Beynəlxalq Bankın milyardlarla dollar kreditini qaytarmayan kimlərdir?

Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici borcunun müəyyən hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi yolu ilə bankın sağlamlaşdırılmasının növbəti mərhələsinə başlanılıb.
Diqqəti cəlb edən Beynəlxalq Bankın dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin bir hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsidir. Bu məqsədlə kreditorların xeyrinə xarici valyutada dövlət istiqrazlarının verilməsi nəzərdə tutulur.
İqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, Beynəlxalq Bankın sağlamlaşdırılmasına dövlət milyardlarla manat xərcləyirsə, proses çox şəffaf keçməlidir:
“Problemli aktivlərin alınması ilə bağlı ən xırda detallar, bütün informasiyalar dövri (həm də operativ) hesabatlar vasitəsilə açıqlanmalıdır. Məsələn, bir neçə sual var ki, onun cavabını indiyədək yayılan məlumatlarda görə bilmədim. Belə ki, 1 yanvar 2016-ci il tarixə (2 ardıcıl devalvasiyadan və aktivlərin yenidən qiymətləndirməsindən sonra) bankın problemli aktivkərinin dəqiq məbləği nə qədər olub? Ümumilikdə indiyədək "Aqrarkredit"ə ötürülən 10 milyard manat, yoxsa daha çox? Hətta 10 milyard manatdırsa, bu fəlakətli bir məbləğdir. Çünki bu məbləğ Bankın 1 yanvar 2016-cı il tarixli aktivlərinin təxminən 70 faizi deməkdir. Halbuki 1981-2001-ci illərdə dünyada bank böhranları ilə üzləşən 11 ölkənin təcrübəsi göstərir ki, hökumətin sağlamlaşdırdığı banklar üzrə problemli aktivlərin ümumi bank aktivlərinə nisbəti orta hesabla 35 faizdən çox olmayıb. Məlum olduğu kimi, problemli aktivlərə ödəmə qabiliyyətli olmayan müştərilərə verilmiş, vaxtı keçmiş, əsas və faizlər üzrə ödənməyən borclar, şirkətlərin kapitalına investisiya edilmiş, sonradan həmin şirkətlərin iflası ilə bağlı tam (və ya qismən) dəyərsizləşmiş aktivlər və s. daxildir. Burda növbəti sual yaranır: Beynəlxalq Bankın problemli aktivləri yalnız qaytarılmayan kreditlərlə bağlıdır, yoxsa problemə çevrilən başqa aktivlər də var? Bu informasiyanı tam olaraq hansısa mənbədə görmək mümkündürmü?
Məlumat üçün deyim ki, 2015-ci il 1 yanvar tarixinə Beynəlxalq Bankın bütün aktivlərinin 86 faizini və ya 7.9 milyard manatı müştərilərə kreditlər təşkil edib. Nəzərə alsaq ki, hökumət Bankın bütün problemlərinin məhz 2014-cü ilin sonunadək yarandığını söyləyir, həmin məlumatdan belə nəticə çıxarmaq olur ki, problemli aktivlər əsasən qaytarılmayan kreditlərlə bağlıdır”.
Dövlətə məxsus olan nəhəng borcları qaytarmayan əsasən kimlərdir – fiziki, yoxsa hüquqi şəxslər?
Ekspert qeyd edib ki, Bankın hesabatından belə aydın olur ki, 1 yanvar 2015-ci il tarixə kreditlərin təxminən 1 milyard manatı və ya 14 faizi fiziki şəxslərlə bağlı olub:
“Yerdə qalan 7 milyard manata yaxın kredit (bütün kreditlərin 86 faizi) korporativ müştərilər olub. Korporativ müştərilərə verilən kreditləri tam yarısı - təxminən 3.5 milyard manatı isə 30 şirkətə verilib. Göründüyü kimi, kreditlərin konsentarsiyası həddən artıq yüksək olub. İndi bu sualın da cavabı aydın deyil: problemli kreditlərin yaranmasında böyük həcmli kreditlərin rolu nə qədərdir? Hər halda dövlət bankından söhbət gedirsə, borc öhdəliyini yerinə yetirə bilməyən bütün subyektlərin adı və öhdəliyinin həcmi ictimailəşdirilməlidir”.
Problemli aktivlərin arxasında olan təminatın yenidən qiymətləndirməsinin nəticələri nə göstərir və hazırda onların real bazar dəyəri problemli aktivlərin hansı hissəsini qarşılamağa yetir?
Rövşən Ağayev vurğulayıb ki, Beynəlxalq Bankın 2014-cü il üzrə hesabatına görə, korporativ müştərilərə verilən kreditlərin cəmi 796 milyon manatı təminatsız olub:
“3.5 milyard manat kredit üçün daşınmaz əmlak, 2.1 milyard manat üçün daşınar əmlak əsasında zəmanət verilib. Böhran nəticəsində bu əmlaklar ucuzlaşa bilər, amma gerçək əmlak olublarsa, hər halda onların dəyərinin hansısas hissəsi yerində olmalıdır. İndiyə qədər bu əmlakların satışı hesabına problemli aktivlərin hansısa hissəsi geri qayıdıbmı? Əlavə olaraq 1 milyard manatdan artıq kreditə korporativ zəmanət olub. Bu zəmanətlərin arxasında fors-major şəraitlərdə borc götürənə zamin duran 3-cü bir şirkətin real dəyəri olan aktivləri dayanıb. Bəs zamin duran bu şirkətlər hansılardır, onların aktivlərinin zamin durduqları borclar üçün qiymətləndirsilməsi aparılıbmı?
Statistikadan belə çıxır ki, müəssisə və şirkətlərə verilən borcların 80 faizə qədərinin arxasında real təminat olub. Amma niyə bu təminatların Bankın problemli aktivlərinin bərpasına cəlb edilməməsi aydın olmur”.
Problemli aktivlər daha çox hansı sektora verilən kreditlərlə bağlı olub? Hökumət Beynəlxalq Bankın əvəzindən nə qədər borc qaytaracaq?
Mütəxəssisin sözlərinə əsasən, 2014-cü ilin yekunlarına görə, şirkət və müəssisələr verilən kreditlərinin 3.4 milyard manatı inşaat və daşınmaz əmlak, 1.9 milyard manatı ticarət və xidmət, 1.8 milyard manatını isə istehsalla bağlı kreditlər təşkil edib:
“2015-ci ilin yekunlarına görə, Bankın 25-dək xarici banka və beynəlxalq maliyyə institutlarından cəlb etdiyi kreditlərin həcmi 1.1 milyard dollara yaxın olub. Əlavə olaraq, 500 milyon dollar dəyərində avroistiqraz buraxılışını da nəzərə alsaq, Beynəlxalq Bankın hökumətə ötürülən xarici borclarının məbləğinin 1.6 milyard dollardan az olmadığı üzə çıxır. Bir məqamı da deyim: rəsmilər tez-tez vurğulayır ki, bu cür sağlamlaşdırma dünyada bir çox ölkələrdə olub. Doğrudur olub, amma 2 mühüm fərqlə: 1) Bəzi təcrübələrdə hökumət özəl bankların problemli aktivlərini alıb, amma böhrandan çıxandan və banklar özünə gələndən sonra dövlətdən həmin aktivlərin hamısını və ya bir hissəsini geri qalmaq şərtilə. Bizim nümunədə dövlət bankından söhbət gedir, ona görə hökumətin büdcədən xərclədiyi pullar geri qayıtmayacaq; 2) Hətta hökumətin geri qayıtmayan dəstəyi şəratində hökumət prosesi tam şəffaf aparıb, cəmiyyətə gərəyindən artıq informasiya verib. Ən əsası sağlamlaşdırmadan sonra bankın normal ayaqda qalacağı üçün dəqiq hesablamalı olub. Əminlik olub ki, iqtisadiyyatın imkanları bu bankın puldan pul qazanmasına təminat verəcək. Obyektiv təhlillər göstərir ki, neftin qiymətinin yüksəlməyəcəyi təqdirdə indiki idarəetmə ilə Azərbaycanda iqtisadi fəallığın yaxın illərdə bərpa olunacağı real görünmür. Həmçinin, bank sektorunda oliqarxiya kapitalının xeyrinə yüksək təmərküzələşmənin mövcudluğu Beynəlxalq Bankı xarici kapital üçün nə dərəcədə cəlbedici ola bilər? Cəlbedici olsa belə, hökumətin az qala 10 milyard dollar xərcləyərək sağlamlaşdırdığı banka xarici sərmayədar nə qədər ödəyər? Ən azı bu sualların cavabı hökumətdə varsa, cəmiyyətə açıqlamaq çox önəmlidir”. cebhe.info
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 2025 13:37
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 2025 12:08
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 2025 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 2025 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 2025 20:58
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 2025 11:40
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 2025 23:46
- Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
11 mart 2025 21:14
- 4 MİLYАRD manat ölkədən NECƏ OĞURLANIB - Elə faktlar var ki...
11 mart 2025 16:27
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50