Baş həkim istefa ərizəsi yazıb rayondan qaçdı - İcra başçısıyla nazir üz-üzə
Siyasət16 may 2017 00:21

Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rövşən Pənahov istefa verib.
BakiPost.az-ın əldə etdiyi məlumata görə, o rəsmi olaraq işdən çıxarılmasa da, artıq 1 aya yaxındır ki, işə gəlmir. Bildirilir ki, onun işdən çıxmasına səbəb rayonun icra başçısı Mahir Quliyevlə arasında yaranmış problemdir. Problemə səbəb kimi isə başçının ondan rayonun bəzi xərcləri qarşılamasını istəməsi olub. Buna razı olmayan baş həkim isə ərizə yazaraq, işdən uzaqlaşmaq istəyib. Onun hətta rayondan qaçdığı barədə də informasiyalar dolaşır.
Digər məlumata görə, M. Quliyev artıq xəstəxananın baş həkimi postunda görmək istədiyi 2 şəxslə bağlı nazirliyə təqdimat göndərib. Lakin nazirlik heç birini bu posta təsdiqləməyib.
Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən Rövşən Pənahov işdən çıxması üçün ərizə yazdığını təsdiqləyib: "Aprel ayının 17-də Səhiyyə Nazirliyinə səhhətimlə əlaqədar olaraq işdən azad olunmağımla bağlı ərizə təqdim etmişəm. Başımda ağrılar var, ona görə də işdən çıxmaq qərarı almışam. Ərizəmi icra hakimiyyətinə də bu gün təqdim etmişəm. Yəqin ki, təsdiqləyəcəklər”.
59 yaşlı baş həkim icra başçısıyla arasında problem olmasıyla bağlı yayılan xəbərlərə belə cavab verib: "Heç bir problem yoxdur. Əksinə, icra başçısı məni işdə saxlamağa çalışdı. Amma səhhətim yol vermir. Başçıyla mənim nə problemim ola bilər ki?”
Rövşən Pənahov yerinə təyinat məsələsindən xəbərsiz olduğunu deyib.
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova isə əməkdaşımızın bu məsələ ilə bağlı sualına sərt reaksiya verib: "Ordan-burdan eşitdiyiniz xəbərə görə mənə zəng etmisiniz? Mən nə bilim ki, siz jurnalistsiz, jurnalist telefonla əlaqə saxlamaz. Bundan əlavə, peşəkar jurnalist bu mövzu ilə bağlı məni narahat etməli deyil. Şou-biznes deyil ey, sən icra hakimiyyətindən danışırsan. Bu elə məsələdir ki, mən sizi dinləyə bilmərəm, gələrsiniz icra hakimiyyətində danışarıq”.
Xatırladaq ki, Rövən Pənahov bu vəzifəyə ötən ilin iyul ayında təyin olunmuşdu. O, bu təyinata kimi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Uşaq Poliklinikasının müdiri olub.
NUH.az
Oxşar xəbərlər
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
9 aprel 2025 15:28
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
8 aprel 2025 23:45
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
7 aprel 2025 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
7 aprel 2025 21:58
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
7 aprel 2025 11:43
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
7 aprel 2025 10:50
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
6 aprel 2025 20:16
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
4 aprel 2025 23:01
Xəbər lenti
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
Video & Fotoqalereya
Video
Fotoqalereya