- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
- ŞOOK - Minimum aylıq əməkhaqqı artırıldı- Sərəncam
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
“Məni öldürmək üçün killer tutmuşdular” – Amerikada mühacirətdə olan hərbi ekspert- Video
Hərbi ekspert Ələkbər Məmmədov mühacirətdəki Amerika həyatından danışır
Qürbətdə yaşayan azərbaycanlılarla söhbət hər zaman ağrılı olur. Çoxlarına görə, onlar bizi “tərk etmiş”, “xoşbəxtliyin qapılarını açmış” şəxslər sayılırlar. Bir çoxunun içində bəzən mühacirlərə qarşı gizli qıcıq da olur. Amma... ta ki, danışana qədər. Vətən həsrətini hamıdan dərin yaşayan onlardır. Ələkbər Məmmədov kimi. Azərbaycanın tanınmış hərbi eksperti, vaxtilə jurnalistlərin ən yaxın dostu, informasiya mənbəyi...
Bəli, o da artıq Amerikadadır. Kaliforniya Azərbaycan Mədəniyyət Evinin 36-cı ildönümü münasibətilə, San Joze şəhərində keçirilən tədbirdə qarşılaşdıq. Və başladı... Azərbaycandan Amerikaya uzanan hekayənin bir-birindən maraqlı cəhətləri.
- Ələkbər bəy, yolu Amerikaya düşən hər bir azərbaycanlının bir hekayəsi var. Green Card, mühacirət, iş... Sizin hekayəniz nəyə söykənir? Necə oldu ki, yolunuz Amerikaya düşdü?
- Biz bura siyasi mühacir kimi gəlmişik. Birləşmiş Millətlər Təşkilatının qaçqınlar idarəsi səviyyəsində, siyasi mühacir kimi mandatımız təsdiq olunub. Onlar bizi bura göndəriblər. Bizim oxucular 2013-cü ili xatırlayırlar. O illərdə sonuncu fəaliyyətim hüquq müdafiəçisi, hərbi ekspert kimi olmuşdu. Əsgər ölümləri yox, əsgərlərin hərbi xidməti zamanı naməlum bir şəkildə öldürülməsi məsələsi ortaya çıxmışdı. Onların valideynləri ilə ictimai araşdırmanı aparanda xoşagəlməz faktları üzə çıxardıq. Ölən əsgərlərin daxili orqanlarının tez bir zamanda “qara bazar”a çıxarılması, ölüxanaya çatdırılması, orqanlarının çıxarılması aşkarlandı. Bu, həm Azərbaycanda, həm də ölkə xaricində ciddi səs-küyə səbəb oldu. Buna qədər Azərbaycanın insan orqanlarını “qara bazar”da satan ölkə olaraq adını hallandırması məsələsi var idi. Məsələ də qalxanda üst-üstə düşmüşdü və böyük rezonans doğurdu.
-Bu faktlar mətbuatda öz əksini tapdı. Hətta həmin ərəfələrdə “Əsgər ölümlərinə son” aksiyaları da şiddətlənmişdi. Doğru xatırlayıram?
- Bəli, doğrudur. Aksiyalar da davamlı xarakter almışdı.
-Bundan sonra nələr oldu?
“İndi Azərbaycana qayıtmaq istəsəm də, Amerika məni buraxmaz” |
- Əsgər ölümləri məsələsini 2000-ci ildən qaldırıram. ANS-də də zamanında “Nəzər nöqtəsi” verilişində, eləcə də mətbuat konfranslarında bu mövzunu qaldırırdım. Amma son olaraq 2012-ci ilin avqustun 8-də mətbuat konfransı etdik. Həmin konfransda Kifayət İsgəndərli adlı valideyn bildirdi ki, oğlu hərbi xidmət zamanı naməlum şəkildə öldürülüb. O zaman həmin valideyn tərəfindən ölmüş əsgərin orqanlarının satışa çıxarılması məsələsi gündəmə gəldi. Avqust ayında artıq bu, böyük rezonansa gətirib çıxardı. Bir neçə valideyn müraciət etdi. Onların da başına eyni işin gətirildiyi məlum oldu. Dedilər ki, fiziki baxımdan tam sağlam olan uşaqları hərbi xidmətin sonlarına yaxın naməlum şəkildə ölüb. Bu, şübhə oyatdı. Mən tələb etdim ki, dövlət səviyyəsində bir komissiya bu məsələni araşdırmalıdır. Amma bunun əvəzinə təzyiqlər başlandı. Müdafiə Nazirliyi tərəfindən guya şər və böhtanla əlaqədar mülki işlər qaldırıldı. Ondan sonra orda adı hallanan Naxçıvanın hərbi prokuroru Yaşar tərəfindən bizi susdurmaq üçün killer tutuldu. Sonra məlumat aldım ki, məni həbs etmək istəyirlər. Mən həbsdən qorxmurdum. Killerin tutulması ilə bağlı xəbəri alan kimisə isə aidiyyəti orqanlara teleqramlar vurduq. Ölkə prezidenti və onun xanımına ünvanlanan teleqramlar oldu. Amma elə bir reaksiya verilmədi. Uşaqlarıma hücumlar oldu. Oğluma qarşı başlandı öncə. Amma uşaq universitetdə oxuyurdu deyə bir az ehtiyat elədim ki, sonradan ona qarşı hər hansı təzyiqlər olar. Sonradan qızıma qarşı oldu. Aprelin 28-də baş verdi. Ondan sonra qəti qərara gəldim ki, ölkədən gedim.
- Bu təzyiqlər, xəbərdarlıqlar açıq mətnlə oldu?
- Xeyr, dostlar xəbər verdilər.
- Sizi nə gözləyirdi?
- Həbs. Bu siyahıda hüquq müdafiəçiləri də vardı, ictimai xadimlər də. Əvvəl inanmadım. Düşündüm ki, jurnalistin həbsi bir cür səs-küy doğurur. Siyasətçinin, hüquq müdafiəçisinin həbsi isə başqa cür səs-küy doğurur. Ondan ötrü gərək prezidentin göstərişi olsun. O olmasa heç kimin hünəri çatmaz ki, hüquq müdafiəçisinə qarşı nəsə edilsin. Mənə bildirildi ki, artıq yüksək instansiyadan buna razılıq verilib. Hətta xəbəri belə verdilər ki, “sizin həbsinizə hazırlıq elə səviyyədə gedir ki, hətta mətbuat da bunu işıqlandırmayacaq. Sizi gözdən salma kampaniyası gedir”. O dövrdə hüquq müdafiəçilərinə qarşı təzyiqlər olmuşdu. Amma hüquq müdafiəçisinin həbsi o qədər geniş vüsət almamışdı. Əvvəl arxayın idim ki, hakimiyyət belə addım atmaz. Amma sonradan xəbərin bir neçə mənbədən gəldiyini görəndə düşündüm. Hər halda mən hərbçi, poqon daşıyan adam olmuşam. Hardasa tanışlar, dostlar var. Hörmətlə yanaşırdılar. Hamının uşağı hərbi xidmət keçir və hamı da bilirdi ki, məsələ nə yerdədir. Bir mənbədən isə xəbər gəldi ki, hətta killer tutulub. Naxçıvanın hərbi prokuroru Yaşarın orda danışıq aparıb, killer tutması ilə bağlı xəbərlər yayılmışdı. Mən bununla bağlı mətbuat konfransı keçirdim, müvafiq müraciətlər etdim. Amma yenə heç bir reaksiya olmadı.
- Burda hətta məhkəməniz də gedirdi.
- Bəli. Məhkəmədə iştirak edən jurnalistlər də görürdülər ki, orda hakim mənə qarşı ittihamçı rolunda çıxış edir. Ora dəvət etdiyim şahidlər dindirilmirdi. İddianın müəllifi olan əsgər valideynlərinin dediklərini nəzərə almırdı. Mən deyirdim ki, komissiya təşkil olunsun. Amma bu tələblərin heç birinə əhəmiyyət verilmirdi. Ondan sonra təhlükədə olan bəzi dostlarla da görüşüb xəbərdarlıq etdim. Qərara gəldim ki, getmək lazımdır. Yanvarın 12-də gənclərin keçirdiyi izdihamlı aksiyada problemlərini qaldırdığım valideynlər də iştirak etmişdi. İkinci belə bir aksiyanın martın 10-da keçirilməsi planı vardı. O zaman məlumat aldım ki, o aksiyanı təşkil edən gəncləri və məni ya aksiyadan əvvəl, ya da sonra həbs etmək istəyirlər. Qızımla bağlı internet vasitəsilə, Daxili İşlər Nazirliyinə müraciət etdim, hadisəni təsvir etdim. Amma təhlükə get-gedə böyüyürdü. Mart ayının sonunda qərara gəldim ki, hazırlaşaq gedək.
- Qızınıza qarşı təzyiqin detallarını deyə bilərsiz?
“Qızımı yolda bıçaqla qorxutdular” |
- Qızıma küçədə basqın oldu. Bütün qonşular da, çevrəmiz də təxmin etdi ki, bu, mənimlə bağlıdır. Basqın edən şəxslər dedilər ki, atana de sussun, danışmasın. Qızım qışqırdı, qonşular da çıxdılar bayıra. Bıçaqla qorxutdular qızımı. Qonşuların çıxdığını görüb, həmin adamlar da qaçıblar. Qızım da birbaşa gəlib evə. Anasına tapşırmışdım ki, heç vaxt qapını bağlı saxlamasın. Uşaq gələn kimi qapının ağzında qalmasın. Elmar Hüseynovun qətlindən sonra - qapısının ağzında öldürüldüyü üçün gözüm qorxmuşdu. Elmarla da yaxın idim mən. Ona da xəbərdarlıq etmişdim ki, ehtiyatlı olsun, aradan götürüləcəyi ilə bağlı xəbərlər var.
- Ölkədən çıxış hekayəniz də maraqlıdır. Azərbaycanlılar daha çox yaşamaq üçün Avropanı seçirlər. Sizin tərcihiniz fərqli oldu.
- Məndə bu proses təbii alındı. Elə vəziyyət yarandı ki, mütləq Azərbaycandan çıxmaq lazım idi. Hara getmək isə məsələnin ikinci tərəfi idi. Azərbaycandan çıxanda sözsüz ki, hara gedəcəyimizi bilmirdim. Qatarda olanda Azərbaycanla əlaqə saxlayırdım. O zaman mətbuat yazmışdı ki, “Ələkbər Məmmədov Avropadadır”. Amma o vaxt mən Avropada deyildim. Rusiyaya gedə bilməzdim. Orda dəfələrlə kimlərinsə Azərbaycan tərəfinə qaytarılması məsələsi olmuşdu. Türkiyə də həmçinin. Yaxşı ki, ora getməmişəm. Jurnalist Rauf Mirqədirovu Türkiyə həbs etdi və Azərbaycana qaytardı. Həmçinin də Gürcüstan. Yeganə ölkə qalırdı - o da Ukrayna. Az-çox orda demokratik quruluş var idi. Ukrayna siyasi əlaqələr baxımdan MDB ölkələri ilə o qədər də sıx əlaqələrdə deyildi. Məqsədli olsaydı, mən də bir Avropa ölkəsi seçərdim. Elə alındı ki, Ukraynada BMT-in Qaçqınlar üzrə Komitəsinə müraciət etdik. Bu prosedurları biz etdik. Orda bizim siyasi mühacir mandatını təsdiq elədilər.
- Orda nə qədər qaldız?
- 3 il yarım.
- Bəs onlar niyə sizi məhz Amerikaya göndərdilər?
- Dedilər ki, Amerika ilə razılaşma var. Ziyalı ailələrin bu ölkəyə verilməsi ilə bağlı razılaşma var.
- O zaman sizin Amerikaya gəlişiniz 2016-cı ilə təsadüf edir.
- Bəli. 2016-cı ilin sentyabrında gəldik.
-Heç bir iliniz tamam olmayıb. O zaman sizin bura öyrəşmə sürəciniz davam edir.
- Deyim ki, burada bizi açıq əllə, gül-çiçəklə heç kim gözləmirdi. Təbii ki, Azərbaycan hakimiyyəti “gedənlərin aqibətini görürsünüz də” desin istəmirəm. Amma demək istəyirəm ki, çox çətinliklərlə üzləşdik. Həm Ukrayna Miqrasiya Xidməti, həm də BMT-in Qaçqınlar İdarəsi ilə. Mandatımız təsdiq olunsa da, xeyli çətinliklər yaşadıq. Prosedurlar, bürokratik əngəllər var idi. Sonra Ukrayna hadisələri baş verdi və bu, bizim məsələni geri saldı. Sonra da BMT səviyyəsində bura göndərildik. Məsləhət belə olub. Burda da gələn ilk gündən bizi heç kim burda gözləmirdi, gül-çiçəklə qarşılamırdı. Bunların özlərinin bizim kimilərlə bağlı proqramları var idi. Mən deməzdim ki, o proqramlar yüksək səviyyədədir. Müəyyən çətinlikləri var.
- Məsələn, hansı çətinliklər?
- Amerika öncə o məsələni qoyur ki, təhlükəsizliyinizi qoruyuruq. Amma burda yerləşmək, 6 ay ərzində maddi tərəfdən yardım göstərilir. Bu yardım da nəzarət altındadır. Hara, nə cür xərclənir. Tələb edir ki, sən mütləq işləməlisən. İşləyəndə yardım kəsilir. Bürokratiya ilə rastlaşdıq. Bunların ayrıca siyasi mühacirlərlə, qaçqınlarla bağlı proqramları yoxdur. Gələnlərə bu yardım aztəminatlı ailə olaraq edilir. İşi gərək özün tapasan. Burda bir təşkilat var. İRC dövlət orqanlarının miqrasiya xidməti ilə əməkdaşlığı var. Amma biz Ukraynada olanda bizi qarşılayacaq icma Azərbaycan icması olmadı. O, bir təşkilatdır, orda daha çox başqa xalqların nümayəndələridir - aşurlar. Məhz o təşkilatın gəlmələri yerləşdirmələri ilə bağlı yüksək səviyyədə işlərini görmədim. Nəinki mən, digər ölkələrdən gələnlər üçün də eyni münasibət göstərildi. Gələnlərə nəzərdə tutulmuş vəsaiti biz görmədik. Elə də böyük məbləğ deyil. Həmin məbləği bu təşkilat öz yaratdıqları ətrafda xərcləyir. Bizi öz ətraflarına məxsus motellərdə yerləşdirirdilər. Pul qurtarandan sonra bizi evlərə yerləşdirirdilər. O da onların yaxın ətrafına məxsus idi. Yəni bizə çatacaq vəsaitləri, bizim xərclərimiz üçün öz ətraflarına xeyir gəlməsi şərti ilə sərf edirdilər.
- Hazırda işləmək imkanınız varmı?
- İki qızım iş tapıblar. İş də belədir ki, iş olanda çağırırlar. Aşağı məbləğdə olan işlərdən söhbət gedir. Aztəminatlı olanda sosial xərclərin bir hissəsini dövlət öz üzərinə götürür. Dövlət tərəfindən mənzil alınması və sair imkanlar var. Amerikada az qala özlərinin evi yoxdur, hamısı kirayədir.
-Hansısa müddətdən sonra Azərbaycana qayıtmağı düşünürsüzmü?
- Mənim elə planım var. Günü bu gün Azərbaycana qayıdaram. Çünki Azərbaycana bağlıyıq çox. Ordan qıraqda yaşamaq çox çətindir. Həm yaşıma, həm ölkəmə bağlılığıma görə olduqca çətindir. Heç cür öyrəşə bilmirəm. Amma vətəndə əsl demokratik hakimiyyət olmasını istəyərdim. Siyasi fəaliyyət göstərən insanlara qarşı təzyiq göstərməsinlər, şərait yaratsınlar. Bu sahədə mən Azərbaycan mətbuatını izləyirəm. Mən gedəndən sonra ölkədə ictimai fəallıqla məşğul olan insanların başına nə iş açıldığını gördüm. Həbslər başlandı. Qaçan qaçıb canını qurtaran qurtardı. Böyük, tanınmış adamları həbs etdilər, incitdilər. Günü bu gün qayıdaram. Biz yaşda olan adamlar üçün vətən eşqi daha güclü olur. Ölkədən kənarda yaşamaq mənim üçün birinci hal deyil. Gənc yaşlarımda da mən Moskva kimi bir yerdə yaşamışam. Həmişə vətən çəkib. Hər il Bakıya qayıdırdım. O cür yerdə qala bilmədim. Həmin hissiyyat məndə indi də var. Burda cavanlar üçün istənilən şərait var. Fərqli şey odur ki, burda hər şey pulladır. Oxuyanlar üçün də dövlət kredit verir. Biz yaşda adamlar üçün nə qədər də şərait olsa, Vətən çəkir. Sizi gördüm, çox pis oldum. Bütün həyatım gözümün qabağından keçdi. Ölkədə də vəziyyət dəyişməlidir ki, qayıtmağa imkan yaransın. İndiki şərait ki, Azərbaycanda var, o davam etdiyi müddətcə mən istəsəm belə, Amerika məni buraxmaz. Çünki bu, təhlükəsizliklə bağlı məsələdir. Onlar mənim təhlükəsizliyimə təminat veriblər.
Sevinc TELMANQIZI
- Veysəloğlu Şirkətlər Qrupu...30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)
23 dekabr 2024 21:02
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 2024 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 2024 14:02
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 2024 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 2024 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 2024 12:00
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 2024 21:00
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 2024 19:49
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
23 dekabr 22:05
- Veysəloğlu Şirkətlər Qrupu...30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)
23 dekabr 21:02
- ŞOOK - Minimum aylıq əməkhaqqı artırıldı- Sərəncam
23 dekabr 20:14
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27