- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
Bakının mərkəzində 6 milyon manata mənzili kim və kimdən alıb?
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
" virtualaz.org xəbər verir ki, mayın 18-də iclasın əsas hissəsi Bakıdakı məşhur mağazalar şəbəkəsinin sahibi, zərərçəkmiş Zabil Salmanovun ifadəsi üzrə təqsirləndirilən Sübahir Qurbanovun vəkili Adil İsmayılovun zərərçəkmişə sualları və həmin suallara verilən cavablara həsr olundu.
Xatırladaq ki, Zabil Salmanov Bakının mərkəzində fəaliyyət göstərən “EUROMODA”, “RAMSEY”, “FAİK SÖNMEZ”,“ENJOYMENT”,“KIP”, “FLO”, “OUTLET” və başqa bir sıra mağazaların sahibidir və MTN əməkdaşlarının ondan zorla 437 min manat aldıqlarını iddia edir.
Vəkil Aslan İsmayılov amili
Vəkil Adil İsmayılovun sualına cavab verərək, zərərçəkmiş Zabil Salmanov bildirdi ki, istintaqın gedişində Ağır Cinayətlərə dair İstintaq İdarəsinə ifadə vermək üçün vəkili Aslan İsmayılovla getsə də, vəkilinin ifadə verilməsi prosesində iştirakına icazə verilməyib. Z.Salmanovun sözlərinə görə, müstəntiq Orxan Babayev bildirib ki, vəkil Aslan İsmayılov içəri daxil ola bilməz və bu məsələ ilə bağlı mübahisə yaranıb.
Adil İsmayılovun “Zabil müəllim, sizin MTN-ə aparılmağınızda Aslan İsmayılovla əlaqələrinizin bir rolu olubmu? Yəni sizi məhz buna görə MTN-ə aparmayıblar ki?” sualına zərərçəkmiş belə cavab verdi: “Xeyr, ona görə aparmayıblar. Amma mənə orada bildirildi ki, Aslan İsmayılovla əlaqələri kəsim”.
Vəkil zərərçəkmişə Aslan İsmayılovla bağlı daha bir sual verdi: “Sizin MTN-dən sərbəst buraxılmağınızda Aslan İsmayılovun kiməsə zəng edib xahiş etməsinin bir rolu olub?” Bu sualı cavablandırarkən Zabil Salmanov bildirdi ki, sərbəst buraxılandan sonra vəkil Aslan İsmayılov ona bununla bağlı bəzi adamlarla danışdığını bildirib.
Devalvasiyadan sonra valyuta manata çevrildi
Ötən iclaslarda zərərçəkmişlər Zabil Salmanovla Azər Zakirov ifadələrində bildirmişdilər ki, 2015-ci ilin mart ayının 3-də onlar “Sultan” kafesinin yaxınlığında təqsirləndirilən Füzuli Əliyevlə görüşərək, sonuncunun tanışı olan Nemət adlı şəxsin çalışdığı valyutadəyişmə məntəqəsinə gediblər və iddia olunduğu kimi, Z.Salmanovun ofisindən götürülmüş valyutanı manata dəyişiblər.
Zərərçəkmiş həmin ifadəsini təsdiq etdiyini bir daha bildirdikdən sonra Adil İsmayılov ona sual verdi: “Bu hadisə manatın fevral ayının 21-də ilk dəfə devalvasiyaya uğramasından cəmi 2 həftə sonraya təsadüf edir. Sizcə, manatın sürətlə ucuzlaşmağa başladığı həmin dövrdə MTN əməkdaşları valyutanı manata niyə dəyişirdilər?” Zabil Salmanov bu suala belə cavab verdi ki, ona bütün pulların manata çevrilməsinin zəruri olduğu bildirilib və bunun səbəbini bilmir.
“Bu işin əslində necə olmasını mən də yaxşı bilirəm, siz də, Füzuli Əliyev də. Yəni bir az nəsə alınmır bu məsələ, amma olsun. Siz yenə də iddia edirsiniz ki, pullar Füzuli Əliyevdə qalmışdı”, - Adil İsmayılov valyutadəyişmə ilə bağlı fikirlərini yekunlaşdırdı.
6 milyonluq mənzil necə alınıb-satılıb?
Vəkillə zərərçəkmiş arasında sual-cavabın, fikrimizcə, ən maraqlı epizodunu olduğu kimi, dialoq şəklində diqqətinizə çatdırırıq:
Adil İsmayılov: Sizin MTN-ə aparılmağınızın Rəşad Məmmədovla hər hansı bir əlaqəsi varmı?
Zabil Salmanov: Məncə, yox. İlk dəfə aparılmağımda onun bir rolu olmayıb.
A.İsmayılov: İkinci dəfə may ayında çağırıldığınız zaman olub?
Z.Salmanov: Mən sizə deyim. O vaxt Rəşad Məmmədovun həbsinə hazırlıq gedirdi. Mənə bildirildi ki, ona qarşı ifadə verim. İfadə məndən zorla alındı, halbuki, aramızda olanlara baxmayaraq, mənim Rəşad Məmmədovdan şikayət etmək fikrim yox idi.
A.İsmayılov: Cinayət işində olan sənədlərə əsasən, 2013-cü ilin noyabr ayının 5-də Nizami küçəsi, 44-də yerləşən mənzil 6 milyon manata Rəşad Məmmədova satılıb. Lakin notariusda bu məbləğ 600 min manat kimi göstərilib. 6 milyon manatın 4 milyon 700 min manatı verilib. Bunun 1 milyon manatı nağd, 3 milyon 700 min manatlıq hissəsi isə mənzilin girovda olduğu banka ödənilərək, girovluqdan çıxarılıb. 1 milyon 300 min manat ödənilməmiş qalıb. İfadənizdə bildirmisiniz ki, Eldar Mahmudov vəzifəsindən çıxarılandan dərhal sonra Füzuli Əliyevə zəng edib demisiniz: mənim pulumu aldınız, vəd etdiyiniz pulu isə geri qaytarmağa kömək etmədiniz. MTN-də kimsə Rəşad Məmmədovdan pulu alaraq sizə qaytaracağına söz vermişdi?
Z.Salmanov: Birincisi, mənə Rəşad haqqında şikayət ərizəsi güclə yazdırılıb. İkincisi, kredit bağlanandan sonra 1 milyon manat mənə nağd verilməyib. 950 min manata Hüseyn Cavid prospektində yer alındı, onun ön hissəsi tikilməli idi və elə indi də o obyektin qabağı bağlıdır və tikilməmiş qalıb.
A.İsmayılov: Deməli, 1 milyon 300 min manat borc qaldı.
Z.Salmanov: Mən bildirdim ki, yaxşı, siz Rəşadı həbs etdiniz, bəs mənim pulumu kim qaytaracaq? Mənə dedilər ki, biz sizin pulunuzu alıb verəcəyik. Konkret olaraq, bu sözü mənə Füzuli Əliyev dedi. Hətta mənim ona göndərdiyim SMS də var ki, yazmışam: “Ay Füzuli, onlardan alacağımı da ala bilmədim, bu iş necə olacaq?”
A.İsmayılov: Bu günə olan vəziyyətə həmin pul qayıdıb, ya yox?
Z.Salmanov: Xeyr, qayıtmayıb.
A.İsmayılov: İndi o pulu Füzuli Əliyevdən tələb edirsiniz?
Z.Salmanov: Xeyr, mən heç istəməzdim ki, bu işlər belə olsun. Füzuli Əliyevdən o pulu istəmirəm. O pulla bağlı Rəşadla anlaşmamız var – ev tikəcək, mənə oradan mənzil veriləcək.
İstintaq zamanı nə baş verib?
Vəkil Adil İsmayılov bildirdi ki, cinayət işinin materiallarının arasında vəkil Aslan İsmayılovun ölkə rəhbərliyinə ünvanladığı ərizə var. Həmin ərizədə Aslan İsmayılov göstərir ki, Eldar Mahmudov vəzifəsindən uzalaşdırıldıqdan dərhal sonra sözügedən cinayət işi üzrə istintaqı aparan MTN-in istintaq idarəsi və prokurorluq əməkdaşları zərərçəkən Zabil Salmanovu müdafiə etmək əvəzinə, əksinə, onu cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələməyə başlayıblar.
“Prokurorluqda sizi hədələyiblər ki?” – Adil İsmayılov bu sualla zərərçəkmişə müraciət etdi. Zabil Salmanov bu suala cavabında bildirdi: “Mümkünsə, çox dərinə getməyək. Mən bu barədə danışmaq istəmirəm”.
“Regionun yeganə kiber-kriminalisti” ifadə verdi
Epizodla bağlı ifadə vermiş ləğv olunmuş MTN-in kömpüter mütəxəssisi vəzifəsində işləmiş Hacıağa Hacı bildirdi ki, o, nəinki Azərbaycan, həmçinin bütün rehion üzrə yeganə kiber-kriminalistdir və 25-dən çox ölkədə Azərbaycanı təmsil edib, bir sıra beynəlxalq qurumların sertifikatlarının sahibidir.
Onun sözlərinə görə, MTN-in bəzi əməliyyatlarının gedişində iştirak edib və əsas etibarilə kompüterlərin və serverlərin araşdırılması və götürülməsi ilə məşğul olub.
Vəkillərin sualına cavab olaraq şahid qeyd etdi ki, MTN-də işlədiyi dövrdə rəhbərliyin ona tapşırdığı bütün işləri yerinə yetirməyə çalışıb: “Biz hərbçi idik və rütbəcə yuxarı olan rəhbərlərimizin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirirdik”.
“Sizə verilən tapşırıqlara dair məhkəmə qərarının olub-olmaması ilə maraqlanırdınızmı?” sualına isə Hacıağa Hacı belə cavab verdi: “Tapşırığı aldıqdan sonra onunla bağlı sorğu-sual etmək hərbçinin nə dərəcədə sədaqətlə xidmət etməsini sual altına qoyur. Mən belə sual verə bilməzdim”.
“Texmarin LTD”nin baş mühasibi MTN əməkdaşları barədə
Zərərçəkmiş, “Texmarin LTD”də baş mühasib işləmiş Mətanət Allahverdiyeva ifadəsində bildirdi ki, 2015-ci ildə MTN əməkdaşları onların ofisinə gələrək, bir neçə əməkdaşla birlikdə onun da nazirliyə getməli olduğunu deyiblər:
“Məni nazirlikdə cəmi 15 dəqiqə saxladılar. MTN əməkdaşlarından heç bir şikayətim yoxdur və heç bir zərər çəkməmişəm. Əksinə, yolda gördülər ki, həyəcanımdan maşını sürə bilmirəm, dedilər, xanım, icazə verin, avtomobili biz idarə edək. Nazirlikdə isə Füzuli Əliyev dedi ki, mənim zabit şərəfim imkan verməz ki, sizi burda saxlayım və məni sərbəst buraxdı. Bizimlə çox mədəni davranırdılar”.
Vəkillərin “İttiham aktında göstərilir ki, MTN əməkdaşları sizə qarşı zor tətbiq edib və hədə-qorxu gəliblər. Bunu təsdiq edirsinizmi7” sualına cavab olaraq zərərçəkmiş bildirdi: “Nə danışırsınız? Çox mədəni davranırdılar. Füzuli Əliyevin mənə qarşı alicənab münasibətini isə ömrümün sonuna kimi unutmaram”.
Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov növbəti iclasın çərşənbə axşamı, mayın 23-də keçiriləcəyini elan etdi.
NUH.az
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 2024 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 2024 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 2024 23:59
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 2024 21:25
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 2024 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 2024 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 2024 12:05
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37