Prezident sənədi imzaladı - Pensiya yaşı 65-ə qalxdı

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, qanuna dəyişikliklərə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq.
Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtlərində edilmiş dəyişikliyə əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İkinci və üçüncü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği maddəsində edilən dəyişikliyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu qanunun 13.3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğində aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.
Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi maddəsində edilən dəyişikliyə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.
Əmək pensiyasının minimum məbləği maddəsinə edilən dəyişikliyə əsasən bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 yanvar tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir.
Dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan gündəlik qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.
Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması maddəsinfə edilmiş dəyişikliyə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 70 faiz artırılmaqla, 2017-ci il 1 yanvar tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.
NUH.az
- Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
15 mart 2025 21:20
- SON DƏQİQƏ! Ərdoğanın hədəfi bəlli oldu - ŞOK DETAL
15 mart 2025 19:02
- Prezident onları təltif etdi - Siyahı
15 mart 2025 12:50
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 2025 23:22
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Bu gün Anarın doğum günüdür
14 mart 2025 11:50
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 2025 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 2025 12:36
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 2025 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 2025 20:00
- Deputat Azər Allahverənov Nardarandа vətəndaşların qəbulunu keçirib
16 mart 00:17
- Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
15 mart 23:47
- Cəlilabaddа -morq-a gətirilən meyit DİRİLDİ
15 mart 22:22
- Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
15 mart 21:20
- Almaniyada tibb bacısı 9 xəstəni öldürməkdə ittiham olunur - 34 nəfəri isə...
15 mart 19:21
- SON DƏQİQƏ! Ərdoğanın hədəfi bəlli oldu - ŞOK DETAL
15 mart 19:02
- Hitlerin hindistanlı şəriki - Onun yaratdığı -Azad Hind- alayı Qafqazı ələ keçirəcəkdi
15 mart 18:18
- Hava ilə bağlı XƏBƏRDARLIQ - bu tarixdən yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə ENƏCƏK
15 mart 15:22
- ABŞ uyğurlara görə Tailandı CƏZALANDIRDI
15 mart 15:06
- Prezident onları təltif etdi - Siyahı
15 mart 12:50
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 12:40
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25