özünə “siyasi zireh” edən Vahid Əhmədovun müstəqilliyin ilk illərində Azərbaycanın siyasi hakimiyyətinə necə yol tapması özü sual doğururdu. Bu, çox maraqlı bir detaldır və əslində prosesə nəzər saldıqda tarixi xronologiya özü V.Əhmədovun kimliyini ortaya qoyur. Zavod direktorluğundan o dövrün Nazirlər Sovetinə, yəni siyasi hakimiyyətinə yol tapmış V.Əhmədovun tərcümeyi-halına nəzər saldıqda onun bu gün “iqtisadi proqnozlar” verməyə mənəvi haqqının çatmadığının şahidi oluruq. Bu fikri doğuran əsaslı səbəblər mövcuddur.
Vahid Əhmədovun “siyasi elastikliyi”, bir sözlə, dövrün tələbinə uyğun olaraq lazımi formanı və rəngi alması kimi özəllikləri çoxlarına bəllidir. Bu şəxs özü də etiraf edir ki, ötən əsrin 90-cı illərinin əvvəlində kimin hakimiyyətə gəlmək ehtimalı olubsa, onunla arasını yaxşı edib. KİV-ə müsahibələrində, bir tərəfdən, Ayaz Mütəllibovla isti münasibətdə olduğunu deyən V.Əhmədov, digər tərəfdən də, AXC rəhbərliyi ilə aranı “düzəltdiyini” söyləyib. O, açıqlamalarının birində qeyd edirdi ki, nəinki Baş nazirin müavini olduğu zamanlarda, hətta zavod direktoru kimi də AXC-”Müsavat” cütlüyünə yaxından kömək göstərirmiş. Hətta 1992-ci ilin may hadisələri zamanı Mütəllibov AXC ilə danışıq aparmaq üçün məhz Vahid Əhmədovu “göndəribmiş”. İkincinin dediyinə inansaq, o, bu danışığa gecikib. Amma sonradan vəzifə nərdivanında yüksəlməsi onun bu görüşə təsadüfən və ya qəsdən gecikmə ehtimallarını gündəmə gətirir. Hər halda, bu gecikmənin ardından Vahid Əhmədov daha yüksək vəzifə ilə “ödülləndirilir”...
Yarımçıq iqtisadçının özünü doğrultmayan gülünc proqnozları
O ki qaldı Vahid Əhmədovun özünü cəmiyyətə iqtisadçı ekspert qismində təqdim etməsinə, Milli Məclisdə iqtisadi sektora aid aparılan müzakirələrdə bir qayda olaraq fəallıq göstərməsinə, onun fəallığı, “iqtisadçılığı” primitiv təkliflər verməkdən və narazılıq ifadə etməkdən uzağa getmir. Ölkədə ötən ilin əvvəlindən başlayaraq meydana çıxan yeni çağırışlara adekvat islahatlar aparılır. İqtisadi sektorun müxtəlif istiqamətlərini əhatə edən bu islahatlar artıq səmərə verməyə başlayıb və iqtisadiyyatımızda sabitlik təmin olunub. Ancaq gəlin millət vəkili Vahid Əhmədovun zamanında nümayiş etdirdiyi çabalamaları yada salaq. O, Milli Məclisin tribunasından, saytlardan, qəzet səhifələrindən başlanan islahatlara qarşı əsassız arqumentlər irəli sürür, müxtəlif iqtisadi “nəzəriyyələrlə” islahatların əhəmiyyətini, lazımi səmərə verməyəcəyini və yaxud islahatların icra mexanizmlərinin düzgün olmadığını “əsaslandırmağa” çalışırdı. Vahid Əhmədovun vurnuxmalarından asılı olmayaraq ölkəmizdə islahatlara başlanıldı, dəyişikliklər də göz qabağındadır. Dəyişməyən isə Vahid Əhmədovun xislətidir. O yenə də atəş hədəfi axtarır, narazılığını ifadə edir. Vahid Əhmədov özünü hamıdan ağıllı göstərməyə çalışaraq iqtisadi inkişafın permanentliyi, islahatların tədricən səmərə verməsi kimi hər kəsə bəlli olan sadə həqiqətləri də cəmiyyətə tənqidi notlarla çatdırmağa səy göstərir. O, böhrandan sonrakı ilk vaxtlarda əldə olunan uğurlara, çətinliklərin tədricən dəf edilməsinə hiss olunacaq bir qısqanclıqla yanaşaraq yenə də ağ paltardakı qara ləkələrdən bəhs edir. Ondan soruşmaq istəyirsən: Kim daha böyük nəticələrin əldə olunmasını istəmir? Məgər dövlətin siyasi iradəsi ona yönəlməyibmi ki, Azərbaycan qlobal böhranın təsirini daha az hiss etsin və ölkəmiz xarici mənfi təsirlərə daha artıq dərəcədə müqavimət göstərə bilsin? Vahid Əhmədov qlobal iqtisadi proseslərdən o dərəcədəmi bixəbərdir ki, Azərbaycanın indiki şəraitdə qazandığı uğurları şübhə altına alsın? Məgər “iqtisadçı ekspert” bilmirmi ki, indiki kataklizmlər dövründə iqtisadiyyatda miqyası kiçik rəqəmlərlə ölçülsə də, hansısa uğurlara imza atmaq çox çətindir? Bəs Vahid Əhmədov niyə ağzına su alaraq qlobal reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksək qiymətləndirmələrindən, ölkəmizdə 2017-ci, 2018-ci və 2019-cu illərdə ümumi daxili məhsul istehsalının artacağını proqnozlaşdırmalarından bir kəlmə də olsun danışmır?
Əhmədov müqayisələr apara bilmir?
Vahid Əhmədovun qeyri-iqtisadi məntiqə söykənən açıqlamaları iqtisadi təxribatdır
Əlbəttə, Vahid Əhmədovun “menyusunda” iqtisadi perspektivlərlə bağlı “proqnozlar” da saysız-hesabsızdır. Sanki xarici mənfi təsirlərin yaratdığı və bir çox çətinliklərlə müşayiət olunan şəraitdə onun əlinə fürsət düşüb - hamını qaralayır, böhran meyillərinin dərinləşəcəyini deyir, ölkənin, əhalinin çıxılmaz vəziyyətə düşəcəyinin anonsunu verir... Lakin Vahid Əhmədovun proqnozlarının yeganə “əsası” varsa da, o da yenə də populizmdir. Onun dediklərində zərrə qədər də olsa, elmi-iqtisadi əsaslandırma yoxdur. O, ənənəvi ampluasında qalaraq heç nəyə yaramayan proqnozları ilə insanlarda bədbinlik yaratmağa, cəmiyyəti ümidsizliyə sürükləməyə çalışır.
Ötən il Azərbaycanda devalvasiyadan sonrakı mərhələdə görülən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında ciddi sabitləşmə meyllərinin müşahidə olunduğu bir vaxtda görünür, proseslərin bu cür müsbət məcrada inkişafı Vahid Əhmədovu narahat edib ki, o, ictimai rəyi manipulyasiyaya məruz qoymaq üçün dərhal növbəti bədbin “proqnozunu” dövriyyəyə buraxdı. Vahid Əhmədov ötən ilin dekabrında verdiyi açıqlamasında doların 2 manata qədər bahalaşacağını (?) bildirmişdi. Budur, aradan 6 aya qədər vaxt keçib və V.Əhmədovun arzuladığı bahalaşma dalğasından söhbət belə gedə bilməz. Əksinə, son dövrlərdə manatın dollara nəzərən möhkəmlənməsi prosesi müşahidə edilməkdədir.
Yaxud Vahid Əhmədovun ötən ilin noyabr ayında guya 2017-ci ilin daha çətin və ağır il olacağı ilə bağlı cəmiyyətdə narahatçılıq yaratmaq məqsədilə səsləndirdiyi fikirləri də bumeranq effekti kimi özünə qayıtmaqdadır. Çünki 2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Bunu sözügedən dövrdə iqtisadi prosesləri ifadə edən rəqəmlər də təsdiqləyir. Məsələn, cari ilin ilk rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olub. Bu dövrdə kənd təsərrüfatı 3,5 faiz artıb. Birinci rübdə ölkəmizin valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 38,5 milyard dollardır. Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz artıb.
Göründüyü kimi, V.Əhmədovun bu proqnozu da boş çıxıb. Bu kimi fikirlərin gündəmə gətirilməsi şübhə yoxdur ki, özünü ekspert adlandıran şəxsin iqtisadi sahədəki biliklərinin kasadlığından irəli gəlməklə yanaşı, həm də bir daha onun təxribatçı fəaliyyətinin ifadəsi kimi də qəbul oluna bilər.
Tarixdən də bəlli olduğu kimi, ziyalılar, nüfuz sahibi olan insanlar cəmiyyətdə həmişə aparıcı, stimulverici bir qüvvə kimi çıxış ediblər. Onlar inkişafın hansısa çətin dönəmlərində milli mənafe naminə səfərbər olunaraq reallığı düzgün qiymətləndirməklə cəmiyyəti pozitiv əhval-ruhiyyəyə kökləyiblər, insanları bədbinliyə qapılmağa qoymayıblar. Özünü iqtisadçı ekspert sayan Vahid Əhmədovun timsalında isə biz qeyri-ciddi, heç bir iqtisadi əsaslandırması olmayan populist açıqlamaları ilə insanları çaşdıran təxribatçı bir simanın şahidi oluruq. Azərbaycan cəmiyyəti çox haqlı olaraq onun daşıdığı yüksək statusu ilə bir araya sığmayan təxribatçı çıxışlarını qətiyyətlə pisləyir".
***
Deputat sözügedən tənqidi yazı ilə bağlı BakiPost.az-a açıqlama verib. O, yazının kiminsə sifariş olduğunu qeyd edib:
"Mən hər zaman öz mövqeyimi bildirən bir adamam. Azərbaycan cəmiyyəti məni yaxşı tanıyır, həmişə dövlətçiliyə bağlı olmuşam, müstəqilliyə səs vermişəm. Bütün çıxışlarım və fəaliyyətim göz qabağındadır. Bu, ola bilsin ki, kiminsə sifarişidir”.
Onun sözlərinə görə, bu sifarişin hökumət üzvlərindən gəldiyinə inanmır: "Mənim hökumət üzvləri ilə normal münasibətlərim var, "Şöhrət” ordeni almışam.
Görünür ki, çıxışlarım kimlərinsə xoşuna gəlmir. Kimin mövqeyi nədən ibarətdir, özü bilər. Mən mətbuata, insanlara açıq adamam, əhali ilə təmasdayam. Jurnalistlər hamısı məni yaxşı tanıyır”.
Deputat bu məqalənin son zamanlar bank sektoru ilə bağlı etdiyi çıxışlardan irəli gəlməsi ehtimalına belə münasibət bildirib:
"Mən bank sektorunda baş verənlərdən danışıram, hökumətə təkliflərimiz olur. Prezidentin tapşırığı ilə bankların sağlamlaşdırılması istiqamətində iş gedir, bizim də öz təkliflərimiz olur”.
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
9 aprel 2025 15:28
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
2 aprel 2025 15:01
- Şeyxə görə məni niyə narahat edirsiz? - Paşazadədən sərt açıqlama
30 mart 2025 16:32
- Millət vəkili Elşad Musayev vətəndaşları qəbul etdi
29 mart 2025 15:41
- Eks- deputаt Hacı Qalib 55-ci dəfə Həccə getdi
26 mart 2025 21:42
- ABŞ-ın Ermənistandakı səfiri MƏHKƏMƏ qarşısında ....
26 mart 2025 13:54
- Küçə itlərindən sabun istehsalı üçün xammal kimi istifadə etmək...-TƏKLİF
26 mart 2025 00:45
- Deputat Əli Məsimlinin Qax rayonuna növbəti səfəri
25 mart 2025 15:43
- Yeltsin Primakovu varis statusundan niyə məhrum edib? – Putinin əvəzinə prezident o olsaydı...
24 mart 2025 17:47
- Qorbаçovun hаkimiyyətə GƏLMƏSİNDƏ və SSRİ-nin DAĞILMASINDA Rokfeller KLANININ ROLU
23 mart 2025 20:25
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35